Naxçıvan Muxtar Respublikasında digər sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafı üçün də əlverişli şərait yaranmışdır. Muxtar respublikada meyvəçilik və tərəvəzçilik kənd təsərrüfatının əsas sahələrindəndir. Regionun torpaq-iqlim şəraiti müxtəlif giləmeyvə və meyvə ağaclarının inkişafı, bol və yüksək keyfiyyətli məhsul verməsi baxımından olduqca əlverişlidir. Burada düzən, dağətəyi və dağlıq ərazilərdə alma, armud, şaftalı, gavalı, alça, badam, cəviz və sair meyvə bağlarının salınması üçün əlverişli ekoloji mühit mövcuddur. Son dövrlər muxtar respublikada həyata keçirilən irimiqyaslı islahatlar, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul edilən qərarlar, uğurla reallaşdırılan Dövlət proqramları kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə məhsullarının istehsalının sənaye miqyasında inkişaf etdirilməsinin təməlini qoymuşdur.
Muxtar respublikada meyvəçilik və tərəvəzçiliyi diqqət mərkəzində saxlamaq, məhsul istehsalını artırmaq üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” regionda aqrar sektorun bu vacib və iqtisadi cəhətdən səmərəli sahələrinin inkişaf etdirilməsində böyük əhəmiyyət daşıyır.
Dövlət Proqramının qəbul olunmasında əsas məqsəd meyvə və tərəvəz istehsalını artırmaqdan, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasından ibarətdir. Proqramda əhalinin il boyu yerli meyvə-tərəvəz və səbzə-tərəvəz məhsulları ilə təminatı da nəzərdə tutulmuşdur. Muxtar respublikanın iqlim şəraitinə uyğunlaşmış, yüksək məhsuldarlığa malik tərəvəz toxumlarından istifadə olunması vacib amillərdən biri kimi Dövlət Proqramında öz əksini tapmışdır.
Dövlət Proqramında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qarşıya konkret vəzifələr qoyulmuş, bu vəzifələrin icrası istiqamətində 2012-ci ildə həllivacib tədbirlər həyata keçirilmişdir.
Toxumçuluğun inkişaf etdirilməsi aqrar sektorun qarşısında duran vacib məsələlərdən biri olmuşdur. Yüksək məhsuldarlığın əldə edilməsi üçün yüksək reproduksiyalı, məhsuldar toxum təminatının yaxşılaşdırılması böyük əhəmiyyət daşıyır. Buna görə də toxumçuluq təsərrüfatlarının müasir tələblər səviyyəsində inkişafı daim dəstəklənmiş və bu sahənin təchizat bazasının yaradılması üçün təkliflər hazırlanmış, bu sahə ilə məşğul olan sahibkarlar məlumatlandırılmışlar.
Meyvəçiliyin və tərəvəzçiliyin iqtisadi əhəmiyyəti onun yüksək gəlirli təsərrüfat sahəsi olması ilə müəyyənləşdirilir. Dövlət Proqramına uyğun olaraq, muxtar respublikada orta dağlıq və dağlıq, xüsusilə səhralaşmaya meyilli ərazilərdə cəviz, badam, ərik, alma və armud kimi meyvə sortlarından ibarət yeni meyvə bağları salınmasının planlaşdırılması kəndlərdə əhalinin məşğulluğunun yüksəldilməsinə səbəb olmuşdur. Bu istiqamətdə meyvə bağları salan sahibkarlara güzəştli kreditlər verilir, yaranan çətinliklərdə əməli köməkliklər göstərilir. Bu qayğının nəticəsidir ki, 2012-ci il ərzində, ümumilikdə, 40 sahibkara 834000 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Qeyd edək ki, muxtar respublika ərazisində, ümumilikdə, 2012-ci ilin yaz və payız əkin mövsümlərində yeni meyvə bağlarının salınması nəticəsində 262 min 250 ədəd meyvə tingi əkilmiş, 294,6 hektar sahədə yeni meyvə bağları salınmışdır.
Toplanmış məhsulun satış bazarlarına yüksək keyfiyyətlə çatdırılması, bütün mövsümlərdə bazarların təzə meyvə məhsulları ilə təmin edilməsi üçün saxlama və soyuducu anbarların yaradılması meyvəçiliyin müasir tələblər səviyyəsində təşkili işində mühüm mərhələ təşkil edir. Son illər ümumi tutumu 11 min 720 ton olan 15 soyuducu anbarın tikilib istifadəyə verilməsinin kənd təsərrüfatı məhsullarının saxlanılmasında müstəsna əhəmiyyəti olmuşdur. Bunlardan başqa, “Cahan Hоldinq” Kommersiya Şirkətlər İttifaqı tərəfindən tutumu 2000 tоn olan soyuducu anbarın yaradılması başa çatdırılmış, tutumu 3000 tоn оlan yeni anbarın qurulması məqsədilə maarifləndirici tədbirlər həyata keçirilir. 2012-ci il ərzində əhalinin tələbatının kеyfiyyətli kənd təsərrüfatı məhsulları ilə ödənilməsi məqsədilə muхtar rеspublika ərazisində fəaliyyət göstərən mеyvə-tərəvəz məhsullarının saхlanması anbarlarına 1 avqust 2012-ci il tariхdən 31 dekabr 2012-ci il tariхədək olan dövr ərzində bölgələrdə istеhsalçılar tərəfindən tələbatdan artıq istеhsal olunan 2063,11 ton kartof, 217,51 ton soğan, 1 ton kələm, 617,71 ton alma, 9,58 ton armud, 2,5 ton sarımsaq və 1,78 ton çuğundur məhsulu tədarük olunmuşdur.
2012-ci il ərzində muхtar rеspublika ərazisində fəaliyyət göstərən mеyvə-tərəvəz məhsullarının saхlanması anbarlarına tədarük olunan məhsullarından 769,16 ton kartof, 75,02 ton soğan, 0,65 ton kələm, 1,69 ton çuğundur, 340,69 ton alma, 2,24 ton armud və 1,44 ton sarımsaq satışı həyata keçirilmiş, hal-hazırda anbarlarda 1293,95 ton kartof, 142,49 ton soğan, 0,35 ton kələm, 277,02 ton alma, 7,34 ton armud, 1,06 ton sarımsaq və 0,09 ton çuğundur məhsulu mövcuddur.
Muхtаr rеspublikа əhаlisinin qış mövsümündə kеyfiyyətli tərəvəz məhsullаrı ilə təmin оlunmаsındа istiхаnа kоmplеksləri də mühüm əhəmiyyət kəsb еdir. Əhalinin qış aylarında faraş tərəvəz məhsullarına olan tələbatının ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi istiqamətində sahibkarlarla iş aparılmış, 3 sahibkara, ümumilikdə, sahəsi 14000 kvadratmetr istiхаnа şərаitində tərəvəz məhsulları istеhsаlı sahələrinin qurulmasına 1.460 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Bu məqsədlə hazırda ümumi sahəsi 30 min kvadratmetr olan 8 istixana kompleksi fəaliyyət göstərir ki, burada istehsal olunan tərəvəz məhsulları qış aylarında əhalinin tələbatının ödənilməsində böyük rol oynayır.
Muxtar respublika əhalisinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunması üçün daxili bazarda satışı həyata keçirilən yerli istehsal və idxal kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin həyata keçirilməsi, keyfiyyəti şübhə doğuran kənd təsərrüfatı məhsullarının ekspertizası və laboratoriya təhlillərinin aparılması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında yerləşən 283 təsərrüfat subyekti və ticarət obyektində monitorinqlər aparılmışdır. Monitorinqlər zamanı 34 adda yerli istehsal və idxal məhsullarının keyfiyyət göstəricilərinə baxılaraq nümunələr götürülüb yoxlanılmışdır. Əlavə olaraq, 269 halda orta nümunələr götürülərək “İstehlak Mallarının Ekspertizası Bürosu” MMC-yə təqdim olunmuş və nümunələrin qüvvədə olan normativ texniki sənədlərin tələblərinə cavab verdiyi aşkar edilmişdir.
Qeyd edək ki, bu proqramın icrası mеyvə və tərəvəzçiliyin inkişafı yolu ilə kənd əhalisinin məşğulluğunun artırılmasına, onların maddi-rifah halının yaxşılaşdırılmasına, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması sahəsində əlavə imkanların açılmasına öz töhfəsini verir.
Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin
mətbuat xidməti