22 Dekabr 2024, Bazar

Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsi üçün yeni kompleksin tikintisində işlər yekunlaşmaq üzrədir. Burada tikinti işlərini “Gəmiqaya” MMC-nin inşaatçıları həyata keçirirlər. Ötən müddət ərzində ərazidə ikimərtəbəli idarə binası, ehtiyat hissələri mağazası, təmir və maşınyuma sexləri, yeməkxana və iki anbar tikilib, mərkəzləşdirilmiş qazanxana sistemi quraşdırılıb, üstüörtülü dayanacağın sütunlarının bərkidilməsi üçün özüllər inşa edilib, dayanacaqların üzəri örtülüb. Dayanacaqların quraşdırılmasında avanqard memarlıq üslubundan istifadə edilib. İnşaatçılar kompleksin ərazisindəki binalarda işləri başa çatdıraraq ərazinin abadlaşdırılmasına başlayıblar.

Xəbərlər şöbəsi

Muxtar respublikada iqtisadiyyatın dina­mik inkişafı təmin olunmuş, sahibkar­lıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsi məqsədilə dövlət maliyyə dəstəyi göstərilmiş, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni istehsal və xidmət sahələri yaradılmışdır. Aparılan uğurlu islahatlar nəticəsində sənaye məhsulunun həcmi ilbəil artmış, muxtar respublikada istehsal olunan sənaye məhsulunun 92,6 faizi özəl sektorun payına düşmüşdür.
Əlverişli sahibkarlıq mühitindən bəhrələnərək dövlət maliyyə dəstəyi ilə istehsal sahəsini genişləndirən müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Zümrüd” Kiçik Müəssisəsidir.
“1997-ci ildə 6 nəfərlə fərdi sifarişlərə uyğun kişi və qadın geyimləri tikməklə fəaliyyətə başladıq”, – deyən müəssisənin direktoru Etibar Hacıyev bildirdi ki, ötən müddət ərzində dövlət dəstəyi ilə müasir istehsal sahəsi yaradılmışdır. Müəssisədə istehsal olunan məktəbli formaları alıcılar tərəfindən rəğbətlə qarşılanmışdır. Verilən sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün yeni avadanlıqlar quraşdırılmış, müəssisəyə əlavə işçi qüvvəsi cəlb olunmuşdur. Uyğunlaşdırılmış binada fəaliyyət göstərən müəssisədə yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi imkanı məhdud olduğundan yeni binanın tikilməsi zərurəti yaranmışdır. Digər sahibkarlar kimi, bu müəssisə də özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan şəraitdən, göstərilən dövlət qayğısından bəhrələnmiş, 2010-cu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondundan 560 min manat güzəştli kredit verilmişdir. Layihəyə uyğun olaraq, Naxçıvan şəhərində zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət yeni bina inşa olunmuşdur. Binanın birinci mərtəbəsində geyim, kom­pyuterlə ölçü və biçim otaqları, satış mağazası və iş otaqları yerləşir. İkinci mərtəbədə isə geniş istehsal sahəsi və ütü otağı fəaliyyət göstərir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu üçün yeni binanın inşasına ötən ilin oktyabr ayından başlanılıb. Zirzəmi ilə birlikdə altı mərtəbədən ibarət olacaq binada tikinti işlərinin əsas hissəsi başa çatdırılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları öhdələrinə düşən işi vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün səylə çalışırlar.
İş icraçısı Ataş Nəbiyevdən aldığımız məlumata görə, binanın zirzəmisi maddi sübutların saxlanması üçün otaq, arxiv, anbar və digər xidməti otaqlar üçün nəzərdə tutulub. Birinci mərtəbə Təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsi üçün ayrılacaq. Dövlət ittihamının müdafiəsi üzrə şöbə və dəftərxana ikinci mərtəbədə yerləşəcək. Üçüncü mərtəbədə prokurorlar, köməkçilər üçün otaqlar yaradılacaq. Binanın dördüncü mərtəbəsində prokurorluğun İstintaq şöbəsi fəaliyyət göstərəcək. Sonuncu mansardtipli mərtəbədə stajorlar, kriminalistlər üçün otaqlar olacaq. Bu mərtəbədə müşavirə zalı da yerləşəcək.
Hazırda binanın altıncı mərtəbəsində hörgü işləri həyata keçirilir, arakəsmələr işlənilir, zirzəmidə isə suvaq işlərinə başlanılıb.

Xəbərlər şöbəsi

Muxtar respublikada fəaliyyət göstərən təşkilatlara normal iş şəraiti yaratmaq məqsədilə həyata keçirilən tədbirlərin həcmi və coğrafiyası getdikcə genişlənməkdədir. Bu qayğıdan cari ildə miqrasiya xidməti əməkdaşlarına da pay düşüb. Belə ki, ötən ilin noyabr ayından Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti üçün yeni binanın inşasına başlanılıb. Tikinti işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə edilib. Tikintinin iş icraçısı Rasim Səfərovun bildirdiyinə görə, bina zirzəmi ilə birlikdə altı mərtəbədən ibarət olacaq. Zirzəmidə tikinti işləri başa çatdırılıb.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki 127 nömrəli binada “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları əsaslı təmir işləri aparırlar. Ötən müddət ərzində binanın qapı-pəncərələri dəyişdirilib, girişlərin pilləkənləri yenilənib, üzlük daş döşənib, çardaq hissə yenidən qurulub. Bina sakinlərinə daha bir qayğı kimi mənzillərdəki su sistemi də təzələnib, fasad hissəyə yeni görkəm verilib.
İş icraçısı Elman Babayevin verdiyi məlumata görə, əsaslı təmir zamanı yerli inşaat materiallarından istifadəyə üstünlük verilib, keyfiyyət amili diqqət mərkəzində saxlanılıb.

Xəbərlər şöbəsi

Dünən Babək rayonunun Şıxmahmud kəndində torpaq mülkiyyətçiləri ilə təşkil edilən görüşdə bu barədə geniş söhbət aparılıb. Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev bildirib ki, rayonun müxtəlif kəndlərində torpaq mülkiyyətçiləri ilə “Torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun inkişaf etdirilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması” mövzusunda maarifləndirici tədbirlər keçirilir. Şıxmahmud kəndində bu yaşayış məntəqəsinin, Xəlilli, Aşağı və Yuxarı Uzunoba, Nəzər­abad, Didivar kəndlərinin torpaq mülkiyyətçilərinin iştirakı ilə keçirilən görüş də həmin tədbirlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Yaşar Quliyev deyib ki, torpaq mülkiyyətçilərinin ilin bu dövründə qayğıları daha çox olur. Taxılçılıqla məşğul olanlar üçün indi ən məsuliyyətli dövrdür. Taxıl əkinlərinin suvarılmasını, gübrələnməsini, digər aqrotexniki tədbirləri vaxtında həyata keçirən torpaq adamları sahələrdən yüksək məhsul götürülməsinə nail ola bilirlər. Muxtar respublikada bu strateji sahənin məhsuldarlığını artırmaq üçün torpaq mülkiyyətçilərinə hərtərəfli şərait yaradılıb.

Ardını oxu...

Muxtar respublikamızda təsərrüfatın çox mühüm və gəlirli sahəsi olan arıçılığın inkişafına böyük diqqət yetirilir. Bunun nəticəsidir ki, arıçılığa maraq daha da artmışdır. Aqrar sahədə aparılan islahatlardan əvvəl muxtar respublikamızda cəmi 6045 arı ailəsi olmuşdursa, indi arı ailələrinin sayı artaraq 65 min 185-ə çatmışdır. Arı ailələrinin belə artımı nəticəsində ötən il muxtar respublikamızda bal istehsalı 1175 tona çatmışdır.
Arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi əhəmiyyət baxımından ən xeyirli təsərrüfat sahəsidir. Belə ki, arıçılıq təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, iş şəraiti ekoloji-sağlamlıq cəhətdən əlverişlidir.
Elm sübut etmişdir ki, tərkibi sadə şəkərlər, qlükoza və fruktozadan ibarət olan bal insan orqanizmi tərəfindən 100 faiz mənimsənilir.
Yazın başlanğıcında qışlamadan çıxmış arı ailələrinə göstərilməli olan qulluq haqqında arıçılıqla məşğul olan sahibkarlara köməklik məqsədilə müəyyən tövsiyələr verməyi məqsədəmüvafiq hesab edirik.
Qışlama dövrü arı ailələri, əsasən, açıq havada və qışlama binalarında saxlanılır. Muxtar respublikamızda qışın şaxtalı keçməsi arı ailələrini qışlama binalarında saxlama məcburiyyəti yaradır.

Ardını oxu...

Müstəqillik illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikasında hərtərəfli inkişafın əsasını qoyan ümummilli lider Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının reallaşması bu gün yüksək iqtisadi artımla nəticələnməkdədir. Ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasının uğurlu icrası makroiqtisadi göstəricilərin hər il dinamik yüksəlişi ilə nəticələnmiş və 2012-ci ildə Naxçıvan Muxtar Respublikasında əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun həcmi 2 milyard 103 milyon 424 min manata çatmışdır. Görülən kompleks tədbirlər sayəsində Ümumi Daxili Məhsulun həcminin 1995-ci illə müqayisədə 48 dəfə artması adambaşına düşən Ümumi Daxili Məhsulun müvafiq dövrlə müqayisədə 38 dəfə, əhali gəlirlərinin isə 51,5 dəfə artması ilə nəticələnmişdir.

İqtisadi artımın makroiqtisadi göstəricilərindən biri olan Ümumi Daxili Məhsul ölkə və ya regionda il ərzində yerli və xarici şirkətlər tərəfindən istehsal edilən bütün son hazır əmtəələrin və xidmətlərin məcmusunu ifadə etməklə, iqtisadiyyatda hər kəsin ümumi gəlirləri, həmçinin əmtəə və xidmətlərin alınmasına çəkilən xərclərlə ölçülür. Bu iki göstəricinin məbləği eyni bir rəqəmi ifadə etməsi ölkənin iqtisadiyyatında ümumi gəlirin ümumi xərclər hesabına formalaşması ilə izah olunur. Ümumi Daxili Məhsul iqtisadi fəaliyyətin təkmilləşdirilmiş ölçüsü olub, insanların yaxşı yaşaması üçün lazım olan əsas şərtlərdən biridir. Yüksək Ümumi Daxili Məhsul istehsalına malik olan ölkə öz vətəndaşlarının qayğısına qalır, hərtərəfli inkişafa diqqət yetirir, insanların maddi ehtiyaclarının ödənilməsinə geniş imkanlar açır. Ümumi Daxili Məhsulun həcmi yüksək həyat səviyyəsi ilə əlaqəli olub, insanların ömür müddəti və onların savadlılıq dərəcəsi ilə xarakterizə edilir. Ümumi Daxili Məhsulun yüksək olması ölkənin yaradıcı insan potensialını reallaşdırmağa imkan verir.

Ardını oxu...

Muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər 2013-cü ildə də davam etdirilir. Bu qayğının davamı kimi şəhərimizin Cəlil Məmmədquluzadə küçəsində “Gənclər Mərkəzi”nin inşasına başlanılıb.
Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin briqadiri Əkbər Quliyevin verdiyi məlumata görə, inşaat işlərinə fevral ayının sonlarında start verilib. Bina zirzəmi və mansarla birlikdə dörd mərtəbədən ibarət olacaq. Binanın birinci mərtəbəsində akt zalı, qazanxana, elektrik, təsərrüfat və xarici dil kursu üçün otaqlar yerləşəcək. Digər mərtəbələrdə rəsm qalereyası, kitabxana, kompyuter zalı, dəftərxana və iş otaqları istifadəyə veriləcək. Böyük sahəni əhatə edən ərazidə abadlıq işləri aparılacaq, burada gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli şərait yaradılacaq.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik, toxumçuluq və aqrokimyəvi xidmət və Bitki mühafizəsi və karantin şöbələrinin mütəxəssisləri Babək rayonunun Qahab kəndində sahibkarlarla görüşmüşlər. Görüşdə hazırkı hava şəraitində taxılın gübrələnməsi və onun məhsuldarlığa faydası haqqında söhbət aparılmışdır. Nazirliyin əməkdaşları Həsən İsmayılov, Məmmədqulu Səfərov, Layihə Axtarış Kimyalaşdırma Stansiyasının direktoru Məhəmməd Qaybalıyev çıxış etmişlər. Bildirilmişdir ki, dənli taxıl bitkilərində məhsuldarlığın yüksəldilməsi məqsədilə tətbiq edilən aqrotexniki tədbirlərin ən təsirlisi əkin sahələrinin müəyyən edilmiş vaxtlarda və normaya uyğun şəkildə gübrələnməsidir. Gübrə məhsuldarlığın yüksəldilməsində ən əlverişli vasitədir. Əldə edilən məhsulun yarısı onun payına düşür. Ona görə də bitkilər vegetasiya dövründə əsas qida elementləri olan azot, fosfor və kaliumla tam təmin edilməlidir.
Həmin gübrələrin tərkibləri barədə ətraflı məlumat verilmiş və vurğulanmışdır ki, az münbit torpaqlarda alınmış cücərtiləri azotla normal təmin etmək diqqətdə saxlanılmalıdır. Bunun üçün azotlu gübrələrin illik normasının 25-30 faizi səpindən əvvəl torpağa verilməli və ya toxumla bərabər üst qata səpilməlidir. Azotun qalan hissəsini isə erkən yazda yemləmə kimi hissə-hissə vermək məsləhətdir. Buna görə də azot gübrəsi nəzərdə tutulmuş illik normanın 60-70 faizi qədərində birinci yemləmədə – martın əvvəllərində verilməlidir.
Sonra torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Cari ilin quruculuq tədbirlərindən biri də 3 nömrəli Naxçıvan Şəhər Uşaq Musiqi Məktəbi üçün tikilən yeni binadır. Bina üç mərtəbədən ibarət olacaq. İnşaatçıların səy və əzmkarlıqla çalışmalarının nəticəsidir ki, qısa müddət ərzində binanın birinci və ikinci mərtəbələrində arakəsmələr hörülüb, suvaq işi aparılır. Üçüncü mərtəbədə hörgü işləri davam etdirilir. İş icraçısı Səbuhi Tağıyevin bildirdiyinə görə, birinci və ikinci mərtəbələrin hər birində on altı, üçüncü mərtəbədə on dörd otaq istifadəyə veriləcək. Binada direktor, müavin, müəllimlər otaqları, arxiv, kitabxana, tədbirlər zalı yaradılacaq. Bina üçün fərdi qazanxana quraşdırılması da nəzərdə tutulub. Adıçəkilən obyektdə Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları çalışırlar.

Xəbərlər şöbəsi

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər Naxçıvanın aqrar regiondan sənaye regionuna çevrilməsinə şərait yaratmış, müxtəlif çeşidlərdə yüksək keyfiyyətli məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr həyata vəsiqə almışdır.
Daxili bazarı yüksək keyfiyyətli məhsullarla təmin edən istehsal müəssisələrindən biri də “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisədə Almaniya, İtaliya və Türkiyə respublikalarından alınmış müasir texnoloji avadanlıqlar quraşdırılmış, müxtəlif çeşiddə yüksək keyfiyyətli məhsul istehsalı üçün geniş imkanlar yaradılmışdır. Burada ağac profilli qapı və pəncərələr, modern və klassik üslubda dizayn edilmiş mebellər, sosial və inzibati binalar üçün müxtəlif avadanlıqlar istehsal edilməklə yanaşı, dizayn-dekorasiya xidmətləri də göstərilir.

Ardını oxu...

Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsində Azərbaycan Respublikası Hesablama Pala­tasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi üçün ayrılmış binada yenidənqurma işləri tamamilə başa çatdırılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin briqadiri Əkbər Quliyevdən aldığımız məlumata görə, yenidənqurma zamanı keyfiyyət amilinə ciddi diqqət yetirilib, binanın fasad hissəsinə yeni dizayn verilib, iş otaqlarının sayı artırılaraq 17-yə çatdırılıb. Binanın elektrik və istilik xətləri tamamilə yenilənib, döşəmə və tavan yenidən qurulub.
Hazırda inşaatçılar binanın yerləşdiyi ərazidə abadlıq işləri ilə məşğuldurlar.

Xəbərlər şöbəsi

Milax hərtərəfli dövlət qayğısından bəhrələnərək müasir yaşayış məntəqəsinə çevrilib

Mədəniyyət yoldan başlanır

Culfa rayonunun Milax kəndindən yazı hazırlamaq barədə düşünərkən ilk anda fikrimə bu yaşayış məntəqəsinə gedən yolun çətinliyi gəldi. Dəfələrlə qət elədiyim bu yolu gözlərim qarşısına gətirdim. Elə o anda yadıma düşdü ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən, Çeşməbasar-Boyəhməd avtomobil yolu müasir tələblər səviyyəsində yenidən qurulandan sonra 2012-ci il dekabr ayının 8-də istifadəyə verilib.
Budur, Babək rayonunun Çeşməbasar kəndi ərazisindən Milağa gedən yoldayıq. Yolda Milax istiqaməti üzrə və əksinə hərəkət edən avtomaşınlar da çoxdur. Maraqlı qış mənzərələri yol boyu bizi müşayiət edir. Düşünürsən ki, 15-20 gündən sonra bu mənzərələr başqaları ilə əvəz olunacaq. Əkin sahələri öz sahiblərinin iş yerinə çevriləcək. Dağlarımızın döşünə yaşıl xalı salınacaq. Bu düşüncələrlə Milax kəndinə nə vaxt çatdığımızdan xəbərimiz olmur. Gəlişimizdən Milax kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Coşqun Kərimovun xəbəri olduğu üçün bizi yolun kənarında tikilmiş kənd mərkəzinin qarşısında gözləyirdi. Hal-əhval tuturuq. Kənddə yeni obyektlərin istifadəyə verilməsi münasibətilə onu və milaxlıları təbrik edirik. Coşqun müəllimin üzünə təbəssüm qonur:

Ardını oxu...

Muxtar respublikada “Elektron hökumət”ə keçidlə bağlı gömrük orqanlarında sürətli elektronlaşma işi aparılır. “Elektron imza”nın tətbiqi muxtar respublikada ilk olaraq gömrük orqanlarında həyata keçirilir. “Elektron imza” elektron sənədləşmə prosesində təhlükəsizliyi tam təmin edir. İndi gömrük orqanlarında kargüzarlıq işi tamamilə elektron formada aparılır. Kağız üzərində əməliyyatlar minimum səviyyədədir.
İmza sahibini fərdiləşdirməyə imkan verən “elektron imza”nın iş prosesində tətbiqi gömrük orqanları arasında sənəd mübadiləsi və rəsmiləşdirmənin tam olaraq elektronlaşdırılmasına imkan verir. Yeni sistemə keçid gömrük orqanlarının informasiya sistemindən istifadənin təhlükəsizliyini də təmin edir.
Muxtar respublika gömrük orqanlarında “elektron imza”nın tətbiqinin təmin olunması məqsədilə komitədə Sertifikat Xidmətləri Mərkəzi fəaliyyət göstərir. “Elektron imza”nı fərdiləşdirmək üçün nəzərdə tutulan və “elektron imza”nı yoxlama məlumatlarının imza sahibinə məxsusluğunu göstərən müvafiq sertifikat mərkəz tərəfindən verilir. “Elektron imza”lar kadrlarla bağlı formalaşdırılan məlumat bazası əsasında kartyazan avadanlıqda hazırlanır.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

Bu il fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən kənd təsərrüfatı sahəsində çalışanlar qarşısında da mühüm vəzifələr qoyulmuşdur. Bununla bağlı Babək rayonunun Zeynəddin kəndində bu yaşayış məntəqəsinin, Yarımca, Hacıvar, Şəkər­abad, Kültəpə və Kərimbəyli kənd­lərinin torpaq mülkiyyətçilərinin iştirakı ilə “Torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun inkişaf etdirilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev tədbirin mahiyyəti barədə məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Yaşar Quliyev bildirmişdir ki, son vaxtlar muxtar respublikada kənd təsərrüfatının inkişafı üçün bir sıra layihələr həyata keçirilmişdir. Bu layihələr aqrar bölmənin yeni mərhələyə qədəm qoyması ilə nəticələnmişdir. Bununla belə, kənd təsərrüfatında çalışanlar müasir elmi-texniki yenilikləri qabaqcıl təcrübə ilə uzlaşdırmalı, məhsul bolluğu yaradılmasında fəallıq göstərməlidirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 134 milyon 198 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar ayı ilə müqayisədə 12,6 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar ayı ilə müqayisədə 11,6 faiz artaraq 313,8 manata (399,8 ABŞ dollarına) çatmışdır.

Ardını oxu...

Biznes və onun cazibədar xüsusiyyətləri çoxlarına tanışdır. Tarixən azad bazar iqtisadiyyatı və sərbəst sahibkarlıq fəaliyyəti hər bir şəxsə öz işgüzar ideyalarını reallaşdırmaq, biznesdə bəxtini sınamaq imkanı vermişdir. İş görmək bacarığı olan bir çox insan yaranmış fürsətləri sahibkar qazancına çevirmək üçün ilk addımlarını fərdi biznesdən ataraq dünyada hamının tanıdığı iri sahibkara çevrilmişdir. Kiçik fərdi təsərrüfatlar kimi uğurlu fəaliyyət göstərən hər bir biznes subyekti bu mənada ölkə iqtisadiyyatındakı bazar boşluqlarını çevik dolduran, ən ucqar regionlarda da iş imkanları yaradıb iqtisadi və sosial məsələlərin həllində dövlətin maraqlarına xidmət edən ağıllı, cəsarətli və halal qazanc qapısıdır.

Artıq iyirmi ildən çoxdur ki, ölkə­miz müstəqilliyə qovuşmuş və vətəndaşlarımız azadlıqlarla bərabər, liberal bazar iqtisadiyyatının da bəhrələrini dadmaqdadırlar. İndi heç kim boş mağazalara girib tanış satıcıdan pıçıltı ilə “təzə nə gəlib?” deyə soruşmur, satıcı da “arxa qapıdan” malları qorxa-qorxa qiymətindən baha satmır. Bu gün bütün dünyada olduğu kimi, bizdə də hər cür məhsullar qiyməti üstündə, piştaxtalarda, işıqlı reklamlarla göz qabağındadır. Sadə dillə desək, azad bazar iqtisadiyyatı budur. Belə bolluq isə, hər şeydən əvvəl, tələbatların düzgün qiymətləndirilməsindən tutmuş yeni istehsal sahələrinin yaradılmasınadək hər sahədə görülmüş gərgin işlərin nəticəsində mümkün olmuşdur. Yəni bu işlər təkcə bazarın “damarını tutmaqla” deyil, həm də məlum çətinlikləri inadla dəf edərək qıt enerji və məhdud nəqliyyat imkanlarından səmərəli istifadə etməklə yerli xammalın dəyərinin düzgün qiymətləndirilməsi hesabına hasilə gəlmişdir. Hər kəsin Naxçıvanımızın iqtisadi yüksəlişinə öz töhfəsini vermək üçün qollarını çırmayıb, sözün əsl mənasında, yaradıcılıqla məşğul olması öz bəhrəsini vermişdir. Kimi elm və təhsildə, kimi insanların sağlamlığının qorunmasında, kimi təmir-tikinti meydançalarında, kimi də ticarətdə, sükan arxasında... ona yaradılmış şəraitdən istifadə edərək öz ruzisinin ardınca qaçır, ölkəmizdə görülən hər işin ümummilli məhsul olduğunu öz real həyatında görür. İşgüzar mühitin dərinləşməsi nəticəsində əvvəllər bəsit ticarət sahibkarlığı ilə işə başlayan iş adamlarının bir çoxu artıq dünya bazarına çıxmağa layiq mal və xidmətlər istehsal edirlər. 

Ardını oxu...

Mərkəz tabeli gömrük orqanlarındakı iş prosesinin kameralar vasitəsilə izlənilməsi və əldə olunan məlumatların analizi nəticəsində çatışmazlıqların operativ qaydada aradan qaldırılması, gömrük sahəsində hüquqpozma hallarının aşkarlanması, iş prosesinə ikili nəzarətin təmin olunması, gömrük əməkdaşlarına xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq istiqamətlərin verilməsi və səmərəliliyin artırılması funksiyasını yerinə yetirir. Komitə də daxil olmaqla, bütün gömrük orqanlarına kameralarla nəzarət təhlükəsizliyin təmin olunması baxımından da əhəmiyyətlidir.

Məlumat üçün qeyd edək ki, muxtar respublika gömrük orqanlarında nəzarət və təhlükəsizlik məqsədilə 73 kameradan istifadə olunur. Onlardan 7-si hərəkətli, 66-sı sabit kameradır və hər biri “Hədəf mərkəzi”nə bağlıdır. Yüksək görüntü effektinə malik olan kameralar gömrük nəzarəti zonalarını və gömrük orqanlarının ərazisini hərtərəfli müşahidə etməyə imkan verir. “Hədəf mərkəzi”ndə quraşdırılmış 1,74 x 4,10 ölçülü müşahidə ekranı və idarəetmə sistemi bu sahədəki ən son texnoloji nümunələrdəndir.

Ardını oxu...

Muxtar respublikamızda sahibkarlara güzəştli kreditlərin verilməsi, konkret fəaliyyət sahələrinin qurulmasının təşviqi, müasir texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli, xüsusilə ixracyönümlü məhsulların istehsalı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan “Araz” Parket Fabriki də son illər həyata vəsiqə alan istehsal müəssisələrindəndir. Müəssisə inşaat obyektlərinin taxta və parket məmulatlarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi zərurətindən yaradılmışdır. Bu istehsal müəssisəsi də özəl bölməyə göstərilən dövlət qayğısından bəhrələnmişdir. Parket fabrikinin inşa olunması, müasir texnoloji avadanlıqların alınması üçün 2010-cu ilin mart ayında Sahibkarlığa Kömək Fondundan 250 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Naxçıvan şəhərində 3500 kvadratmetr torpaq sahəsi ayrılmışdır ki, burada da müasir layihə əsasında yeni bina inşa olunmuşdur. Fabrikdə ayrı-ayrı iş otaqları, 5 istehsal sexi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, yeməkxana və digər yardımçı otaqlar tikilib istifadəyə verilmişdir. Müəssisədə Almaniya istehsalı olan doğrayıcı, yan şovlar açıcı, hamarlayıcı, kəsici avadanlıqlar quraşdırılmış, yüksək keyfiyyətli məhsul istehsal etmək üçün hər cür şərait yaradılmışdır.

Ardını oxu...

Son illər ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan uğurlu islahatlar iqtisadiyyatın bütün sahələrinin inkişafına təkan vermişdir. Rəqabətədavamlı müəssisələrin yaradılması, mövcud müəssisələrin yenidən qurulması, bir sıra sosial-iqtisadi proqramların və onların icra mexanizmlərinin uğurla həyata keçirilməsi insanların maddi rifahının yüksəldilməsinə şərait yaratmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada 115 növdə, 335 çeşiddə ərzaq, 229 növdə, 524 çeşiddə qeyri-ərzaq məhsulları istehsal edilir. İstehsal olunan məhsulların 106-sı ərzaq, 224-ü qeyri-ərzaq olmaqla, 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi bu sahədə qazanılan nailiyyətlərə əsaslı stimul olmaqdadır. Ərzaq məhsulları istehsalını yüksəltmək, əhalini keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, ərzaq təminatı sahəsində səmərəliliyi artırmaq məqsədilə görülən tədbirlər bu il də davam etdirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. Nazirliyin yaradılması bu sahənin gələcək inkişafı, vətəndaşların müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından mühüm əhəmiyyətə malik olmuş, qısa müddət ərzində muxtar respublikada rabitə və informasiya texnologiyaları yeni inkişaf mərhələsinə yüksəlmişdir. 

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatına geniş nüfuz etmişdir. Ölkəmizdə də müasir informasiya-kommunikasiya infra­strukturunun yaradılması, rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi prioritet məsələdir. Ümummilli liderimiz Heydər Əliyev 2003-cü ilin fevral ayında respublikamızda informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunması və inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nı təsdiq etmişdir. Milli strategiyanın qəbulundan ötən müddət ərzində rabitə və informasiya texnologiyaları sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bu sahənin qanunvericilik bazası gücləndirilmiş, beynəlxalq əlaqələri genişləndirilmişdir.

Ardını oxu...

18-21 fevral 2013-cü il tarixlərdə Türkiyə Respublikasının Antalya şəhərində ənənəvi olaraq “Anfaş Food Product-20” Uluslararası Qida-İxtisas Sərgisi keçirilmişdir. Sərgidə 350-dən çox firmanın iştirakı ilə 3000 brendin nümayişi olmuşdur.
Türkiyənin beynəlxalq fuarı Anfaş Food Product Fuarında bütün alkoqollu və alkoqolsuz içkilər, şərab, meyvə suları, qazlı və qazsız mineral sular, içki ambalajları və digər bu kimi qida məhsulu qrupları sərgilənmişdir.
Sərgidə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Ləzzət Qida Sənaye”, “Nur Qida” və “Şərur-3” Məhdud Məsuliyyətli cəmiyyətlərinin nümayəndələri iştirak etmişlər.
Sərgidə “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “KRK YAPI”, “AK NİŞASTA” firmaları, “Sinerji” və “KLİMATEK” şirkətləri arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, Samsun şəhərindən fındığın, “Ləzzət Broyler” müəssisəsində istehsal edilən məhsulların dondurulmadan ticarət obyektlərində satışının təşkil edilməsi üçün soyuducu avadanlıqların alınması nəzərdə tutulmuşdur. Bundan başqa, “Nur Qida” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “AK NİŞASTA” firması arasında vafli istehsalı üçün təbii qida qatqısının, “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Doku Kimya və Qida Sanaye Ticaret” LTD şirkəti arasında meyvə araqlarının və likyör istehsalında istifadə olunan dad maddələrinin alınmasına dair əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti

İritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirmək məqsədilə Culfa gömrük sərhəd-buraxılış məntəqəsində X-Ray rentgen nəzarət-yoxlama kompleksi qurulub. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov kompleksin istismara verilməsi mərasimində qeyd edib ki, “SHMİTH HCVG” markalı rentgen nəzarət sistemi iritutumlu avtonəqliyyat vasitələrinin, onlarda daşınan yüklərin müayinəsində operativliyi və dəqiqliyi təmin edəcək. Bununla da, qaçaqmalçılığa, o cümlədən narkotik vasitələrin, odlu silahların, partlayıcı maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə effektivlik artacaq.
Rentgen nəzarət-yoxlama kompleksi haqqında məlumat verən Culfa Gömrük İdarəsinin Texniki nəzarət vasitələri bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Hüseyn Abdullayev bildirib ki, binanın uzunluğu 36, eni 11, hündürlüyü isə 8,8 metrdir. Kompleks dəmir beton qurğularla inşa edilib.
Binanın girişində yoxlamaya cəlb olunan nəqliyyat vasitələrinin hərəkətini tənzimləməkdən ötrü işıqfor və şlaqbaum sistemi qurulub, avtomatik nömrəoxuyan cihazlar və kameralar quraşdırılıb.

Ardını oxu...

1992-1993-cü illər muxtar respublikada gömrük orqanlarının və sərhəd-keçid məntəqələrinin yaranma və formalaşma mərhələsi kimi böyük əhəmiyyət daşıyır. Bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ulu öndərimiz Heydər Əliyevin xüsusi dövlətçilik səriştəsi və şəxsi nüfuzu sayəsində İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri ilə nəqliyyat əlaqəsi qurulmuş, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələri yaradıl­mışdır. Ulu öndərin bu sahədə həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi Ali Məclisin 1992-ci il 24 fevral tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi yaradılmış, muxtar respublikada vahid mərkəzdən idarə olunan gömrük siyasətinin tətbiqinə başlanmışdır.

“Gömrük orqanlarının, gömrük xidmətinin dövlətin iqtisadiyyatında, ümumiyyətlə, dövlətçilikdə çox böyük rolu vardır. Bu baxımdan gömrük xidməti mühüm əhəmiyyət kəsb edir”, – deyən ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə, eləcə də muxtar respublikamızda gömrük xidməti işi yeni inkişaf mərhələsinə qədəm qoymuş, gömrük infrastrukturu təkmilləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gömrük xidmətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər mühüm əhəmiyyət kəsb edir. Son illər qonşu Türkiyə Respublikası və İran İslam Respublikası ilə imzalanmış sazişlər, həyata keçirilən rəsmi səfərlər sayəsində xarici əlaqələrin əhatə dairəsi daha da genişlənmişdir. Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinə beynəlxalq statusun verilməsi, Sədərək və Culfa gömrük sərhəd-buraxılış məntəqələrində 24 saatlıq, Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində 12 saatlıq iş rejiminin tətbiq edilməsi gömrük işi sahəsindəki hərtərəfli inkişafın əyani göstəricisidir.

Ardını oxu...

Ucqar dağ və sərhəd kəndlərinə daha çox pay düşəcək

“Təhsil millətin gələcəyidir”, – deyən ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət muxtar respublikamızda uğurla həyata keçirilir. Hər il təhsil ocaqları üçün müasir tələblərə cavab verən yeni binalar tikilir, onların maddi-texniki bazası gücləndirilir, məktəblər elektron lövhələr, kompyuterlərlə təchiz olunur. Bu da regionumuzda təhsilin səviyyəsinin yüksəldilməsinə, intellektli məzunların yetişdirilməsinə şərait yaradır. Bu cəhətdən ötən ili də uğurlu saymaq olar.
Bəhs olunan dövrdə Şərur rayonunun Yuxarı Aralıq və Danyeri kəndlərinin hər birində 414 şagird yerlik, Dərəkənddə 216 şagird yerlik, Babək rayonunun Kərimbəyli kəndində 396 şagird yerlik, Ordubad rayonunun Behrud və Parağa kənd­lərinin hər birində 110 şagird yerlik, Culfa rayonunun Ləkətağ kəndində 144 şagird yerlik, Kəngərli rayonunun Çalxanqala kəndində 378 şagird yerlik, Şahbuz rayonunun Ağbulaq kəndində 216 şagird yerlik məktəb binaları tikilərək istifadəyə verilmişdir.

Ardını oxu...

İqtisadi inkişafın real nəticəsi cəmiyyətin müxtəlif maddi nemətlər və xidmətlərlə təmin­olunma səviyyəsi ilə ölçülür. Ölkənin malik olduğu iqtisadi potensialdan tam istifadə məqsədilə yeridilən çevik iqtisadi siyasət mexanizmi də bu yolda səmərəliliyin yüksəldilməsinə xidmət edir.
Səmərəlilik iqtisadi fəaliyyətin ən mühüm göstəricilərindəndir. İqtisadiyyatın bütün sferalarında həyata keçirilən layihələr ən mühüm makroiqtisadi göstəricilərdən tutmuş çoxşaxəli iqtisadiyyatın müxtəlif sahələrinədək iqtisadi fəaliyyət subyektlərinin və dövlətin maraqlarına uyğun gəlməli, öz davamlılığı ilə üzunmüddətli inkişafa xidmət etməlidir. Təcrübə göstərir ki, məhz əhalinin maddi rifahının yüksəldilməsi kimi dövlət maraqlarına xidmət edən sosial-iqtisadi inkişaf pro­qramlarının həyata keçirilməsi ilə bu məqsədlərə çatmaq mümkündür. Belə ki, azad bazar iqtisadiyyatı və sahibkarlıq şəraitində həm sahibkarın, həm də region iqtisadiyyatının tələbatlarına uyğun olan və eyni zamanda davamlılıq şərtlərini ödəyən iqtisadi layihələrin reallaşdırılması yalnız uzunmüddətli Dövlət proqramlarının icrası ilə mümkündür. Həyata keçirilən layihənin davamlılığı onun sosial effekti ilə ölçülür. Ona görə də ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında son illər iqtisadi və sosial sahədə əldə olunmuş tərəqqi onu deməyə əsas verir ki, iqtisadiyyatın bütün sahələri üzrə nail olunmuş yüksək göstəricilər və bu müsbət inkişaf meyilləri iqtisadi təhlil baxımından düzgün qiymətləndirilib və gələcək inkişafımız üçün elmi-nəzəri bazaya çevrilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 12 yanvar tarixli Sərəncamı ilə “2008-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Proqramın həyata keçirilməsinin əlaqələndirilməsi Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə həvalə edilmişdir. Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi tərəfindən illər üzrə iş planı hazırlanmış, aid təşkilatların iştirakı ilə ardıcıl tədbirlər görülmüşdür. Dövlət Proqramının icrası aşağıdakı əsas istiqamətlər üzrə mühüm nəticələrin əldə olunmasına imkan vermişdir:

Ardını oxu...

Babək Rayon Vergilər Şöbəsindən aldığımız məlumata görə, ötən il rayonda 2 hüquqi, 247 fiziki şəxs qeydiyyata alınmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılması da diqqət mərkəzində saxlanılmışdır. Ayrı-ayrı sahibkarların müraciətləri qanunamüvafiq formada cavablandırılmış, bəyannamələrinin düzgün tərtib edilməsinə köməklik edilmiş, elektron bəyannamə xidməti göstərilmiş, onlara vergilərə aid buklet, kitabçalar və digər nəşrlər paylanılmışdır. Həmçinin vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən, internet vasitəsilə bəyannamələrin təqdim olunması, özlərinin şəxsi vərəqələrinə nəzarət etmək, elektron əməliyyatlar aparmaq imkanının yaradılması məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 200 hüquqi və 1154 fiziki şəxslə “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə bağlanaraq onlara parol-şifrələr verilmişdir. 

Emissiyanın qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, aktiv vergi ödəyicilərinə bank hesabı açılmış, ayrı-ayrı obyektlərdə POS-terminalların quraşdırılmasına başlanılmışdır. Bu da ödəmələrin köçürmə yolu ilə aparılmasını təmin etmişdir. Nağdsız hesablaşmaların geniş tətbiqi təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinə, şəffaflığın təmin olunmasına, vergidənyayınma hallarının aradan qaldırılmasına xidmət etməklə iqtisadiyyatın inkişafına stimul verir, nağd pul kütləsinin emissiyasına müsbət təsir göstərir.

Ardını oxu...

Dünən Babək rayonunun Nehrəm Kənd Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun inkişaf etdirilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Yığıncağı rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev açaraq bildirmişdir ki, 4 fevral 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Ali Məclisin Sədri aqrar sahədə mövcud olan nöqsanlardan danışmış, bu nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulamış, ayrı-ayrı nazirlik, komitə və icra strukturları qarşısında mühüm vəzifələr qoymuşdur. Rayon İcra Hakimiyyəti həmin tapşırıqların icrası istiqamətində yerlərdə maarifləndirici tədbirlər keçirilməsini davam etdirir.

Ardını oxu...

Naxçıvanda Xan Arazın gecə-gündüz keşiyini çəkdiyi, dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən, yaşı qədimdən qədim olan, tikililəri, çinarları yüzilliklərə şahidlik edən bir diyar var. Çeşmələri bolsulu, ağacları barlı-bəhərli, insanları qonaqpərvər, son dərəcə mehriban olan bu diyara tarix “Ordubad” adını verib. Min illəri arxada qoyan, müstəqilliyin bəhrələrindən pay alan bu diyar indi ululardan ulu oğuz yurdunun gənc bir bölgəsinə bənzəyir. Ordubadın inkişafında mühüm rol oynayan isə ilbəil miqyasını və təyinatını genişləndirən quruculuq tədbirləri, aqrar bölməyə göstərilən dövlət dəstəyi, yurda, torpağa bağlı insanların zəhmətkeşliyidir.

Ardını oxu...

Ölkəmizdə, eləcə də muxtar respublikamızda digər sahələrlə yanaşı, iqtisadiyyatın lokomotivi rolunu oynayan sənaye sahəsinin də hərtərəfli inkişafına geniş imkanlar açılmışdır. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən islahatların başlıca məqsədi mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından, sənaye məhsulları istehsalının təşkilindən, təbii sərvətləri və əmək resurslarını səfərbər etməklə dayanıqlı və davamlı inkişafın təmin edilməsindən ibarət olmuşdur. Sənaye sahəsində həyata keçirilən islahatların uğurlu nəticəsidir ki, muxtar respublikada yeni sənaye müəssisələri işə başlamış, müxtəlif adda sənaye məhsulları istehsalına əlverişli şərait yaradılmışdır.

Ardını oxu...

Babək rayonunda fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşü rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq tədbirin mahiyyəti barədə məlumat vermişdir. Bildirilmişdir ki, 4 fevral 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə daxili bazarın yerli istehsal məhsulları ilə təminatında sahibkarlıq subyektlərinin üzərinə mühüm vəzifə düşdüyündən danışılmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların problemlərinin həllinə həssaslıqla yanaşılmasının vacibliyi diqqətə çatdırılmış, 2013-cü ildə yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilən kiçikhəcmli layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanmışdır.

Ardını oxu...

POS-terminal.Hələ ki, çoxlarına tanış olmayan bu söz qısa zamanda dilimizdə çox istifadə olunan anlayışlardan birinə çevriləcək. Bu gün POS-terminallar bütün ölkələrdə insanların etimad göstərdiyi, dövrün tələbi olan qurğu kimi özünü təsdiq etməkdədir. Artıq muxtar respublikada da nağdsız hesablaşmaların aparılması işi sürətləndirilmişdir.
Cari ilin fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən konkret tapşırıqlar verilmişdir. Bildirilmişdir ki, iqtisadi fəaliyyətin bütün sahələrində həyata keçirilən və mümkün olan maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsi ilə aparılması təmin olunmalıdır.
Bəs POS-terminal nədir və onu hansı məziyyətlərinə görə dövrün tələbi kimi xarakterizə edə bilirik?

Ardını oxu...

Son dörd ildə rayonun qəsəbə və kəndlərində nəhəng tikinti-quruculuq işləri həyata keçirilmişdir

Dövlət başçısı cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda əsas məqsəd ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdır. Dövlət Proqramının icrası istiqamətində ölkəmiz, eləcə də muxtar respublikamızın iqtisadiyyatında müşahidə olunan davamlı inkişaf tempi ilə əlaqədar Kəngərli rayonunda da böyük uğurlar əldə edilmişdir. Məlumat üçün bildirək ki, Kəngərli rayonu 19 mart 2004-cü ildə yaradılmışdır. Ərazisi 680 kvadratkilometrdir. 29 min 946 nəfər əhalisi olan Kəngərli rayonunda 11 yaşayış məntəqəsi var. Rayon mərkəzi Qıvraq qəsəbəsində 5485 nəfər yaşayır.

Ardını oxu...

Kəngərli Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov açaraq bildirib ki, bu gün muxtar respublikada çoxlu kiçik və orta sahibkarlıq subyektləri fəaliyyət göstərir, yeni müəssisələrin yaradılmasına ciddi diqqət yetirilir. Son zamanlar kiçik və orta sahibkarlığın sürətli inkişafı hiss edilməkdədir. Bugünkü tədbirin də keçirilməsində məqsəd Kəngərli rayonunda yaşayan torpaq mülkiyyətçilərinə yeni istehsal sahələri layihələri haqda məlumat vermək, əhalini bu istehsal sahələrinin yaradılmasına təşviq etməkdir.

Ardını oxu...

Muxtar respublikanın əlverişli iqlim şəraiti, bərəkətli, münbit torpaqları, kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısının göstərilməsi mövcud torpaq potensialından səmərəli istifadə edilməsinə, həmçinin əkin dövriyyəsinin genişləndirilməsinə geniş imkanlar açmışdır. Təsərrüfat suyuna olan tələbatın ödənilməsi, torpaq mülkiyyətçilərinə güzətli şərtlərlə kreditlərin və müasir kənd təsərrüfatı texnikalarının verilməsi, aqrotexniki xidmət sarıdan köməkliklərin göstərilməsi bu sahəyə olan dövlət qayğısının daha bir nümunəsidir. Təbii ki, əkin-biçin kampaniyasının mütəşəkkil keçirilməsində, yetişdirilən məhsulun vaxtında və itkisiz toplanılmasında müasir kənd təsərrüfatı texnikalarından səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Bu baxımdan torpaq mülkiyyətçilərinin və fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin olunması olduqca vacib məsələlərdəndir.

Ardını oxu...

2013-cü ilin bolluq, xeyir-bərəkət ili olacağına Şərurun zəhmət adamları indidən əmindirlər. Ona görə bu günlər hər kəs görüb-görəcəyi işi bir daha götür-qoy edir, yaz-tarla işlərinə elə başlamağa çalışır ki, yubanmasın, çəkdiyi zəhmətin, gördüyü işin qarşılığında ilin sonunda “şükür, bu il də yaxşı oldu” deyə bilsin.
Bir faktı xatırlatmaq yerinə düşər: ötən il muxtar respublikada hər hektarda taxılın məhsuldarlığına görə ən yüksək göstərici Şərur rayonunda əldə olunmuşdur. Şərur taxılçıları 9111 hektarın taxılını biçmiş, orta məhsuldarlığı 30,8 sentnerə çatdırmışlar. Bütövlükdə, əvvəlki ilə nisbətən 160 ton çox, yəni 28 min 230 ton taxıl istehsal edilmişdir ki, bunun da 22 min 750 tonu buğda, 5480 tonu isə arpa olmuşdur.

Ardını oxu...

Muxtar respublikamızın torpaq-iqlim şəraiti bol meyvə və tərəvəz yetişdirilməsi üçün olduqca əlverişlidir. Ona görə də meyvəçilik və tərəvəzçilik Naxçıvanın çox qədim kənd təsərrüfatı sahələrindən olub, əhalinin qidalanmasında və ticarətində böyük rol oynamışdır.
Region əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatını daxili imkanlar hesabına ödəmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Dövlət Proqramının başlıca məqsədi bazar iqtisadiyyatı şəraitində muxtar respublikada yerli şəraitə uyğun olan meyvə-tərəvəz məhsullarının istehsalını artırmaqdan, torpaq-iqlim xüsusiyyətlərinə uyğun, yüksək istehlak qabiliyyətinə malik meyvə bağlarının əkilməsindən və unudulmaqda olan məhsuldar sortların bərpasından, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələri yaradılmasından ibarətdir.

Ardını oxu...

Ötən il Şərur rayonunun Zeyvə kəndində yaradılan quşçuluq təsərrüfatında keyfiyyətli məhsul istehsal olunur

Son illər respublikamızda aparılan uğurlu islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafına təkan vermişdir. Güclü investisiya qoyuluşu, müasir texnologiyaların tətbiqi, idarəetmə təcrübəsi rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, mövcud müəssisələrin yenidən qurulmasına, yeni iş yerlərinin açılmasına və nəticə etibarı ilə, xalqın maddi rifahının yüksəldilməsinə şərait yaratmışdır. Sahibkarlığın inkişafı muxtar respublikamızda da diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Dünən Babək rayonunun Cəhri Kənd Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun inkişaf etdirilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Yığıncağı rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev açaraq tədbirin mahiyyətindən danışmışdır. Bildirmişdir ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması üçün bir sıra Dövlət proqramları qəbul edilmişdir. Bu proqramlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi aqrar sahədə çalışanlar qarşısında mühüm tapşırıqlar qoymuşdur. Bu sahəyə dövlət qayğısı da yetərincədir. Ancaq bununla belə, hələ də işdə müəyyən nöqsanlar var və bu nöqsanlara Babək rayonunda da rast gəlinir.

Ardını oxu...

Naxçıvan Şəhər Qaz İstismarı İdarəsinin rəisi Mahmud Əbilsoydan aldığımız məlumata görə, şəhərdə 19 min 988 abonent və 470 idarə, müəssisə, təşkilat, özəl qurum təbii qazdan istifadə edir. Yeni salınmış məhəllələrdə inşa olunmuş fərdi yaşayış evlərinə təbii qaz xəttinin çəkilişi ötən il də diqqət mərkəzində saxlanılmış, 311 abonentə, 28 idarə, müəssisə və təşkilata qaz xətti çəkilmiş, onlar qaz sayğacları ilə təmin olunmuşlar. Texniki səbəbdən sıradan çıxmış 624 ədəd sayğac yenisi ilə əvəz olunmuşdur.
Qaz təsərrüfatında istismarda olan avadanlıqlara, daşıyıcı və paylayıcı qaz kəmərlərinə, qaztənzimləyici qurğulara texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar vaxtında aradan qaldırılmışdır. Həmçinin Naxçıvan şəhər yeraltı dairəvi ortatəzyiqli qaz kəmərindən ayrılan xətlərin birləşmə nöqtələrində qaz quyularındakı siyirtmələrdə təmir işləri aparılmış, 273 millimetrlik dairəvi polad borulardan ayrılan qollar üzərindəki quyular təmizlənmiş, 50 millimetrlik kranlar yenisi ilə əvəz olunmuşdur.
Abonentlərin təhlükəsizliyi də diqqət mərkəzində saxlanılmış, baş verə biləcək hər hansı bir qəzanın vaxtında aradan qaldırılması üçün Qəza Dispetçer Xidmətinin 24 saat fəaliyyəti təmin edilmişdir. Qəza Dispetçer Xidmətinə ötən il 3153 çağırış daxil olmuş, qəza halları vaxtında aradan qaldırılmışdır.
Təbii qazın itkisiz olaraq yerlərə çatdırılması, israfçılığın qarşısının alınması və sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, ötən il, ümumilikdə, 49 milyon 64 min 870 kubmetr qaz sərf olunmuş, sərf edilən qazın dəyəri 100 faiz ödənilmişdir.

Xəbərlər şöbəsi

Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən Naxçıvan şəhərinin Cəlil Məmmədqulu­zadə küçəsində Azərbaycan Respublikası Hesablama Pala­tasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi üçün nəzərdə tutulan binada əsaslı təmir işləri aparılır. Qısa müddət ərzində binanın interyerində xeyli dəyişikliklər aparılıb, fasad boyanıb, giriş qapısı dəyişdirilib. Hazırda döşəməyə parket vurulur, elektrik və istilik xətləri yeniləri ilə əvəz olunur.

Səbuhi HÜSEYNOV

Son 17 ildə iqtisadi inkişafın və intensiv sosial islahatların aydın xarakteristikası deməyə əsas verir ki, ümummilli liderin müəyyənləşdirdiyi alternativsiz inkişaf yolu muxtar respublikada böyük əzmlə davam etdirilmiş, həyata keçirilən məqsədyönlü siyasət sayəsində bu qədim diyar davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətlər fonunda yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin artırılmasına və ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur.

Ardını oxu...

Naxçıvan şəhərində inşa olunan obyektlərdən biri də Naxçıvan Şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbi üçün nəzərdə tutulub. Hazırda obyektin birinci və ikinci mərtəbələrində arakəsmələr işlənilir, üçüncü mərtəbənin hörgüsünə hazırlıq görülür. İş icraçısı Samiq Abdullayevin bildirdiyinə görə, birinci və ikinci mərtəbələrinin hər birində on altı, üçüncü mərtəbədə on dörd otaq istifadəyə veriləcək. Binada direktor, müavin, müəllimlər otaqları, arxiv, kitabxana, tədbirlər zalı yaradılacaq. Bina üçün fərdi qazanxana quraşdırılacaq. Bu obyektdə də Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları çalışırlar.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu üçün yeni binanın inşasına ötən ilin oktyabr ayından başlanılıb. Zirzəmi ilə birlikdə altı mərtəbədən ibarət olacaq binada tikinti işlərinin əsas hissəsi başa çatdırılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları öhdələrinə düşən işi vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün səylə çalışırlar.
İş icraçısı Ataş Nəbiyevdən aldığımız məlumata görə, binanın zirzəmisi maddi sübutların saxlanması üçün otaq, arxiv, anbar və digər xidməti otaqlar üçün nəzərdə tutulub. Birinci mərtəbə Təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsi üçün ayrılacaq. Dövlət ittihamının müdafiəsi üzrə şöbə və dəftərxana ikinci mərtəbədə yerləşəcək. Üçüncü mərtəbədə prokurorlar, köməkçilər üçün otaqlar yaradılacaq. Binanın dördüncü mərtəbəsində prokurorluğun İstintaq şöbəsi fəaliyyət göstərəcək. Sonuncu mansardtipli mərtəbədə stajorlar, kriminalistlər üçün otaqlar olacaq. Bu mərtəbədə müşavirə zalı da yerləşəcək.

Xəbərlər şöbəsi

Əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin rifah halının yaxşılaşdırılması Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Dövlət dəstəyi ilə özəl müəssisələrin fəaliyyətə başlaması sahəsində görülən kompleks tədbirlər muxtar respublikanın sosial-iqtisadi uğurlarını artıran səbəblərdəndir. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə həyata keçirilən tədbirlər muxtar respublikanın iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynayır. Bütün bunlar – iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun inkişaf etməsinə şərait yaratmışdır. Bu isə, öz növbəsində, Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payının 87 faiz olması ilə nəticələnmişdir.

Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Nəticə etibarilə, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ardını oxu...

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalını genişləndirmək, daxili bazarın tələbatını yerli məhsullar hesabına ödəmək məqsədilə son illər reallaşdırılan iqtisadi layihələr bəhrələrini verməkdədir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də muxtar respublikaya kənd təsərrüfatı texnikaların gətirilməsi və torpaq mülkiyyətçilərinə aqrolizinq xidmətlərinin göstərilməsidir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bölgələrdə bazalarının yaradılması bu məqsədə xidmət edir.
Ötən dövr ərzində bu tədbir tikinti-quruculuq işlərinin tərkib hissəsinə çevrilmiş, muxtar respublikanın rayonlarında bazalar yaradılmış, onlar üçün binaların tikintisi diqqət mərkəzində saxlanılmışdır. Bu qayğıdan Şahbuz rayonuna da pay düşmüşdür. Belə ki, hazırda rayonda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz bazası üçün yeni kompleks inşa olunur. Burada inzibati bina, təmir sexi, gübrə anbarı istifadəyə veriləcək. İnzibati binanın və gübrə anbarının bünövrələrində inşaat işləri başa çatdırılmış, digər tikinti tədbirləri davam etdirilir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları öhdələrinə götürdükləri obyektin tikintisində əzmkarlıq göstərir, keyfiyyət amilini diqqət mərkəzində saxlayırlar.

Xəbərlər şöbəsi

Muxtar respublikada meyvə və tərəvəz istehsalının inkişaf etdirilməsini, yüksək istehlak xüsusiyyətlərinə malik yeni meyvə bağlarının salınmasını, onların ixtisaslaşdırılmasını, yerli şəraitə uyğun unudulmaqda olan məhsuldar sortların bərpasını, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin yaradılmasını əsas məqsəd kimi müəyyənləşdirmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nın qəbulundan bir il keçir.

Ardını oxu...

Şərur Rayon Vergilər Şöbəsi vergi ödəyicilərindən ötən il nəzərdə tutulmuş 2 milyon 920 min manata qarşı 3 milyon 186,5 min manat vəsait toplayaraq tapşırığa 109,1 faiz əməl etmişdir. Bu rəqəm 2011-ci illə müqayisədə 15,4 min manat çoxdur.
Fiziki şəxslərdən gəlir vergisi üzrə ilin əvvəlində nəzərdə tutulmuş 658 min manata qarşı 736,8 min manat vəsait yığılmış, tapşırıq 112 faiz yerinə yetirilmişdir. Mənfəət vergisi tapşırığı 210 faiz, torpaq vergisi 133,3 faiz, əmlak vergisi 196,9 faiz, əlavə dəyər vergisi 105,3 faiz, aksiz vergisi 164 faiz, dövlət rüsumu 100,7 faiz, yol vergisi 106 faiz, sair daxilolmalar 127,8 faiz yerinə yetirilmişdir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR