22 Dekabr 2024, Bazar

Şərur Rayon Vergilər Şöbəsi vergi ödəyicilərindən ötən il nəzərdə tutulmuş 2 milyon 920 min manata qarşı 3 milyon 186,5 min manat vəsait toplayaraq tapşırığa 109,1 faiz əməl etmişdir. Bu rəqəm 2011-ci illə müqayisədə 15,4 min manat çoxdur.
Fiziki şəxslərdən gəlir vergisi üzrə ilin əvvəlində nəzərdə tutulmuş 658 min manata qarşı 736,8 min manat vəsait yığılmış, tapşırıq 112 faiz yerinə yetirilmişdir. Mənfəət vergisi tapşırığı 210 faiz, torpaq vergisi 133,3 faiz, əmlak vergisi 196,9 faiz, əlavə dəyər vergisi 105,3 faiz, aksiz vergisi 164 faiz, dövlət rüsumu 100,7 faiz, yol vergisi 106 faiz, sair daxilolmalar 127,8 faiz yerinə yetirilmişdir.

2012-ci ildə sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan fiziki şəxs kimi həyata keçirən 269 vergiödəyən qeydiyyata alınmış, il ərzində 78 vergi ödəyicisinə muxtar respublikanın müxtəlif banklarında hesablaşma hesabları açılmışdır. 
Hazırda Şərur rayonu ərazisində 430 kommersiya obyekti fəaliyyət göstərir ki, bunlardan 273-ü pərakəndə ticarətlə, 8-i iaşə xidməti ilə, 5-i yanacaqdoldurma fəaliyyəti ilə məşğul olur, 144 obyekt isə əhaliyə müxtəlif məişət xidmətləri göstərir. Nağd pul hesablaşmaları aparan bütün obyektlərdə nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları (müvafiq formada qəbzlər) tətbiq edilmişdir.
İl ərzində 286 obyektdə nəzarət-kassa aparatı quraşdırılmış, 144 obyektdə isə ciddi hesabat blankları tətbiq olunmuşdur. Ötən il 654 obyektdə səyyar məlumatlandırma xidməti göstərilmiş, təşkil edilmiş görüşlərdə 311 vergi ödəyicisi iştirak etmiş, 182 vergi ödəyicisinə vergilərə aid kitabça, buklet və başqa nəşrlər verilmişdir.
Operativ vergi yoxlamalarının aparılması davam etdirilmiş, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, vergi orqanlarında uçotda durmayan vergi ödəyicilərinin müəyyənləşdirilməsi, fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşımalarının həyata keçirilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi, ictimai yerlərdə alınıb-satılması və ya dəyişdirilməsi, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olan şəxslərin aşkar edilməsi və sair bu kimi faktlara görə 44 qərar verilmişdir. Yoxlamalar zamanı aşkar edilən qanun pozuntularına görə 560 manat inzibati cərimə və 7 min 240 manat maliyyə sanksiyası tətbiq edilmiş, inzibati cərimə və maliyyə sanksiyaları tamamilə büdcəyə ödənilmişdir. 63 halda əmək müqavilələrinin bağlanması təmin olunmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR