Şahbuz rayonunda turizmin inkişafı üçün hərtərəfli təbii şərait mövcuddur. Ağbulaq kəndi də bölgənin belə ünvanlarındandır. Ötən ildən həmin kənddə Turizm və İstirahət Kompleksinin yaradılmasına başlanılıb. Kompleks üçün ayrılmış ərazidə iki yaşayış, yeməkxana və texniki-məişət binaları tikilib. Yaşayış binalarının hər biri ikimərtəbəlidir. Kompleksin yeməkxana binası 2 hissədən ibarətdir. Burada mətbəx və 144 yerlik yemək salonu yerləşəcək, inzibati hissədə isə kitabxana, tibb və iş otaqları kompleksdə istirahət edənlərin istifadəsinə veriləcək.
Kompleks ilin bütün fəsillərində müasir ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərəcək. Yeni obyektdə son tamamlama işləri aparılır.
Xəbərlər şöbəsi