22 Dekabr 2024, Bazar

Cari ilin taxıl tədarükü mövsümünü uğurla başa çatdıran muxtar respublikanın torpaq mülkiyyətçiləri, sahibkar və fermerlər havaların əlverişli keçməsindən səmərəli istifadə etməyə səy göstərirlər. Onlar 2014-cü ilin bol məhsulunun əsasını qoymaq üçün şum qaldırılmasını sürətlə davam etdirirlər. Bunun üçün əvvəlcədən görülən hazırlıq tədbirləri bəhrələrini verir. Yanacaq tədarükü, texnika üçün zəruri ehtiyat hissələrinin əldə olunması diqqət mərkəzində saxlanıldığından şum qaldırılmasında ciddi problemlərlə üzləşilmir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, muxtar respublikada sentyabr ayının 23-dək 7 min 680 hektar sahədə şum qaldırılıb. Şum qaldırılmasında keyfiyyət amilinə ciddi diqqət yetirilir. Çünki məhsuldarlığın artırılmasında keyfiyyətli şum xüsusi əhəmiyyətə malikdir.
Babək rayonunun taxılçıları 2840 hektar sahəni əkinəyararlı vəziyyətə gətiriblər. Şum qaldırılmasında babəklilərdən sonra şərurlular irəlidə gedir. Bu bölgədə 1695 hektar sahə şumlanıb. Kəngərli rayonunda isə hələlik 1200 hektar sahədə şum qaldırılması başa çatdırılıb. Culfalılar 805 hektar sahədə şum qaldırılmasını yekunlaşdırıblar. Ordubad rayonunda 407, Şahbuzda 358, Sədərək rayonunda 240, Naxçıvan şəhərində isə 135 hektar sahə şumlanıb.
Şum qaldırılması sürətlə davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR