Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, əmanətlərin qaytarılmasına başlandığı gündən fevralın 7-nə qədər muxtar respublikada 35 min 559 nəfər əmanətçiyə birdəfəlik ödəmələrin verilməsi təmin edilib. Məlumatda o da bildirilir ki, əmanətçilərə 13 milyon 714 min 710 manat vəsait ödənilib. Əmanətlərin qaytarılması üzrə ərizələrin qəbulu ötən ilin sonunadək həyata keçirilib. Vəsaitlərin ödənilməsi bu ilin sonuna qədər davam etdiriləcək.
Xatırladaq ki, ölkə Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanına əsasən, SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi qərara alınıb. 2012-ci ilin iyunun 1-dən isə sovet dövründən banklarda qalmış əmanətlərin qaytarılmasına başlanılıb.
Xəbərlər şöbəsi