22 Dekabr 2024, Bazar

Muxtar respublikanın əlverişli iqlim şəraiti, bərəkətli, münbit torpaqları, kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısının göstərilməsi mövcud torpaq potensialından səmərəli istifadə edilməsinə, həmçinin əkin dövriyyəsinin genişləndirilməsinə geniş imkanlar açmışdır. Təsərrüfat suyuna olan tələbatın ödənilməsi, torpaq mülkiyyətçilərinə güzətli şərtlərlə kreditlərin və müasir kənd təsərrüfatı texnikalarının verilməsi, aqrotexniki xidmət sarıdan köməkliklərin göstərilməsi bu sahəyə olan dövlət qayğısının daha bir nümunəsidir. Təbii ki, əkin-biçin kampaniyasının mütəşəkkil keçirilməsində, yetişdirilən məhsulun vaxtında və itkisiz toplanılmasında müasir kənd təsərrüfatı texnikalarından səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Bu baxımdan torpaq mülkiyyətçilərinin və fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin olunması olduqca vacib məsələlərdəndir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti aqrar bölmənin kənd təsərrüfatı texnikaları ilə təchizatını, müxtəlif servis xidmətlərinin göstərilməsini, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışını həyata keçirir, damazlıq düyələrin alınaraq muxtar respublikaya gətirilməsini və lizinq yolu ilə fermerlərə verilməsini təmin edir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xəttilə 194 ədədi 2012-ci ildə olmaqla, cəmi 879 ədəd müxtəliftəyinatlı müasir kənd təsərrüfatı texnikaları və avadanlıqlar alınıb gətirilmişdir. 

Ölkə başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı texnikalarının hüquqi və fiziki şəxslərə müddətli ödənişlə satılmasında güzəştlər tətbiq olunur. Belə ki, 2007-ci ilədək satılan kənd təsərrüfatı texnikaları dəyəri 5 il müddətinə ödənilib, dəyərinin 120 faizi məbləğində girov qoyulmaqla satılırdısa, 2011-ci ilədək 10 il müddətinə və dəyərinin 20 faizi əvvəlcədən ödənilməsi şərtilə heç bir girov qoyulmadan satılmışdır. 2011-ci ilin yanvar ayından isə kənd təsərrüfatı texnikaları 10 il müddətinə və dəyərinin 10 faizi əvvəlcədən ödənilməsi şərti ilə heç bir girov qoyulmadan satılır. Bu da, təbii ki, texnikaların hüquqi və fiziki şəxslər tərəfindən alınmasına əlverişli şərait yaratmış, 185 ədədi 2012-ci ildə olmaqla, lizinq yolu ilə 641 ədəd texnika satılmışdır. Lizinq yolu ilə satılmış texnikaların ödənişi vaxtında aparılmış, bu günə qədər heç bir borc qalığı qalmamışdır.
Mövcud texnika və texnoloji avadanlıqların saxlanılmasına və yüksək keyfiyyətli aqroservis xidmətinin göstərilməsinə əlverişli şərait yaradılmış, 2010-cu ildə “Naxçıvan Aqrolizinq” ASC və onun Şərur, Culfa, 2011-ci ildə isə Sədərək, Kəngərli və Ordubad bazalarında inzibati bina, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilmişdir. Hazırda “Naxçıvan Aqrolizinq” ASC-nin bazasında 238 ədəd müxtəlif texnika və avadanlıqlar vardır. Bunun 33 ədədi Şərur, 50 ədədi Babək, 23 ədədi Culfa, 5 ədədi Sədərək, 9 ədədi Ordubad, 12 ədədi isə Kəngərli bazalarına icarəyə verilmişdir. Cari ilin bol məhsulunun əsası ötən ilin payızında qoyulmuş, taxıl əkini kampaniyası optimal müddətdə başa çatdırılmışdır. Hazırda yaz əkini kampaniyasına hazırlıq görülür, texnikalara baxış keçirilir.
Məhsuldarlığın artırılmasında mühüm rol oynayan mineral gübrələrin alınaraq muxtar respublikaya gətirilməsi və torpaq mülkiyyətçilərinə çatdırılması da diqqət mərkəzində saxlanılmış, ötən il güzəştli qiymətlərlə 3830 ton azot və 120 ton fosfor gübrəsi satılmışdır. Həmçinin 3700 ton mineral gübrə ehtiyatı yaradılmışdır.
Daxili bazarın keyfiyyətli ət, süd və süd məhsulları ilə təmin olunması, mal-qaranın cins tərki­binin daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, “Naxçıvan Aqrolizinq” ASC-yə Almaniya, Avstriya və İran İslam Respublikasından 94 baş “Şvis”, 66 baş “Simmental”, 1181 baş “Holşden friz” cinsi olmaqla, ümumilikdə, 1341 baş damazlıq düyə alınıb gətirilmiş, lizinq yolu ilə ayrı-ayrı rayonlarda heyvandar­lıqla məşğul olan sahibkarlara verilmişdir. Damazlıq düyələrin dəyərinin 20 faizi nağd ödənilmiş, qalan 80 faizi isə sonrakı 3 il müddətində qrafikə uyğun olaraq müvafiq qaydada ödənilir.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR