22 Dekabr 2024, Bazar

Son illər muxtar respublikada tarazlı inkişafın təmin olunması məqsədilə həyata keçirilən tədbirlər bəhrələrini vermiş, regionumuz ölkə­nin iqtisadi rayonları içərisində qabaqcıl yerlərdən birini tutmuşdur. Öncə onu qeyd edək ki, tarazlı inkişafın təmin olunmasında güclü investisiya qoyuluşları mühüm rol oynayır. Ona görə də bu məsələ diqqətdə saxlanılır. Ötən il bütün maliyyə mənbələri hesabına əsas kapitala 982 milyon 264 min manat həcmində investisiya yönəldilmişdir. Bu, 2011-ci ildəki müvafiq göstəricidən 20,4 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 874 milyon 542 min manatı və ya 89 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Bu da 2011-ci illə müqayisədə 20,1 faiz çoxdur.

Ardını oxu...

Kəngərli rayonunda kənd təsərrüfatı məhsulları bolluğu yaradılır

Ötən il dekabrın 22-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin altıncı sessiyasında Ali Məclisin Sədri demişdir: “Əlverişli iqlim şəraitinin, bərəkətli münbit torpaqların olması, üstəlik də sahənin inkişafına hərtərəfli dövlət qayğısının göstərilməsi kənd təsərrüfatının inkişafına, muxtar respublikanın torpaq potensialından səmərəli istifadəyə şərait yaratmışdır”. Kəngərli rayonunun torpaq mülkiyyətçiləri də ötən ili yaxşı nəticələrlə yola salmışlar.
“Torpaq deyir: əz məni, əzizləyim səni!” Ataların bu müdrik kəlamı Kəngərli rayonunda da həyati təsdiqini tapmışdır. Torpağa əyilən, zəhmət çəkən hər kəs bunun bəhrəsini mütləq görür, öz güzəranını yaxşılaşdırır, üstəlik də ölkənin məhsul bolluğuna sanballı töhfələr verir.

Ardını oxu...

Şahbuz rayonunda turizmin inkişafı üçün hərtərəfli təbii şərait mövcuddur. Ağbulaq kəndi də bölgənin belə ünvanlarındandır. Ötən ildən həmin kənddə Turizm və İstirahət Kompleksinin yaradılmasına başlanılıb. Kompleks üçün ayrılmış ərazidə iki yaşayış, yeməkxana və texniki-məişət binaları tikilib. Yaşayış binalarının hər biri ikimərtəbəlidir. Kompleksin yeməkxana binası 2 hissədən ibarətdir. Burada mətbəx və 144 yerlik yemək salonu yerləşəcək, inzibati hissədə isə kitabxana, tibb və iş otaqları kompleksdə istirahət edənlərin istifadəsinə veriləcək.
Kompleks ilin bütün fəsillərində müasir ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərəcək. Yeni obyektdə son tamamlama işləri aparılır.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq işlərinin bir qolunu da məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələri üçün inşa olunan və ya yenidən qurulan binalar təşkil edir. Son illər bu istiqamətdə xeyli iş görülüb. Bu tədbirlərdən Ordubad rayonu da bəhrələnib. Hazırda rayon mərkəzində zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan uşaq bağçası binasında tikinti işləri davam etdirilir.
Qeyd edək ki, 220 yerlik uşaq bağçasının inşası “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Ötən müddət ərzində tikinti işlərinin böyük hissəsi başa çatdırılıb, çardaq hissə qurulub. Hazırda inşaatçılar binadaxili tikinti tədbirlərini həyata keçirirlər.
Məlumat üçün bildirək ki, Ordubad şəhərində bir neçə il əvvəl 3 nömrəli uşaq bağçası üçün 50 yerlik bina istifadəyə verilib.

Xəbərlər şöbəsi

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi və yeni iqtisadi münasibətlərə keçid üçün kompleks islahatlar strategiyası müəyyənləşdirilmiş, dövlətin iqtisadi həyatında yeni mərhələnin əsası qoyulmuşdur. Dahi şəxsiyyətin həyata keçirdiyi islahatlar nəticəsində ölkə iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında yenidən qurulmuş, makroiqtisadi sabitliyə və iqtisadiyyatın tarazlı inkişafına nail olunmuşdur.

Bu dövrdə iqtisadi siyasətin ayrılmaz tərkib hissəsi olan vergi siyasətində də əsaslı islahatlar aparılmış, bu sistem müasir standartlar səviyyəsində formalaşdırılmışdır. Ulu öndərin 2000-ci il 11 fevral tarixli Fərmanına əsasən, Baş Dövlət Vergi Müfəttişliyinin bazasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradılmış, ölkəmizdə vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə vergilər və digər daxilolmaların vaxtında və tam yığılmasının təmin edilməsi, vergitutma sahəsində dövlət nəzarətinin həyata keçirilməsi bu quruma tapşırılmışdır. Aparılan struktur islahatları nəticəsində yaradılan yeni idarəetmə sistemi operativliyin təmin edilməsinə və vergi inzibatçılığının əhəmiyyətli şəkildə yaxşılaşmasına səbəb olmuşdur. Qısa zamanda vergi sistemində təkmil qanunvericiliyin yaradılmasına nail olunmuş, 2000-ci ilin iyulunda Azərbaycan Respublikasının Vergi Məcəlləsi qəbul edilmişdir.

Ardını oxu...

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi binada əsaslı yenidənqurma işləri həyata keçirilir. Köhnə çardaq sökülərək yenidən qurulub. Hazırda binanın fasadında təmir işləri aparılır. Birmərtəbəli muzey binasının daxilində əsaslı şəkildə təmir və yenidənqurma işləri aparılacaq, qapı və pəncərələr dəyişdiriləcək, əlavə otaqlar və müasir iş şəraiti yaradılacaq.
“Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları muzey binasında bir neçə ay əvvəl başladıqları yenidənqurma işlərini keyfiyyətlə və sürətlə davam etdirirlər.

Xəbərlər şöbəsi

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, əmanətlərin qaytarılmasına başlandığı gündən fevralın 7-nə qədər muxtar respublikada 35 min 559 nəfər əmanətçiyə birdəfəlik ödəmələrin verilməsi təmin edilib. Məlumatda o da bildirilir ki, əmanətçilərə 13 milyon 714 min 710 manat vəsait ödənilib. Əmanətlərin qaytarılması üzrə ərizələrin qəbulu ötən ilin sonunadək həyata keçirilib. Vəsaitlərin ödənilməsi bu ilin sonuna qədər davam etdiriləcək.
Xatırladaq ki, ölkə Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanına əsasən, SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi qərara alınıb. 2012-ci ilin iyunun 1-dən isə sovet dövründən banklarda qalmış əmanətlərin qaytarılmasına başlanılıb.

Xəbərlər şöbəsi

Ordubad rayonunda vergi ödəyiciləri ilə görüş keçirilib. Görüşdə POS-terminalların əhəmiyyəti haqqında söhbət açan rayon Vergilər Şöbəsinin müdiri Məhəmməd İbad­ov bidirib ki, POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi üçün nəzərdə tutulmuş avadanlıqdır. Əməkhaqqı, pensiya, müavinət və digər kartlarla pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində POS-terminal vasitəsilə malların, iş və xidmətlərin dəyəri ödənilərkən kart sahibindən əlavə xidmət haqqı tutulmur. POS-terminal üzrə əməliyyatlar həyata keçirilərkən, adətən, iki nüsxədə qəbz çap olunur. İmzalanmış qəbzin bir nüsxəsi kart sahibində, digəri isə təsərrüfat subyektində qalır. Bu qəbz malın mağazaya geri qaytarılması zamanı zəruridir. Bundan başqa, sahibkar artıq məsrəflərdən (nağd pulların saxlanılması, hesablanması) və risklərdən (saxta pul, pulların oğurlanması) tamamilə azad olur.
Çıxışlardan sonra sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

İlk təəssüratın ünvanı

İndi bu qalanın “qapısı”nı daha ürəklə, cəsarətlə, qürurla açmaq olur: qardaş Türkiyə Respublikasından “Ümid körpüsü” vasitəsilə Sədərəyə daxil olan qonaqlar Naxçıvan Muxtar Respublikası haqqında ilkin təəssüratı burdan almağa başlayırlar. Sədərək-Naxçıvan magistralı ilə hərəkət etdikcə hara baxırlarsa, rahat, geniş yollar, gözəl təbiət mənzərələri, bağ-bağatlar, bir-birindən yaraşıqlı binalar, park və xiyabanlar, milli-memarlıq üslubunda ucaldılmış tikililər görürlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu bölgədə olarkən xüsusi vurğulayıb ki, Sədərək başqa rayonlardan fərqlənir. Çünki bu bölgə sərhəddə yerləşir və elə hər iş də, təəssürat da sərhəddən başlanır. Ona görə də Sədərəyə xüsusi diqqət, qayğı var.
2012-ci il bütövlükdə ölkəmizin həyatında olduğu kimi, Sədərək rayonunun sosial-iqtisadi və mədəni həyatında da əlamətdar və yaddaqalan olmuşdur. Əsas cəhət odur ki, bütün sahələrdə əvvəlki illərlə müqayisədə irəliləyiş əldə edilmiş, aparılan genişmiqyaslı tikinti-abadlıq və qurucu­luq işləri daha sistemli və ardıcıl xarakter almışdır. Bu günlərdə rayonda olduq, idarə, müəssisə və təşkilatlara baş çəkdik. Adamlarla danışdıq, onların əhval-ruhiyyəsi ilə maraqlandıq. Hər yerdə yüksək əhval-ruhiyyənin, adamların sabaha dərin inam və ümidinin şahidi olduq.
Bizi daha çox maraqlandıran isə bunlar idi: həyatın bütün sahələrində uğurlu nəticələr əldə edilmişdir. Konkret olaraq bu nəticələr nədən ibarətdir? İşin daha yaxşı təşkili üçün görülmüş və görüləsi tədbirlər, qarşıda duran vəzifələr hansılardır?

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında müasir gömrük infrastrukturunun yaradılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Culfa şəhərindəki “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina inşa olunur. Binanın tikintisi “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən həyata keçirilir. Obyektin tikintisinə ötən ilin avqust ayının əvvəlindən başlanılıb. Bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Hazırda binada əsas divarların hörgüsü tam başa çatdırılıb, dam örtüyünün vurulmasına, suvaq çəkilməsinə başlanılıb.
Xatırladaq ki, kompleksdə yeni anbar binası, qarajlar və digər obyektlər də inşa ediləcək.

*     *     *

Culfa rayonunda son illər inşa edilən yeni məktəb binalarının çoxu ucqar dağ kəndlərinin payına düşüb. Növbəti dərs ilində yeni məktəb binasının sevinci Teyvaz kəndində də yaşanacaq. Belə ki, ötən ildən bu yaşayış məntəqəsində zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət binanın tikintisinə başlanılıb. Yeni bina 110 şagird yerlik nəzərdə tutulub. Zirzəmi hissəsində hörgü işləri başa çatdırılıb. Culfa Rayon Tikinti-Quraşdırma İdarəsinin kollektivi birinci mərtəbədə tikinti işlərinin aparılmasına hazırlığı yekunlaşdırıb.
Qeyd edək ki, ötən il rayonun Ləkətağ kəndində 144 şagird yerlik yeni məktəb binası inşa olunaraq, Yaycı kəndində 788, Boy­əhməd kəndində 110 şagird yerlik məktəb binaları yenidən qurularaq istifadəyə verilib.

Xəbərlər şöbəsi

1970-85-ci illər Naxçıvanda iqtisadiyyatın sürətli yüksəlişi və sənayeləşməsi ilə xarakterizə olunur

1924-cü ildə Naxçıvana Azərbaycan Respublikasının tərkibində muxtariyyət statusunun verilməsi siyasi əhəmiyyəti ilə yanaşı, bu diyarın ictimai, mədəni və iqtisadi inkişafı baxımından da böyük önəm daşıyır. Muxtar respublika iqtisadiyyatının inkişaf dinamikasının ayrı-ayrı tarixi dövrlər üzrə təhlili göstərir ki, əldə edilən iqtisadi nailiyyətlərin, demək olar ki, böyük əksəriyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində qazanılmışdır və bütövlükdə, Naxçıvan iqtisadiyyatının bugünkü tərəqqisi onun adı ilə bağlıdır. 

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən sosial və iqtisadi islahatların uğurlu nəticələri 2012-ci ildə də saxlanılmış, real sektorda və sosial mühitdə dinamik inkişaf davam etmişdir.
2012-ci ilin ən mühüm hadisələrindən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Bu səfər zamanı ölkə başçısının cəmi bir gün ərzində 10 yeni obyektin – Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının və Fövqəladə Hallar Nazirliyinin inzibati binasının, Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleksin, Sement Zavodunun, Kəngərli rayonunun Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, Mədəniyyət Evinin, həmin qəsəbədəki “N” saylı hərbi hissədə qərargah binasının, Naxçıvan-Culfa magistral avtomobil yolunun, Culfa şəhərində Uşaq Musiqi Məktəbinin, Sərhəd Komendantlığının və Sərhəd Zastavasının açılış mərasimlərində iştirak etməsi inzibati ərazimizdə mövcud sürətli tərəqqini səciyyələndirməkdədir.

İrimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti hər zaman olduğu kimi Naxçıvana böyük diqqət göstərir”.
Ötən il Ümumi Daxili Məhsul istehsalının davamlı artımı təmin olunmuş, Ümumi Daxili Məhsulun həcmi bir il öncəyə nisbətdə 16,8 faiz artaraq 2 milyard 103 milyon 424 min manata, onun hər bir nəfərə düşən həcmi isə 15,4 faizlik artımla 4973,8 manata (6331,2 ABŞ dollarına) çatmışdır. Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 26,9 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 25,8 faizlik xüsusi çəkiylə tikinti sektoru tutmaqdadır. 2012-ci ildə Ümumi Daxili Məhsulun 64,5 faizi və ya 1 milyard 356 milyon manatdan çoxu məhsul istehsalının payına düşmüşdür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Babək Rayon Şöbəsi üçün yeni inzibati binanın tikintisi sürətlə aparılır. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçı kollektivi tərəfindən aparılan tikinti işlərinə bir neçə ay əvvəl başlanılıb. Binanın birinci mərtəbəsində qəlib-beton işləri başa çatdırılıb. Yaxın günlərdə ikinci mərtəbənin qəlibi qurularaq betonlama işlərinə başlanılacaq. İnşaatçılar keyfiyyət amilini diqqətdə saxlayır, işi vaxtında yekunlaşdırmaq üçün səylə çalışırlar.

*     *     *

Babək rayonunun Şəkərabad kəndində kənd mərkəzi üçün yeni bina tikilib. İkimərtəbəli müasirtipli binanın tikinti işlərini “Cahan İnşaat” Tikinti Şirkətinin kollektivi həyata keçirib. Babək Rayon İcra Hakimiyyətindən qəzetimizə verilən məlumatda bildirilib ki, binada əsas işlər başa çatdırılıb. Hazırda inşaatçılar son tamamlama işlərilə məşğuldurlar.

Xəbərlər şöbəsi

Ötən ilin dekabr ayının 27-si Şərur rayonunun Qorçulu kənd sakinlərinin yaddaşında uzun müddət yaşayacaq. Bu kənd yaşayış məntəqəsində həmin gün müasir tələblərə cavab verən bir neçə obyektin açılışı olub, kənddə əsl bayram sevinci yaşanıb. Bu yerdə düşünürsən ki, son illərdə muxtar respublikamızın ayrı-ayrı ünvanlarında aparılan quruculuq işləri qədim diyarımızda nail olunan sosial-iqtisadi inkişafın bəhrəsidir. Ancaq o da var ki, belə sosial-iqtisadi inkişafa nail olmaq asan başa gəlməyib. Blokada şəraitində yaşayan bir regionda irihəcmli layihələrin reallaşdırılmasının çətinliyini bu problemi görənlər daha yaxşı təsəvvür edərlər. Bu baxımdan yanaşanda diyarımızın hüsnünə yaraşıq verən, onu müasir görkəmə gətirən tikinti-quruculuq tədbirlərinin əhəmiyyətinin böyüklüyünü təsəvvür etmək çətin deyil.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazirliyin meşə istehsalı təyinatlı müəssisələrinin ötən il gördükləri işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov açaraq çıxış edib.
Bildirilib ki, ötən il nazirlik tərəfindən dövlət meşə fondunun ərazisində meşələrin qorunub mühafizə olunması, meşəbərpa və meşəsalma işlərinin aparılması, əkin materialının yetişdirilməsi, meşə ağacı və kol cins­lərinin toxumlarının tədarükü, meşələrə xidmət işlərinin həyata keçirilməsi təmin edilib, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilib. Ətraf mühit üçün xüsusi əhəmiyyət kəsb edən təbiət komplekslərinin və obyektlərin, bioloji müxtəlifliyin, eləcə də meşə fondunda yayılmış fauna növlərinin qorunması, meşə toxumçuluğu işlərinin aparılması zamanı genefondun saxlanması, artırılmasına xüsusi diqqət yetirilib. Ötən il 157,6 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib, 58,2 hektar sahədə yeni meyvə bağları salınıb. Meşəbərpa və təbii bərpaya kömək məqsədilə toxumla bərpa aparılıb, 8,4 hektar sahədə seçmə meyvə toxumları ilə tinglik sahələri yaradılıb.

Ardını oxu...

Muxtar respublikada həm əhalinin, həm də emal müəssisələrinin ət və süd məhsulları ilə təmin edilməsi istiqamətində müsbət dinamika mal-qaranın baş sayının və heyvandarlıq məhsulları istehsalının həcminin artırılmasında da müşahidə olunur. Hazırda fərdi təsərrüfatlarda 105 min 900 baş mal-qara, 642 min 650 baş davar, 879 min 150 baş quş, 60 minə yaxın arı ailəsi saxlanılır. Bəslənən heyvan və quşların sağlamlığına nəzarət bilavasitə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən həyata keçirilir. Eyni zamanda bazarda satışa çıxarılan və ərzaq zənbilimizin əsasını təşkil edən məhsulların – süd, ət və ət məhsullarının, həmçinin yumurtanın satış üçün yararlı olub-olmamasına cavabdehliyi də məhz baytarlıq xidmətinin əməkdaşları daşıyırlar.

Ardını oxu...

Babək Rayon Mərkəzi Xəstəxanası üçün inşa olunan binada işlər sürətlə davam etdirilir. Zirzəmi qatı ilə birlikdə dördmərtəbəli olan binanın bütün mərtəbələrində tikinti işləri başa çatdırılıb, çardaq qurulub, qapı-pəncərələr salınıb. Binanın daxilində boyama işləri aparılır, fasadı mərmər daşla üzlənir. Tikinti işlərini “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər. İş icraçısı İbrahim Hüseynovun dediyinə görə, yaxın vaxtlarda binanın həyətinin abadlaşdırılmasına başlanılacaq.
Məlumat üçün qeyd edək ki, 84 çarpayılıq nəzərdə tutulan yeni xəstəxana binasında müasir tibbi avadanlıqlar quraşdırılacaq.

Ardını oxu...

Naxçıvan Avtomobil Zavodu 2010-cu il yanvarın 11-də istifadəyə verilib. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. 

Zavodun açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov belə tədbirləri ölkəmizdə ulu öndərimizlə başlanan işlərin davamı kimi dəyərləndirərək demişdir: “Əgər Sovet hakimiyyəti illərində ulu öndərimiz Gəncə Avtomobil Zavodunun qurulması işinə başlamasaydı, müstəqillik illərində isə cənab Prezident həmin zavodun fəaliyyətinin təmin olunmasına şərait yaratmasaydı, indi Naxçıvan Avtomobil Zavodunun qurulması da sual altında ola bilərdi”.
Naxçıvan Avtomobil Zavodunda tikilib istifadəyə verilən ikimərtəbəli binanın birinci mərtəbəsində Satış şöbəsi və sərgi-satış salonu, ikinci mərtəbədə isə Marketinq şöbəsi və inzibati heyət üçün ayrı-ayrı otaqlar yerləşir. Marketinq şöbəsi daxili bazarın tələbatını öyrənməklə yanaşı, xarici əlaqələrin yaradılmasını və ehtiyat hissələrinin alınıb gətirilməsini təşkil edir. Müəssisədə yığım sexi, anbar, yük boşaldılması üçün platforma, sınaq yolu və sınaq avadanlıqları quraşdırılıb.

Ardını oxu...

Hər bir ölkənin inkişafında bank sisteminin müstəsna rolu vardır. Bu baxımdan sistemin fəaliyyətinin düzgün tənzimlənməsi başlıca vəzifədir. Muxtar respublikada banklara göstərilən dövlət qayğısı həmin vəzifələrin yerinə yetirilməsini təmin etmişdir. Bunu bankların 2012-ci ildəki fəaliyyətində də görmək olar. Bank sistemində həyata keçirilən tədbirlər, qazanılan uğurlar, qarşıda duran vəzifələrlə bağlı suallarımıza Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov cavab verir.

– İqtisadiyyatın inkişafı bu sahəyə yönəldilən kredit qoyuluşlarından xeyli dərəcədə asılıdır. Ötən il muxtar respublikanın bank sistemində bu məsələ öz həllini necə tapıb?

Ardını oxu...

POS-terminalların əhəmiyyəti ilə bağlı Babək Rayon Vergilər Şöbəsində keçirilən tədbirdə nağdsız ödənişlərin həcminin yüksəldilməsi, alğı-satqı əməliyyatları üzrə hesablaşmalarda plastik kartlardan istifadənin miqyasının genişləndirilməsi, eləcə də POS-terminalların quraşdırılması istiqamətində görülən işlərlə bağlı məsələlər müzakirə edilib.
Rayonda fəaliyyət göstərən sahibkarların, idarə və təşkilatların nümayəndələrinin də iştirak etdiyi tədbiri giriş sözü ilə rayon Vergilər Şöbəsinin rəisi Səftər Əliyarov açaraq bildirib ki, ölkədə, eləcə də muxtar respublikada POS-terminalların qeydiyyatı, quraşdırılması və tətbiqi prosesinin sadələşdirilməsi Babək rayonunda da ticarət və xidmət obyektlərinin POS-terminallarla təchiz olunması prosesinə təkan verib, qısa müddət ərzində ciddi dəyişik­liklərə nail olunması üçün konkret addımlar atılıb.
Bildirilib ki, nağd pul dövriyyəsi iqtisadiyyatı iri həcmdə investisiya və kredit resurslarından məhrum etməklə yanaşı, vergidənyayınma hallarına da səbəb olur. Vəziyyətdən çıxış yolu isə ödəniş kartları vasitəsilə nağdsız dövriyyənin inkişafını sürətləndirməkdir.
Sonra şöbənin əməkdaşlarından Habil Fərhadovun, Faiq Hümbətovun və başqalarının çıxışları olub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərində muxtar respublikada aparılan quruculuq işlərinin yeni simvoluna çevriləcək saat qülləsi inşa edilir. Yanvar ayının əvvəlindən tikintisinə start verilən saat qülləsində beton-qəlib işləri, demək olar ki, yekunlaşıb. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən inşa edilən qüllənin hündürlüyü 21 metrdən çoxdur. İş icraçısı İlqar Fətəliyevdən aldığımız məlumata görə, qüllənin ən hündür yerində dörd böyük saat yerləşdiriləcək. Klassik və ən yeni arxitektura elementləri ilə bəzədiləcək bu qüllə şəhərimizin müasir memarlıq nümunələrindən birinə çevriləcək.

Xəbərlər şöbəsi

Yanvarın 18-27-də Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə - 2013” sərgisi keçirilib. Bu il 78-ci dəfə təşkil olunan “Beynəlxalq Yaşıl Həftə” sərgisində dünyanın 70 ölkəsindən 1500-dən çox müəssisənin nümayəndəsi iştirak edib. Sərgidə Azərbaycan pavilyonunda Naxçıvan Muxtar Respublikasına ayrıca guşə ayrılıb.
Kənd təsərrüfatı və yeyinti məhsullarının nümayişi, satışı, müəssisələrin imicinin formalaşdırılması, brendlərinin reklamı və eyni zamanda iştirak edən müəssisələrin kooperasiya əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşların tapılması məqsədi daşıyan sərgidə muxtar respublikamızın 11 şirkəti iştirak edib.
“Gəmiqaya Mineral Sular”, “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi”, “Ləzzət Qida Sənaye”, “Naxçıvan Duz İstehsalı”, “Araz-3”, “Babək Şərab-2 Yeddilər ASK”, “F.H. Oğulları”, “Farma Şah” Məhdud Məsuliyyətli cəmiyyətləri, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti, “Pircüvar” Meyvə Tərəvəz Kooperativi və Naxçıvan Kooperativlər Birliyi kimi müəssisələrin sərgiyə çıxardığı 84 çeşiddə kənd təsərrüfatı və yeyinti məhsulları böyük maraq doğurub.
“Beynəlxalq Yaşıl Həftə – 2013” sərgisi çərçivəsində alman və Azərbaycan iş adamlarının iştirakı ilə ölkəmizin biznes və investisiya imkanlarına dair təqdimatlar da keçirilib. Panel müzakirələrində Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi tərəfindən muxtar respublikada “Şərur Konserv Zavodu” ASC və “Ordubad İpək” ASC kimi özəlləşdirməyə açıq layihələrin və reallaşdırılması rentabelli hesab olunan birdəfəlik şpris istehsalı sahəsinin yaradılması layihəsinin əsaslandırılmış şəkildə təqdimatı keçirilib.
Bundan başqa, sərgi iştirakçılarına Azərbaycan və Naxçıvan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər paylanılıb. İştirakçı şirkətlərin təşviqat materialları məhsullara maraq göstərən sərgi iştirakçılarına təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Yeni mərhələnin əsas hədəfi iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olmaqla muxtar respublikanın dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdən ibarətdir. Bu hədəfin reallaşması istiqamətində icrası vacib vəzifələr müəyyənləşdirilmişdir. Artıq regionda hədəflənən məqsədlərə nail olunmaqdadır.
Daxili bazarı yerli məhsullarla təmin edən müəssisələrdən biri də “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Yeraltı və yerüstü sərvətilə zəngin Naxçıvanın təbii resurslarından biri olan Duzdağ yataqları Naxçıvan şəhərindən 12 kilometr aralı məsafədə, dəniz səviyyəsindən 1173 metr yüksəklikdə yerləşir.
Duz mədənində yeni texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi fəaliyyət göstərir. Gündə­lik istehsal gücü 40-45 ton daşduz, 20-25 ton isə üyüdülmüş duz olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində 12 çeşiddə duz istehsal olunur və bu məhsullar məişətdə, heyvandarlıqda, kimya sənayesində istifadə edilir. Məişətdə istifadə edilən yodlaşdırılmış duz həm nəfis tərtibatla bəzədilmiş 0,5, 1 kiloqramlıq karton və plastik, həm də 0,2, 0,5 kiloqramlıq polietilen taralarda və 25 kiloqramlıq kisələrdə satışa çıxarılır.

Ardını oxu...

Muxtar respublikamızda 2012-ci ildə bu sahədə yüksək göstəricilərə nail olunub

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ölkə iqtisadiyyatının inkişafında kənd təsərrüfatının əhəmiyyətini qeyd edərək demişdir: “Kənd təsərrüfatının inkişafına maksimum dərəcədə diqqət göstərməliyik. Bu həm təhlükəsizlik, həm iqtisadi, həm də sosial məsələdir. Çünki Azərbaycan əhalisinin yarısı kənd təsərrüfatı bölgələrində yaşayır”. 

Ulu öndər tərəfindən müəyyənləşdirilmiş aqrar siyasət Naxçıvan Muxtar Respublikasında digər sahələrlə yanaşı, kənd təsərrüfatının da inkişafına etibarlı zəmin yaratmışdır. Öz torpağının əsl sahibinə çevrilən dünənki kənd adamı bu günün sahibkarı, fermeridir. Çünki ötən dövr ərzində aqrar bölmənin inkişafına qayğı davamlı xarakter almış, bu sahədə yüksək nəticələr qazanılmışdır. 2012-ci ilin bu sahə üzrə göstəriciləri belə deməyə əsas verir ki, bu gün daxili bazarın yerli istehsal məhsulları ilə təminatı prioritet vəzifəyə çevrilmişdir. Bu vəzifənin uğurlu həllinin vacibliyini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov belə xarakterizə edir: “İqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatında inkişafın təmin edilməsi əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində, gəlirlərin həcminin artırılmasında, rifah halının yaxşılaşdırılmasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir”.

Ardını oxu...

Milli Məclisdə geniş müzakirələrdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi qəbul olunaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq fərmanla təsdiq edilib. Oxucularımızı edilmiş əlavə və dəyişikliklərlə yaxından tanış etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Mirhüseyn Seyidovla həmsöhbət olduq:

– Mirhüseyn müəllim, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən budəfəki dəyişikliklər, əsasən, hansı məsələləri əhatə edir?
– Ölkə iqtisadiyyatının dinamik inkişafı və onun dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində aparılan məqsədyönlü iqtisadi siyasət, öz növbəsində, vergi qanunvericiliyinin təkmilləşdirilməsi zərurətini də doğurur.
Bu baxımdan 2012-ci ildə Vergi Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmiş, ölkə Prezidenti tərəfindən 21 dekabr 2012-ci il tarixdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun təsdiq olunmuşdur. Vergi Məcəlləsinin 63 maddəsinə 131 – ümumi hissədə 28 maddəyə 62 dəyişiklik, xüsusi hissədə isə 35 maddəyə 69 dəyişiklik edilmişdir. Vergi Məcəlləsinə son əlavə və dəyişikliklər, əsasən, dörd istiqaməti əhatə edir. Onlardan 9-u vergi ödəyicilərinin hüquqlarının müdafiəsinə, 31-i vergi ödəyicilərinin mənafelərinin qorunmasına, 51-i vergi inzibatçılığının, 20-si vergi nəzarətinin təkmilləşdirilməsinə, 1-i isə anlayışlara aiddir. Digər 19-u isə redaktə xarakterli dəyişikliklərdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində Hidrometeorologiya İdarəsinin 2012-ci ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirəni Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov açaraq bildirmişdir ki, hidrometeoroloji xidmətin əsas məqsədi dövlət idarəetmə strukturlarının və əhalinin hidrometeoroloji təminatının həyata keçirilməsindən ibarətdir. Müasir dövrdə elm və texnikanın sürətli inkişafı, telekommunikasiya sahəsində əldə olunan nailiyyətlər, təbii fəlakətlər (sellər, su daşqınları, meşə yanğınları və sair) bu sahəyə diqqəti daha da artırmışdır.
Hidrometeorologiya fəaliyyətinə dair Azərbaycan Respublikasının Milli İnkişaf Pro­qramına uyğun olaraq, 2012-ci ildə muxtar respublika ərazisində hidrometeoroloji xidmət yüksək səviyyədə qurulmuşdur. Bu sahənin inkişaf etdirilməsində Hidrometeorologiya İdarəsində çalışan əməkdaşların üzərinə mühüm vəzifələr düşür.
Ötən ilin yekunları və qarşıda duran vəzifələr haqqında çıxış edən Hidrometeorologiya İdarəsinin müdir əvəzi Tural Səfərov məlumat vermişdir ki, ötən il Naxçıvan Muxtar Respublikasının quru ərazisində, daxili sularda, Araz çayı və dəryaçasının muxtar respublikaya aid olan hissəsində hidroloji, meteoroloji, aqrometeoroloji, arxeoloji müşahidələr aparılmış, təhlükəli hidrometeoroloji hadisələr, kəskin hava dəyişmələri (daşqınlar, sellər və sair) haqqında xəbərdarlıqlar hazırlanaraq aidiyyəti dövlət orqanlarına məlumatlar verilmişdir. Muxtar respublikanın daxili sularında 32 monitorinq-yoxlama, 78 su nümunəsi götürülərək fiziki-kimyəvi xassələrini öyrənmək məqsədilə 625 laboratoriya analiz-təhlillər aparılmışdır.

Ardını oxu...

Yeraltı və yerüstü sərvətlərlə zəngin olan muxtar respublikamızın təbii resurslarından səmərəli istifadə etməklə daha bir nəhəng layihə reallaşdırılmış, 2012-ci ildə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Naxçıvan Sement Zavodunun tikintisi uğurla başa çatdırılmışdır. Əvvəlcə muxtar respublika ərazisində “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının mütəxəssisləri tərəfindən sement istehsalı üçün xammal mənbələrinin müəyyən olunması məqsədilə geoloji axtarışlar aparılmışdır. Yataqlarda lazımi xammal aşkar olunduqdan sonra onun tərkibi Türkiyənin Sement İstehsalçıları Birliyinin və Çin Xalq Respublikasının bu sahə üzrə ixtisaslaşmış laboratoriyalarında yoxlamadan keçirilmişdir. Laboratoriyalardan müsbət rəylər alındıqdan sonra Kəngərli rayonunda 150,6 hektarlıq ərazidə yeni Sement Zavodunun tikintisinə başlanılmışdır. Öz əhəmiyyətinə və çəkilən xərclərin miqyasına görə son 20 ilin ən böyük layihələrindən olan zavodun inşası “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının təcrübəli mütəxəssisləri və inşaatçıları tərəfindən həyata keçirilmişdir. Burada istehsal sahələri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, inzibati və iaşə xidməti binaları tikilmiş, Naxçıvan-Sədərək magistralından zavodadək 2 kilometr məsafədə yeni avtomobil yolu çəkilib asfalt-beton örtük salınmış, yüksək keyfiyyətli məhsul istehsalı ilə yanaşı, hazır məhsulun daşınmasına da hərtərəfli şərait yaradılmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə dair iclas keçirilib.
Tədbiri giriş sözü ilə idarənin müdiri Ceyhun Məmmədxanov açaraq məruzə edib. Məruzəçi bildirib ki, ötən il ərzində idarə tərəfindən Şərur “Konserv” Açıq Səhmdar Cəmiyyətinə 800 min ədəd, Babək “Şərab-2 Yeddilər ASK” Məhdud Məsuliyyətli Cəmiyyətinə 200 min ədəd, “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə 10 min ədəd daxili istehsal alkoqollu içkilərə tətbiq olunan, “Prestij-Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə 700 min ədəd daxili istehsal pivə məmulatlarına tətbiq olunan, “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyətinə isə 1 milyon 500 min ədəd daxili istehsal tütün məmulatlarına tətbiq olunan, ümumilikdə, 3 milyon 210 min ədəd aksiz markası verilib.

Ardını oxu...

2012-ci ildə rayonda quruculuq tədbirləri 5 yaşayış məntəqəsini əhatə etmişdir. Şahbuz şəhərində yeni istirahət parkı, müasir tələblərə cavab verən yanacaqdoldurma məntəqəsi, həmçinin ticarət obyektləri tikilib istifadəyə verilmiş, Heydər Əliyev prospektində, M.Ə.Sabir, S.Vurğun, Ə.Naxçıvani küçələrində abadlıq işləri aparılmış, piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınmışdır. Hazırda “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazası üçün binanın tikintisi davam etdirilir.
Tikinti-quruculuq tədbirləri rayon mərkəzi ilə bərabər, kənd yaşayış məntəqələrini də əhatə etmişdir. Belə ki, Biçənək kəndində 5 mərtəbədən ibarət 252 şagird yerlik, Ağbulaq kəndində 3 mərtəbəli 216 şagird yerlik məktəb binaları, 3 mərtəbəli kənd mərkəzi, xidmət mərkəzi tikilib istifadəyə verilmişdir. Ağbulaq kəndində inşa edilən Turizm və İstirahət Kompleksində son tamamlama işləri aparılır.

Ardını oxu...

Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də Culfa rayonunda ekologiyanın mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində tədbirlər davam etdirilmiş, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmişdir. Çoxillik kolların və həmişəyaşıl ağacların yetişdirilməsi üçün Culfa şəhərində istixana tikilmişdir. Meyvə bağlarının salınması məqsədilə 7 nəfərə 142 min manat kredit verilmişdir.
Ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər davam etdirilmişdir. Belə ki, 55 hektar ərazidə 19860 ədəd meyvə, 410 ədəd həmişəyaşıl ağac tingləri və 1300 ədəd çoxillik, 8000 ədəd müxtəlif növ birillik gül kolları əkilmişdir.
Qeyd edək ki, yeni salınmış ərik bağına və yaşıllıq sahələrinə müxtəlif diametrli plastik borulardan istifadə edilməklə 410 metr uzunluğunda suvarma xətti çəkilmiş, Saltaq kəndi ərazisində qrunt sularının kənara axıdılması üçün 90 metr uzunluğunda drenaj vurulmuşdur.

Xəbərlər şöbəsi

“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan, heyvandarlıq və quşçuluğun inkişafında mühüm rol oynayan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması muxtar respublikada kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişafında mühüm əhəmiyyət daşıyır.
Qarışıq qüvvəli yem istehsalı sahəsində Almaniya və Türkiyədən alınmış istehsal gücü saatda 3 ton olan müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 10 ton olan 4 ədəd bunker quraşdırılmışdır. Burada müxtəlif çeşiddə ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quş yemləri istehsalına başlanılmışdır. Lakin müəssisədə istehsal edilən qarışıq qüvvəli yem muxtar respublikamızda bu məhsula olan illik tələbatın 40 faizini ödəyirdi. Həmin məhsula olan tələbatın 100 faiz yerli istehsal hesabına ödənilməsi və yeni bir müəssisənin yaradılması üçün dövlət maliyyə dəstəyi göstərilmişdir. Qısa zaman ərzində yeni müəssisə inşa olunmuşdur. İstehsal gücü saatda 10 ton olan müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 20 ton xammal olan 9 bunker quraşdırılmışdır. Yeni müəssisə heyvandarlıq və quşçuluq təsərrüfatlarının səmərəli fəaliyyətinə şərait yaratmış, bu sahədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və quşçuluq təsərrüfatlarının yeni müəssisədə istehsal olunan qüvvəli yemlə təmin olunması əlavə xərclərin qarşısını almışdır.

Ardını oxu...

“Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaratmışdır. “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizdə, o cümlədən muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. 

Son illər Böyük İpək Yolunun üzərində yerləşən 88 kilometrlik Naxçıvan-Sədərək magistralının, 8 kilometrdən artıq uzunluğa malik Naxçıvan dairəvi avtomobil yolunun, ötən il isə 32 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolunun inşası uğurla başa çatdırılmışdır. Layihəyə uyğun olaraq, eni 25, asfalt örtüyünün eni isə 17,2 metr olan Naxçıvan-Culfa magistral avtomobil yolunda yol yatağı genişləndirilmişdir. Əlincəçay üzərində uzunluğu 193, eni 24 metr olan monolit körpü inşa edilmiş, magistral yolun ayrı-ayrı hissələrində müxtəlif ölçülərdə 103 su­ötürücü qurğu inşa olunmuş və 15 kilometr uzunluğunda suaparıcı kanal salınmışdır. Naxçıvan Beynəlxalq Hava Limanından Culfa gömrük-keçid məntəqəsinədək olan 32 kilometrlik məsafədə dördzolaqlı avtomobil yoluna və yol ayırıcılarına asfalt-beton örtük salınmış, yol nişanlanması yüksək keyfiyyətlə aparılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Toxum Müfəttişliyinin 2012-ci ildə gördüyü işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirəni Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, kənd təsərrüfatı naziri Məmməd Abbasov açaraq bildirmişdir ki, yaxşı toxum bol məhsulun təməlidir. Əkin zamanı yerli şəraitə uyğunlaşmış 1-ci və 2-ci reproduksiyalı toxumlardan istifadə və düzgün aqrotexniki tədbirlər yüksək məhsuldarlığa nail olunmasına şərait yaradır. Bu sahənin inkişaf etdirilməsində Dövlət Toxum Müfəttişliyində çalışan əməkdaşların üzərinə mühüm vəzifələr düşür.
Ötən ilin yekunları və qarşıda duran vəzifələr haqqında danışan Dövlət Toxum Müfəttişliyinin rəisi İlqar Zeynalov bildirmişdir ki, muxtar respublikada taxılçılığın intensiv inkişafının təmin edilməsi məqsədilə ötən il də sahibkarlara rayonlaşdırılmış yerli şəraitə uyğun yüksək kondisiyalı buğda toxumlarının verilməsi diqqətdə saxlanılmış, bol məhsul əldə edilməsi üçün metodik köməkliklər göstərilmişdir. Əkilmiş toxumlar müfəttişliyin yerli laboratoriyaları tərəfindən analiz edilmiş, sahibkarlara məsləhət və tövsiyələr verilmişdir. Toxumluq əkinlərin qışdançıxma vəziyyəti yoxlanılmış, sonrakı aqrotexniki tədbirlər barədə tövsiyələr verilmişdir. Belə tədbirlər bəhrəsiz qalma­mış, bol məhsul istehsalına nail olunmuşdur.
2013-cü ilin məhsulu üçün 2012-ci ilin payızında əkilmiş taxıl sahələrində istifadə olunmuş toxum materialları da əvvəlcədən nümunə şəklində müfəttişliyin laboratoriyasına gətirilmiş, keyfiyyət göstəricisinə görə toxumların səpilməsi tövsiyə edilmişdir.
Sonda Şərur, Culfa, Şahbuz rayonlarının toxum müfəttişləri Niyamət İsayev, Əli Hüseynov, Vahid Məmmədovun çıxışları olmuşdur. Müşavirədə əldə olunan nailiyyətlərlə yanaşı, işdə buraxılan nöqsanlar da təhlil edilmiş və nöqsanların aradan qaldırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Ulu Tanrı öz səxavətini bu qədim yurd yerindən əsirgəməyib. Torpaqlarının bərəkətinə söz ola bilməz. Qədim tarixi abidələri min illərdən bu günə boylanan körpüdür. İnsanları yurd, torpaq təəssüblüdürlər. Elm, mədəniyyət xadimlərinin səsi-sorağı dünyanın müxtəlif ölkələrindən gəlir. Şərur muxtar respublikamızın böyük rayonlarından biridir. Bu yaxınlarda yolumuzu bu rayondan saldıq: tarixə qovuşan 2012-ci ildə bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, reallaşdırılan iqtisadi layihələrin rayona gətirdiyi yenilikləri görmək, zəhmətkeş şərurluların günbəgün yaxşılaşan həyat səviyyəsi ilə yaxından tanış olmaq üçün. Naxçıvan-Sədərək magistralı boyu bu yolların, muxtar respublikamızın bir neçə il əvvəlki görkəmini xatırlayırdım. Düşünürdüm ki, qısa zaman kəsiyində gör necə böyük işlər görülüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafı üçün də əlverişli şərait yaranmışdır. Muxtar respublikada meyvəçilik və tərəvəzçilik kənd təsərrüfatının əsas sahələrindəndir. Regionun torpaq-iqlim şəraiti müxtəlif giləmeyvə və meyvə ağaclarının inkişafı, bol və yüksək keyfiyyətli məhsul verməsi baxımından olduqca əlverişlidir. Burada düzən, dağətəyi və dağlıq ərazilərdə alma, armud, şaftalı, gavalı, alça, badam, cəviz və sair meyvə bağlarının salınması üçün əlverişli ekoloji mühit mövcuddur. Son dövrlər muxtar respublikada həyata keçirilən irimiqyaslı islahatlar, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul edilən qərarlar, uğurla reallaşdırılan Dövlət proqramları kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə məhsullarının istehsalının sənaye miqyasında inkişaf etdirilməsinin təməlini qoymuşdur.

Muxtar respublikada meyvəçilik və tərəvəzçiliyi diqqət mərkəzində saxlamaq, məhsul istehsalını artırmaq üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” regionda aqrar sektorun bu vacib və iqtisadi cəhətdən səmərəli sahələrinin inkişaf etdirilməsində böyük əhəmiyyət daşıyır.
Dövlət Proqramının qəbul olunmasında əsas məqsəd meyvə və tərəvəz istehsalını artırmaqdan, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasından ibarətdir. Pro­qramda əhalinin il boyu yerli meyvə-tərəvəz və səbzə-tərəvəz məhsulları ilə təminatı da nəzərdə tutulmuşdur. Muxtar respublikanın iqlim şəraitinə uyğunlaşmış, yüksək məhsuldarlığa malik tərəvəz toxumlarından istifadə olunması vacib amillərdən biri kimi Dövlət Pro­qramında öz əksini tapmışdır.

Ardını oxu...

Vergi cəmiyyətin inkişafında formalaşmış əsas iqtisadi münasibətlərdən biridir. Vergi sistemi iqtisadiyyatın tənzimlənməsində, büdcə gəlirlərinin formalaşmasında, qiymətlərin tənzimlənməsində və inflyasiyanın qarşısının alınmasında dövlət maraqlarına xidmət edir. Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların, əhalinin müxtəlif təbəqələrinin təminatı da müəyyən qədər verginin səmərəli fəaliyyətindən asılıdır. Naxçıvan Muxtar Respublikasının vergi orqanları da öz fəaliyyətlərini vergi daxilolmaları üzrə proqnoz tapşırıqlara əməl edilməsi ilə, bütövlükdə, muxtar respublika iqtisadiyyatında davam edən müsbət dinamikanın qorunub saxlanılması istiqamətində qurmuşdur. Yola saldığımız 2012-ci ildə bu sahədə görülmüş işlər bunu deməyə əsas verir.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən bildirdilər ki, muxtar respublika iqtisadiyyatında müsbət tendensiyalar davam etdikcə dövlət büdcəsinə vergi daxilolmaları da artmaqdadır. Ötən il Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə proqnoza 107,2 faiz əməl olunmuş, bütün yerli vergi orqanları üzrə proqnozlar artıqlaması ilə icra edilmiş, dövlət büdcəsinə vergi daxilolmaları 2011-ci illə müqayisədə 3 milyon 376 min 300 manat və ya 8,4 faiz artmışdır. Ümumi vergi daxilolmalarının 24 milyon 539 min 300 manatı və ya 56,1 faizi əlavə dəyər vergisinin, 11 milyon 625 min 900 manatı və ya 26,6 faizi isə fiziki şəxslərin gəlir vergisinin payına düşmüşdür.

Ardını oxu...

Şənbəllənin vətəni Cənub-Şərqi Asiya və Aralıq dənizi sahilləridir. Cənubi və Mərkəzi Avropa ölkələri üçün də rayonlaşdırılmışdır. Haliyədə bu ölkələrdə əkilib-becərilən şənbəllə bitkisini yunan samanı da adlandırırlar. Hindistanda bəzi qəbilələr bu bitkiyə müqəddəs nemət kimi sitayiş edirlər. İran, İraq və Türkiyə dövlətlərinin inzibati ərazilərində isə yabanı halda bitən növlərinə təsadüf olunur. Bir çox Avropa ölkə­lərində yem, qida və dərman bitkisi kimi mədəni növləri geniş ərazilərdə əkilib-becərilir.
Şənbəllənin Zaqafqaziya üçün də rayonlaşdırılmış sortları vardır. Ötən əsrin 50-60-cı illərində – ictimai təsərrüfatlar dövründə Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında yem bitkisi kimi əkilib-becərilmişdir. Muxtar respublikamızda şənbəllənin istifadə olunan sortu keyfiyyət göstəricilərinə görə ən perspektivli sort hesab edilmiş və rəsmi şəkildə Naxçıvan zonası üçün rayonlaşdırılmışdır.
Şənbəllə paxlalılar fəsiləsinə mənsub birillik bitkidir. Kökü mil şəkilli, nazik və azacıq şaxələnmiş olur. Kökünün rəngi ağımtıl-bozdur. Boğaz hissəsində qalınlığı 1-1,8 santimetrə çatır. Kökləri bərk, tez sınandır. Bir bitkidə kök yumrularının sayı 10-45-ə qədər olur. Kökün torpaqda dərinliyə uzunluğu 60-90 santimetr, ətrafa yayılma diametri isə 12-25 santimetrdir.
Şənbəllə xarici görünüşünə görə inkişafının əvvəllərində daha çox yoncaya oxşayır. Bitkinin boyu 70-160 santimetrə qədər ucalır. Gövdənin əsasında diametri 1,7 santimetrə qədər olur. Cavan gövdələrinin sayı 2,5-5, buğumlarındakı məsafə 10-30 santimetrdir. Əsasən bir gövdəli olur, çox az halda əlavə budaqlar əmələ gətirir. Gövdənin içi boş, üzü tüklüdür və açıq-yaşıl rəngdə olur.
Zəif kollandığından yerə yatır, boyu 30-170 santimetr arasında dəyişir. Normal qaydada becərildikdə və yüksək aqrotexniki qulluq tətbiq etdikdə boyu orta hesabla 60-140 santimetrə çatır.
Çiçəkləri açıq-sarı və ya sarıdır, uzunluğu 1-1,5 santimetr olub, buğumlar arasında düz dayanır. Paxlası əyri buynuz şəklində, eni 0,5 santimetrdir, uzunluğu 75 santimetrə çatır. Hər bir bitkidə 10-40 ədəd paxla əmələ gəlir. Bir paxlada 3-dən 20-yə qədər toxum olur, bəzi hallarda toxumların sayı 40-a çatır. Dənin mütləq çəkisi 15-20 qramdır. Bir bitkidə 3-6 qram toxum, bitkinin quru kütlə hesabı ilə çəkisi (toxumsuz) 3-5 qram olur.

Ardını oxu...

Sloveniya Respublikasının geniştərkibli nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakı şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Sloveniya Biznes-Forumu keçirilib. Tədbirdə Azərbaycan və Sloveniya tərəfindən rəsmi şəxslərlə yanaşı, turizm, enerji, informasiya və kommunikasiya texnologiyaları, tikinti, qida sənayesi, əczaçılıq, təhsil, mədəniyyət, idman və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.
Biznes-forumda Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyi, Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində ölkəmizlə Avropa Komissiyası arasında assosiasiya sazişinin müzakirə olunduğu, müxtəlif yardım layihələrinin həyata keçirildiyi, Avronest-Parlamentlərarası forumun fəaliyyət göstərdiyi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı diqqətə çatdırılıb.
Adıçəkilən tədbirdə Naxçıvan Muxtar Respublikasının da müxtəlif sahibkarlıq subyektlərinin – “Gəmiqaya Turizm” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Aki Farma” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı filialının, “Dizayn Holdinq” Şirkətlər İttifaqının Bakı filialının, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Bakı ofisinin, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin Bakı filialının nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, eləcə də perspektiv əməkdaşlıq imkanları haqqında qarşılıqlı müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadi
İnkişaf Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində Dövlət Texniki Nəzarət Müfəttişliyinin 2012-ci ildə gördüyü işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Müşavirəni Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, kənd təsərrüfatı naziri Məmməd Abbasov açaraq bildirmişdir ki, 2012-ci ildə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində bir sıra işlər görülmüş, həyata keçirilən tədbirlər hesabına kənd təsərrüfatı məhsullarının ümumi həcmi əvvəlki ilə nisbətən 9 faiz artmışdır.
Müşavirədə dövlət texniki nəzarət müfəttişi Zərrab Əfəndiyev məruzə ilə çıxış edərək bildirmişdir ki, 2012-ci ilin yanvar-mart aylarında muxtar respublikanın rayonlarında mövcud olan bütün növ kənd təsərrüfatı texnikalarının sazlıq vəziyyəti araşdırılmış, təmiri mümkün olmayan yararsız texnikalar rayonlar üzrə müəyyənləşdirilmiş, idarə, müəssisə və təşkilatların balansında olan yararsız texnikaların silinməsi və uçotdan çıxarılması təmin edilmişdir. Təmiri mümkün olan texnikalar isə təmir olunaraq saz vəziyyətə salınmışdır.
2012-ci ildə muxtar respublikada biçin ərəfəsində 116 ədəd müxtəlif markalı kombayn tam saz vəziyyətdə olmuşdur. Texniki nəzarət müfəttişləri tərəfindən tabelikdə olan traktor parklarında, eləcə də fiziki şəxslərə məxsus traktor və digər texnikalar texniki baxışdan keçirilmişdir.
Müşavirədə yeni alınan texnika və ya ödənişi qurtarmış texnikaların sənədləşmə işlərinin mövcud qaydalara uyğun olaraq vaxtında başa çatdırılmasının təmin olunması, texnikaların sazlığının araşdırılması, yaz-tarla işləri ilə əlaqədar nasaz texnikaların təmir edilərək işlək vəziyyətə salınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. İclasda komitənin sədri Malik Rzayev məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 2012-ci ilin “Milli dəyərlər ili” elan olunması ilə əlaqədar ötən il monitorinq aparılmış 641 təsərrüfat subyektində 1754 ədəd istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadənin qarşısı alınmışdır. İstehsal prosesi “Halal” ət məhsulları standartının tələblərinə uyğun olmayan 3 ət məhsulları emalı müəssisəsində “Halal” adı ilə markalanan ət məhsullarının istehsalı dayandırılmış, 286 kiloqram etiketin istifadəsinə, istehsal olunan 140 kiloqram, eləcə də idxal olunan 171 kiloqram məhsulun satışına qadağa qoyulmuşdur. 2012-ci ildə 37 laboratoriyada akkreditasiya işləri aparılmış, 2 sınaq laboratoriyasının təkmilləşdirilməsi və 12 təsərrüfat subyektinə laboratoriyanın qurulması üçün metodik köməklik göstərilmişdir. 6 təsərrüfat subyektində yeni yaradılmış laboratoriya akkreditasiyadan keçirilmişdir ki, bunların da 2-si un dəyirmanına aiddir. 6 laboratoriyada məhsulların sınaqlarında istifadə olunan 21 reaktiv sertifikatlaşdırılmışdır. İxracyönümlü müəssisələrdə müasir standartlara uyğun şəraitin yaradılması və istehsal prosesinin qabaqcıl texnologiyalar əsasında təşkili məqsədilə muxtar respublikaya idxal olunan 61 avadanlıq sertifikatlaşdırılmışdır. Ümumiyyətlə, ötən il 521 ədədi dövlətlərarası, 5163 ədədi beynəlxalq, 308 ədədi milli standartlara, 202 ədədi təhlükəsizlik göstəricilərinə və 9 ədədi müəssisələr tərəfindən hazırlanmış texniki şərtə uyğun olaraq, cəmi 6203 ədəd sertifikat verilmişdir.

Ardını oxu...

2012-ci il ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) satın alınması zamanı qanunvericiliyin tələblərinin gözlənilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, işdə şəffaflıq prinsipi qorunmuş, müsabiqələrin qanunvericiliyə uyğun olaraq, ədalətli rəqabət şəraitində keçirilməsinə nəzarət gücləndirilmişdir.
Muxtar respublikada sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunması Ümumi Daxili Məhsulun həcminin də artmasına səbəb olmuşdur. Həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir ki, özəl sektorun Ümumi Daxili Məhsuldakı payı ildən-ilə artır. Muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğı dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçılar arasında yerli məhsul istehlakçılarının daha fəal iştirakını təmin etmişdir. Belə ki, satın alınan ərzaq, bərk və yumşaq inventarların və sair məhsulların böyük hissəsi yerli istehsal hesabına ödənilir, aparılan tikinti və təmir-bərpa işlərinin əksər hissəsi yerli şirkətlər tərəfindən icra olunur.
2012-ci il ərzində də muxtar respublikada keçirilmiş 127 satınalma müsabiqəsi nəticəsində 2 milyon 202 min manatdan çox dövlət vəsaitinə qənaət olunmuşdur.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində 2012-ci ilin yekunlarına dаir kollegiya iclası kеçirilmişdir. İclasda xidmətin rəisi Əbil Əbilov məruzə ilə çıxış edərək bildirmişdir ki, daxili bazarın yüksək keyfiyyətli yerli ət və süd məhsulları ilə təmin olunmasında mühüm rol oynayan baytarlıq xidməti ötən il də uğurla davam etdirilmiş, sağlam təsərrüfatların qorunub saxlanılması üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərilmişdir. Epizootik tədbirlər planına uyğun olaraq, xroniki xəstəliklərdən brusellyoza qarşı 53 min 784 baş iribuynuzlu və 90 min 294 baş xırdabuynuzlu heyvanlardan qan nümunələri götürülərək baytarlıq laboratoriyalarında seroloji müayinədən keçirilmişdir.
Qeyd olunmuşdur ki, xüsusi təhlükəli infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılmışdır.
Baytarlıq-sanitariya işlərinin əsasını təşkil edən profilaktik dezinfeksiya, dezinseksiya və derotizasiya işləri günün tələbləri səviyyəsində qurulmuş, 11 min 474 obyektdə 794 min 700 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri yerinə yetirilmişdir.
Baytarlıq laboratoriyalarında mal-qara və ev quşlarının parazitlərlə yoluxma dərəcəsini müəyyən etmək üçün 52 min 165 ədəd patoloji nümunələrin müayinəsi aparılmışdır. Əhalinin sağlam heyvandarlıq məhsulları ilə təmin edilməsi üçün Baytar-Sanitar Ekspertiza laboratoriyalarında və baytarlıq laboratoriyalarında 1879 patoloji nümunələr infeksion xəstəliklərə görə bakterioloji müayinədən keçirilmişdir.
Mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılması məqsədilə xarici ölkələrdən, ümumilikdə, 1351 baş cins mal-qara gətirilmiş, süni mayalanma yolu ilə 13 min 483 baş cins buzov alınmışdır. Süni mayalanma işinin təşkili və əhəmiyyəti ilə bağlı baytar mütəxəssislər tərəfindən sahibkarlar arasında təbliğat işləri davam etdirilir.
Kollegiya iclasında işdə buraxılan nöqsanlara da toxunulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sonra məruzə ətrafında xidmətin Epizootiya əleyhinə mübarizə və müalicə profilaktikası sektorunun müdiri Şəmsəddin Nağıyevin, Ümumi işlər və kadrlar sektorunun müdiri Mehdi Əliyevin, Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin direktoru Qadir Fərhadovun, şəhər və rayon Baytarlıq idarələri rəislərinin çıxışları olmuşdur.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilmişdir. İclasda nazir Rövşən Məmmədov məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən nazirlik və onun strukturları da bəhrələnmiş, ötən ilin mart ayında Şərur rayonunda Rabitə evi, Şərur və Sədərək rayonlarını əhatə edən Yeni Nəsil Telekommunikasiya Sisteminin idarəetmə mərkəzi istifadəyə verilmişdir. Burada xidmət sahələri tamamilə kompyuterləşdirilmişdir. Şərur və Sədərək rayonlarını əhatə edən ehtiyat idarəetmə sisteminin istifadəyə verilməsi ilə muxtar respublika ilk dəfə tam alternativi olan dayanıqlı telekommunikasiya şəbəkəsinə malik olmuşdur. Hesabat ilində 30 kənd avtomat telefon stansiyasının arabağlantıları optik kabel xətləri ilə əvəz edilmişdir. Hazırda muxtar respublika üzrə mövcud olan 124 elektron avtomat telefon stansiyasından 101-i optik arabağlantılarla təmin edilmiş, Culfa rayonunun Nəhəcir kəndində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Ehtiyat Yerüstü İdarəetmə Mərkəzinə 14 kilometr, Şərur rayonunun Gümüşlü kəndi yaxınlığındakı Arpaçay Su Elektrik Stansiyasına 11 kilometr uzunluğunda optik kabel xətləri çəkilmişdir. Bundan əlavə, ötən ilin avqust ayından etibarən Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrasına başlanılmış, ilin sonunadək 10 abonentin evinə optik kabellə yeni xidmətlər verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyində 2012-ci ilin yekunlarına dаir kollegiya iclası kеçirilmişdir. İclasda nazir Famil Seyidov məruzə ilə çıxış edərək bildirmişdir ki, iqtisadiyyatın dinamik inkişafı, yеni istеhsаl və хidmət sаhələrinin yаrаdılmаsı və yа fəаliyyətinin bərpаsı istiqаmətində işlər ötən il də uğurla davam еtdirilmiş, dövlət maliyyə dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 34 istehsal və xidmət obyekti istifadəyə verilmiş, 16 sahənin yaradılması davam etdirilmişdir. Fəаliyyəti bərpа еdilmiş və yеni qurulmuş istеhsаl müəssisələrində 115 növdə ərzaq, 229 növdə qeyri-ərzaq olmaqla, 344 növdə məhsul istеhsаl оlunur. 330 növdə məhsulа оlаn tələbаt tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilir.
Qeyd olunmuşdur ki, yеrli istеhsаlın stimullаşdırılmаsı sоn dövrlər muхtаr rеspublikа iqtisаdiyyаtındа sənаyе sеktоrunun yüksək tеmplə inkişаfını təmin etmiş, sənaye məhsulunun ümumi həcmi 15,1 faiz аrtаrаq 737 milyon 628 min mаnаta çatmış, təkcə 2012-ci ildə bu sahənin inkişafının stimullaşdırılması üçün müxtəlif sənaye məhsulu istehsalı yönümlü 11 layihənin maliyyələşdirilməsinə 8 milyon 55 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.
Muxtar respublikada ərzаq təhlükəsizliyinin təmin оlunmаsındа, əhalinin ərzаq məhsullаrınа оlаn tələbаtının ödənilməsində, еmаl müəssisələrinin хаmmаllа təchiz edilməsində kənd təsərrüfаtı məhsullаrı istеhsаlının mühüm əhəmiyyəti nəzərə аlınаrаq аqrаr sеktоrun inkişаfı ötən il də diqqət mərkəzində sахlаnılmışdır.
2012-ci il ərzində kənd təsərrüfatı məhsulları istehsalı yönümlü 54 layihənin maliyyələşdirilməsinə 4 milyon 734 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Kənd təsərrüfatı sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu sahədə iqtisadi aktivliyi artırmış, muxtar respublika üzrə 2012-ci ilin ilk 11 ayı ərzində 8,3 fаiz аrtımla 276 milyon 167 min mаnаtlıq kənd təsərrüfаtı məhsulu istehsal edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində 2012-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasda agentliyin Baş direktoru Hikmət Əsgərov məruzə ilə çıxış etmişdir.
Qeyd etmişdir ki, muxtar respublikada 2012-ci ildə əhali arasında sığorta mədəniyyətinin inkişafı üçün bir sıra işlər görülmüşdür. Ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi üzrə hüquqi və fiziki şəxslərlə aparılan məqsədyönlü tədbirlər nəticəsində 2011-ci illə müqayisədə sığorta tədiyyələrinin toplanması həcmi 2,2 dəfə, bağlanmış sığorta müqavilələrinin sayı 1,3 dəfə artmışdır. Ümumilikdə, 2012-ci ildə 2011-ci illə müqayisədə 20474 ədəd sığorta müqaviləsi artıq bağlanmışdır. Ötən il 2011-ci illə müqayisədə əmlak sığortası üzrə 16578 ədəd, şəxsi sığorta üzrə 3896 ədəd artıq sığorta müqaviləsi bağlanmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi və rayon, (şəhər) Dövlət Sığorta agentlikləri tərəfindən 2012-ci ildə sahibkarlara məxsus əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 602 müqavilə bağlanmış, 306,7 min manat sığorta tədiyyəsi toplanmışdır. İstehlak krediti götürənlərin 2602 nəfəri ilə fərdi qəza və xəstəlik sığortası müqaviləsi, ipoteka krediti götürən vətəndaşlarla 42 ipoteka əmlak, 46 ipoteka həyat sığorta müqaviləsi bağlanılmışdır.
2012-ci ildə sənayedə, tikintidə, nəqliyyatda, dövlət və qeyri-dövlət müəssisələrində, sahibkarlıq və fərdi əmək fəaliyyəti ilə məşğul olan işəgötürənlərlə iş aparılmış, 514,4 min manat sığorta haqqı toplamaqla, 44 mindən artıq işçinin işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstə­liklərindən peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası təmin olunmuşdur. Bu sığorta növü üzrə, ümumilikdə, 2012-ci ildə 2011-ci illə müqayisədə 21 faiz artıq sığorta tədiyyəsi toplanmışdır.

Ardını oxu...

Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə açaraq məruzə ilə çıxış edən nazir Hafiz Yaqubov bildirmişdir ki, 2012-ci ildə muxtar respublika ərazisində mövcud ekoloji vəziyyətin qorunması, ətraf mühitin mühafizəsi, əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət ekoloji siyasəti uğurla davam etdirilmişdir.
Təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə ekoloji ödənişlərin təyin edilməsi, icrasına nəzarət diqqətdə saxlanılmışdır. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 27 müəssisəyə 28 min 764 manat məbləğində ekoloji ödəmə haqqı tətbiq edilmiş, ötən müddət ərzində ödənişin tam icrasına nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının daxili sularında, Araz çayı və dəryaçasının muxtar respublika hüdudlarına aid olan hissəsində suların ekoloji vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə ekoloji monitorinqlər aparılmışdır. Muxtar respublikanın daxili sularında 32 monitorinq-yoxlama aparılmışdır.
Ekologiya sahəsində Azərbaycan Respublikasının mövcud qanunlarına uyğun olaraq, muxtar respublika ərazisində ətraf mühitin mühafizəsi, ekoloji qanunazidd halların qarşısının alınması məqsədilə aidiyyəti orqanlarla birlikdə 35 yoxlama-reyd keçirilmiş, 12 qanunazidd hal aşkar edilərək müvafiq tədbirlər görülmüşdür.
“Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində 3 hektar, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı ərazisində 3,5 hektar, “Arpaçay” Dövlət Təbiət Yasaqlığı ərazisində 2 hektar meyvə (cəviz, badam, şaftalı, alma, armud) bağları salınmışdır”, – deyən Hafiz Yaqub­ov bu tədbirlərin “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”na uyğun icra olunduğunu bildirmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən kollegiya iclası keçirilib. İclası giriş sözü ilə nəqliyyat naziri Mirsənani Seyidov açaraq məruzə edib.
Nazir bildirib ki, İran İslam Respublikasının “Ədl Seyr İranian” nəqliyyat şirkəti ilə Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsi arasında bağlanan müqaviləyə əsasən, Naxçıvan-Urmiya-Naxçıvan marşrutu 2012-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Bu marşrutun açılması Şərur və Kəngərli rayonlarının əhalisinin həmin marşrutdan rahat istifadə etməsinə imkan yaradıb. İran İslam Respublikasının ərazisindən keçməklə Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobus marşrutunun Naxçıvan əhalisi üçün xüsusi əhəmiyyətini nəzərə alan nazirlik bu marşrutun fəaliyyətini diqqət mərkəzində saxlayır. Həmin marşrut üzrə işləyən TEMSA markalı avtobuslar cari təmir edilib, bəzi hissələri dəyişdirilərək işlək vəziyyətə gətirilib.
Ötən il bu avtobuslarla Naxçıvandan Bakıya 64277 nəfər, Bakıdan Naxçıvana isə 40457 nəfər sərnişin daşınıb. 299 nəfər fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilib, 514 nəqliyyat vasitəsinə lisenziya kartları verilib. Bu müddət ərzində vergiyə cəlb olunan 13231 avtonəqliyyat vasitəsinə fərqlənmə nişanı verilib. Fərqlənmə nişanı verilən avtonəqliyyat vasitələri tərəfindən 221580,50 manat vergi ödənilib. Lisenziya almış avtomaşınların texniki müayinədən keçirilməsindən əldə olunan 47037,60 manat vəsait nazirliyin xüsusi hesabına, lisenziya haqqı olaraq toplanan 44850 manat vəsait isə büdcəyə köçürülüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyində 2012-ci ilin yekunlarına dair iclas keçirilmişdir. İclasda agentliyin direktoru Qardaşxan Əliyev çıxış edərək bildirmişdir ki, agentlik dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə ədalətli rəqabət, aşkarlıq və şəffaflıq prinsipini təmin etmək, dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə olunmasına zəmin yaratmaq, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi bazanı təkmilləşdirmək, satınalan təşkilatlara dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsini artırmaq məqsədilə müəyyən işlər görmüş, bu istiqamətdə öz fəaliyyətini genişləndirmişdir. 

Dövlət vəsaitləri, o cümlədən büdcə vəsaitləri, kreditlər, qrantlar və dövlət müəssisələrinin xüsusi vəsaitləri hesabına keçirilən satınalmalarla əlaqədar müəssisə və təşkilatların tender komissiyalarına Dövlət Agentliyinin əməkdaşları tərəfindən tender prosedurlarının təşkili və keçirilməsinə dair metodik köməklik göstərilmiş, tender sənədlərinin hazırlanmasına dair geniş izahatlar verilmişdir. Dövlət satınalmaları zamanı yerli məhsulların satın alınmasına üstünlük verilməsi tövsiyə edilmişdir.
Qeyd olunmuşdur ki, 2012-ci il ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən 128 satınalma proseduru həyata keçirilmişdir. Bir satınalma zamanı bir mənbədən satınalma metodundan istifadə edilərək birbaşa müqavilə bağlanmışdır. Müsabiqə yolu ilə keçirilmiş digər 127 satınalma prosedurları üzrə bağlanmış satınalma müqavilələrinin qiyməti 49630424,00 manat təşkil etmişdir və satınalma predmetlərinin ehtimal olunan qiymətinin 2202032,00 manat və ya 4,25 faizinə qənaət edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 2012-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasda Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Nizami Məmmədov çıxış edərək bildirmişdir ki, ötən dövr ərzində muxtar respublikada dayanıqlı əhali məskunluğunun təmin edilməsi üçün böyük əmək sərf olunmuşdur.
Hazırda əhalinin maddi-rifah halının yaxşılaşması fərdi yaşayış evlərinin tikintisi üzrə müsbət meyilli dinamikanı daha da gücləndirmişdir. 2012-ci ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 348 min 182 kva­d­­­-ratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 1995-ci ildəki göstərici ilə müqayisədə 20,7 dəfə çoxdur. 2012-ci ildə xidmətdə daşınmaz əmlakın dövlət reyestrinin bütün bölmələri üzrə 4559 əmlak üzərində yaranan hüquqların qeydiyyatı aparılmışdır. Hesabat dövrü ərzində hüquq sahiblərinə (yüklülü­yün qeydiyyatı ilə birlikdə) 4975 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir ki, bu da ötən illə müqayisədə 294 ədəd çoxdur.
2012-ci il ərzində xidmətdə 5028 daşınmaz əmlak üçün texniki sənədin tərtib edildiyini bildirən Nizami Məmmədov qeyd etmişdir ki, hesabat dövründə xidmət tərəfindən vətəndaşlara göstərilən müxtəlif növ xidmətlərdən 203899,00 manat vəsait qəbul olunaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin hesabına ödənilmişdir. 2011-ci ilin müvafiq dövründə isə bu rəqəm 192515,43 manat olmuşdur. Xidmət üzrə 2012-ci ildə vətəndaşlara göstərilən müxtəlif növ xidmətlərdən 254106,00 manat dövlət rüsumu qəbul olunaraq dövlət büdcəsinə ödənilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 23281,00 manat çoxdur.
Nizami Məmmədov işdə buraxılan nöqsanlara da toxunmuş, qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

Yanvarın 16-da Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən iclası idarənin rəisi Səbuhi Məmmədov açaraq məruzə edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2013-cü il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 88 milyon 34 min manat, o cümlədən uzunmüddətli kredit qoyuluşu 62 milyon 877 min manat, qısamüddətli kredit qoyuluşu isə 25 milyon 157 min manat təşkil edir. 1 yanvar 2012-ci il tarixlə müqayisədə kredit qoyuluşu 12 milyon 687 min manat və ya 16,8 faiz artıb.
Bank və digər kredit təşkilatları tərəfindən ötən il 58 milyon 680 min manat kredit verilib ki, bunun da 33 milyon 141 min manatını qısamüddətli, 25 milyon 539 min manatını isə uzunmüddətli kredit təşkil edir. Kreditlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 451 min manat artıb və ya bu artım 124,2 faiz təşkil edib.
Mərkəzi Bankın lisenziyası ilə fəaliyyət göstərən 4 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə 14 mindən çox şəxsə kənd təsərrüfatı məhsulları istehsalı və biznes üçün 20 milyon 393 min manat, o cümlədən 19 milyon 749 min manat qısamüddətli, 644 min manat isə uzunmüddətli kredit verilib. Verilən kreditlərin 27,7 faizi bank olmayan kredit təşkilatlarının üzərinə düşür. Gələcəkdə bu cür kreditlər verilməsinin həcminin artırılması istiqamətində lazımi iş aparılır. 2012-ci ildə verilən kreditlər üzrə orta faiz dərəcəsi 12 faiz olub. Bu da Azərbaycan Respublikasında ən aşağı faiz dərəcəsidir. Digər iqtisadi rayonlarda bu rəqəm 20-24 faiz təşkil edir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR