22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 134 milyon 198 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar ayı ilə müqayisədə 12,6 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar ayı ilə müqayisədə 11,6 faiz artaraq 313,8 manata (399,8 ABŞ dollarına) çatmışdır.

 *     *     *

2013-cü ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 78 milyon 828 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 14,3 faiz üstələmişdir.

 *     *     *

Cari ilin yanvar ayında muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 64 milyon 233 min manat həcmində investisiya yönəldilmişdir. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 10,6 faiz və ya 6 milyon 156 min manat artmışdır.

*     *     *

Qeyd olunan dövrdə informasiya və rabitə xidmətlərinin həcmi 3 milyon 342 min manatdan çox olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 2 milyon 752 min manat olmaqla bir il öncəki göstəricini 5,5 faiz üstələmişdir.

*     *     *

2013-cü ilin yanvar ayında muxtar respublikada 6 milyon 406 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 4,6 faiz üstələmişdir. Cari ilin yanvar ayında muxtar respublikada 1,6 min ton ət (diri çəkidə), 1,9 min ton süd, 7 milyon ədədə yaxın yumurta istehsal edilmiş, 2012-ci ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 7,7 faiz, süd istehsalı 3,6 faiz, yumurta istehsalı 9,3 faiz artmışdır.

*     *     *

Cari ilin yanvar ayında muxtar respublikada əhalinin gəlirləri 2012-ci ilin müvafiq ayı ilə müqayisədə 8,8 faiz artaraq 93 milyon 285 min manat, onun hər bir nəfərə düşən həcmi isə 6,6 faiz yüksələrək 218,2 manat təşkil etmişdir. Bu dövr ərzində hesabat ayının sonuna əhali əmanətlərinin ümumi həcmi 6 milyon 302 min manata çatmışdır.

*     *     *

Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2013-cü ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 371,2 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artmışdır.

*     *     *

1 fevral 2013-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 17928-ə çatmışdır ki, bunun da 14952-si və ya 83,4 faizi aktiv hesablardır. 2013-cü ilin yanvar ayı ərzində açılmış 941 bank hesabının 904-ü və ya 96,1 faizi aktiv hesablardır.

*     *     *

2013-cü ilin yanvar ayında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 23 milyon 471 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır. İxracın həcmi son bir il ərzində 4,1 faiz artaraq 20 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 17 milyon ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.

*     *     *

Bəhs olunan dövrdə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 2 milyon 690 min manat həcmində kreditlər verilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricidən 47,3 faiz çoxdur.

*     *     *

1 fevral 2013-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 8754 nəfər və ya 2,1 faiz artaraq 427952 nəfər təşkil etmişdir. 2013-cü ilin yanvar ayında 889 körpə doğulmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 nəfər çoxdur.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR