22 Dekabr 2024, Bazar

Taxılçılıq muxtar respublika iqtisadiyyatında başlıca yer tutan əkinçilik sahələrindən biridir.
Cari ildə taxıl əkini keçirilmiş 35 min 324 hektar sahədə aqrotexniki qaydalara ciddi riayət edilmiş, taxılçılar 102 min 960 ton məhsula sahib olmuşlar. Hər hektarda məhsuldarlıq 29,1 sentner təşkil etmişdir. Gələn ilin bol məhsulunun əsasını qoymaq üçün sahələrdə şum aparılmasına başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, sentyabr ayının 9-dək muxtar respublikada 4660 hektar sahədə şum qaldırılmışdır. Şum qaldırılmasında Babək rayonu irəlidə gedir. Bu bölgədə 1595 hektar sahə əkinəyararlı vəziyyətə gətirilmişdir. Şərurlu taxılçılar da vaxtdan səmərəli istifadə etməyə səy göstərirlər. Onlar 950 hektar sahədə şum qaldırmışlar. Kəngərli rayonunda da bu iş sürətlə davam etdirilir. Bu bölgədə isə mexanizatorlar 900 hektar sahədə şum aparmışlar. Culfa rayonunda 601, Ordubad rayonunda 280, Şahbuz rayonunda 178, Sədərək rayonunda 112, Naxçıvan şəhərində 44 hektar sahə şumlanmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR