22 Dekabr 2024, Bazar

Sentyabrın 6-da Naxçı­van Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilən layihələrin təqdimatı məqsədilə Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüş keçirilib.
Tədbiri iqtisadi inkişaf naziri Famil Seyidov açaraq muxtar respublikada sahibkarlığın inkişafı üçün yaradılan şərait­dən danışıb. Qeyd olunub ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyası bu gün uğurla inkişaf və davam etdirilir. İqtisadi tərəqqinin əsas təməl prinsiplərindən olan sahibkarlıq mühitinin genişləndirilməsi, sahibkarlara hərtərəfli dövlət qayğısının göstərilməsi, fəaliyyət sahəsindən asılı olmayaraq, onlara müxtəlif güzəştli kreditlərin verilməsi həyata keçirilən mühüm tədbirlərdəndir. Bunun nəticəsidir ki, muxtar respublikamızda sahibkarlar dövlət dəstəyindən lazımınca yararlanır, onların sayı ildən-ilə artır.

Vurğulanıb ki, hazırda qarşıda duran əsas vəzifələrdən biri muxtar respublikanın daxili tələbatını ödəyən bütün növ məhsulların istehsalına nail olunması və ixracyönümlü məhsulların həcminin artırılmasıdır. Bu sahədə əsas vəzifənin sahibkarların üzərinə düşdüyünü qeyd edən nazir onlara hərtərəfli dəstəyin bundan sonra da göstəriləcəyini bildirib. 
Nazirliyin şöbə müdiri Emin Zeynalov çıxışında xarici bazara giriş yolları və beynəlxalq marketinq tədbirlərindən bəhs edib, yeni nəşr olunmuş “İxracatçılar üçün təlimat kitabı” haqqında iştirakçıları məlumatlandırıb. Kitabın elektron variantda nüsxələri iştirakçılara paylanılıb.
Sonra yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilən layihələrin təqdimatı olub. Adıçəkilən qurumun sektor müdiri Rauf Rəhimov layihələr haqqında geniş məlumat verərək sahibkarları maraqlandıran sualları cavablandırıb.
Tədbir mərkəzdə nümayiş olunan yerli istehsal məhsullarından və əl işlərindən ibarət sərgiyə baxışla başa çatıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR