22 Dekabr 2024, Bazar

Ordubad rayonunda son illər həyata vəsiqə alan yeni obyektlər sırasında daha çox diqqəti cəlb edən məktəb binalarıdır. Cari ildə də rayonun bir neçə kəndində bu istiqamətdə tədbirlər davam etdirilir. Yeni inşa olunan belə obyektlərdən biri Sabirkənd tam orta məktəbi üçün nəzərdə tutulan binadır. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə olunmuş obyektin tikintisinə mart ayında başlanılıb. İnşaatçılara hərtərəfli iş şəraiti yaradılmasının nəticəsidir ki, məktəb binasında bütün tikinti işləri əsasən başa çatdırılıb. Çardaq hissə qurulub, qapı-pəncərələr salınıb, döşəmə və tavan işlənilib. 378 şagird yerlik məktəb binası 4 mərtəbədən ibarətdir. Burada işıqlı sinif otaqları, müxtəlif laboratoriyalar, elektron lövhəli sinif, kompüter sinfi, zəngin kitabxana müəllim və şagirdlərin ixtiyarına veriləcək. Şagirdlər fiziki hazır­lıq dərslərinin keçilməsi üçün yaradılan və müasir qurğularla təchiz olunmuş idman zalından istifadə etmək imkanı qazanacaqlar. Hazırda inşaatçılar binada son tamamlama işləri və təhsil ocağının yerləşdiyi ərazinin abadlaşdırılması ilə məşğuldurlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR