Kəngərli Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov açaraq bildirib ki, bu gün muxtar respublikada çoxlu kiçik və orta sahibkarlıq subyektləri fəaliyyət göstərir, yeni müəssisələrin yaradılmasına ciddi diqqət yetirilir. Son zamanlar kiçik və orta sahibkarlığın sürətli inkişafı hiss edilməkdədir. Bugünkü tədbirin də keçirilməsində məqsəd Kəngərli rayonunda yaşayan torpaq mülkiyyətçilərinə yeni istehsal sahələri layihələri haqda məlumat vermək, əhalini bu istehsal sahələrinin yaradılmasına təşviq etməkdir.
Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov muxtar respublikanın iqtisadi inkişafını əks etdirən göstəricilər haqda tədbir iştirakçılarına məlumat verərək bildirib ki, bütün incəliklərinə görə yüksək dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini tamamlayan Dövlət proqramları əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, şəhər və rayonların hərtərəfli tərəqqisinə yol açır. Muxtar respublikanın davamlı, sürətli inkişafı təkcə iqtisadi deyil, həm də mənəvi məsələdir. Başqa sözlə, burada insan amili öz həlledici təsirini göstərir, insanların sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı mühüm rol oynayır. İşgüzar sahibkarlıq təşəbbüslərinin yüksək səviyyədə dəstəklənməsi, ən yeni texnologiyalara söykənən aqrar-sənaye komplekslərinin yaradılması, yüngül sənayenin, qida sənayesinin inkişaf etdirilməsi, yoxsulluğun, işsizliyin aradan qaldırılması, əhalinin yüksək məşğulluğunun təmin edilməsi təkcə mərkəzdə deyil, bölgələrimizdə də öz bəhrələrini verir. Muxtar respublikada bölgələrin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm meyarlardan biri də insan kapitalının əhəmiyyətinin lazımi şəkildə dəyərləndirilməsidir. Bu gün hər bir rayonun malik olduğu potensialdan tam və səmərəli istifadə edilməsi, bölgələrimizin inkişafının tarazlaşdırılması, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması məqsədilə həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun icraçı direktoru Abbasağa Babayev kənd yaşayış məntəqələrində yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilən layihələr barədə məlumat verib, bu layihələrin reallaşdırılması üçün kreditlərin ayrılma qaydaları haqqında danışıb. Qeyd olunub ki, bu gün rayon sakinlərinə təqdim edilən layihələr arasında kompleks arıçılıq təsərrüfatı, meyvə və tərəvəz qurusu istehsalı, lokum, tut doşabı, kompot, göbələk konservi, südün emalı və xama, qarğıdalı cipsi, bərk pendir istehsalı və digər sahələr var.
Sonda bu layihələrdən yararlanmaq istəyən rayon sakinlərini maraqlandıran məsələlər müzakirə edilib, onlara sözügedən layihələr barədə məlumatların əks olunduğu vərəqələr paylanılıb.
Müşavirəyə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov yekun vurub.
* * *
Həmin gün Şərur rayonunda da analoji tədbir keçirilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açaraq rayonun iqtisadi potensialı, göstəriciləri, sosial və infrastruktur layihələri, istehsal və emal müəssisələri, yaradılan yeni iş yerləri, maliyyələşdirilən layihələr, onların nəticələri barədə ətraflı məlumat verib. İcra Hakimiyyətinin başçısı rayonda sahibkarlığa göstərilən dövlət qayğısından da danışıb, reallaşdırılan layihələrin nəticələrinin sevindirici olduğunu qeyd edib.
Bildirilib ki, bu gün kənd yaşayış məntəqələrində kiçikhəcmli layihələrin reallaşdırılmasına ehtiyac var. Dövlətdən maliyyə dəstəyi alan, bu layihələrin reallaşdırılmasında iştirak etmək istəyənlər ərazisində müəssisə açmaq istədiyi kəndin mövcud potensialını yaxından öyrənməli, həmin yerin potensial və tələbatına uyğun olan sahə və ya sahələr üzrə fəaliyyət göstərməlidirlər. Yerlərdə kiçikhəcmli layihələrin reallaşdırılması muxtar respublika əhalisinin müxtəlif yeyinti məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ixrac potensialının artırılmasında da mühüm əhəmiyyətə malikdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov çıxış edərək bildirib ki, son 17 ildə muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin artırılmasına və ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunub. Muхtаr rеspublikаdа fəаliyyəti bərpа еdilmiş və yа yеnidən qurulmuş istеhsаl müəssisələrində 115 növdə, 335 çеşiddə ərzaq, 229 növdə, 524 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 344 növdə, 859 çeşiddə məhsul istеhsаl оlunur. 106 növdə ərzаq, 224 növdə qеyri-ərzаq olmaqla, cəmi 330 növdə məhsulа оlаn tələbаt tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilir. Sаhibkаrlığın inkişаfı, əlvеrişli biznеs mühitinin yаrаdılmаsı məqsədilə islаhаtlаrın аpаrılmаsı, iqtisаdiyyаtın dаvаmlı və tаrаzlı inkişаfının təmin еdilməsi ölkəmizin sоsiаl-iqtisаdi inkişаfının hаzırkı mərhələsinin priоritеt vəzifələrindəndir.
Naxçıvan Muxtar Respublikası Sаhibkаrlığа Kömək Fоndunun icraçı direktoru Abbasağa Babayev çıxış edərək bildirib ki, fondun vəsаitləri muхtаr rеspublikаnın sоsiаl-iqtisаdi inkişаf istiqаmətləri çərçivəsində qəbul еdilmiş Dövlət prоqrаmlаrındа iqtisаdiyyаtın bu və yа digər sаhələrinin inkişаfı ilə bаğlı nəzərdə tutulmuş kоnkrеt lаyihələrin mаliyyələşdirilməsinə yönəldilib. Muxtar respublika üzrə 2000-ci ildən ötən müddət ərzində fоnd tərəfindən 1087 layihənin maliyyələşdirilməsinə 89 milyon manatdan çox kredit verilib. Bu gün sahibkarlara təqdim edilən layihələrdən bəhrələnmək istəyənlər fonda müraciət edə və istədiyi layihənin reallaşdırılması üçün kreditlərdən yararlana bilərlər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara yeni layihələrin əks olunduğu məlumat vərəqələri paylanılıb.
Xəbərlər şöbəsi