22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Toxum Müfəttişliyinin 2012-ci ildə gördüyü işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Müşavirəni Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, kənd təsərrüfatı naziri Məmməd Abbasov açaraq bildirmişdir ki, yaxşı toxum bol məhsulun təməlidir. Əkin zamanı yerli şəraitə uyğunlaşmış 1-ci və 2-ci reproduksiyalı toxumlardan istifadə və düzgün aqrotexniki tədbirlər yüksək məhsuldarlığa nail olunmasına şərait yaradır. Bu sahənin inkişaf etdirilməsində Dövlət Toxum Müfəttişliyində çalışan əməkdaşların üzərinə mühüm vəzifələr düşür.
Ötən ilin yekunları və qarşıda duran vəzifələr haqqında danışan Dövlət Toxum Müfəttişliyinin rəisi İlqar Zeynalov bildirmişdir ki, muxtar respublikada taxılçılığın intensiv inkişafının təmin edilməsi məqsədilə ötən il də sahibkarlara rayonlaşdırılmış yerli şəraitə uyğun yüksək kondisiyalı buğda toxumlarının verilməsi diqqətdə saxlanılmış, bol məhsul əldə edilməsi üçün metodik köməkliklər göstərilmişdir. Əkilmiş toxumlar müfəttişliyin yerli laboratoriyaları tərəfindən analiz edilmiş, sahibkarlara məsləhət və tövsiyələr verilmişdir. Toxumluq əkinlərin qışdançıxma vəziyyəti yoxlanılmış, sonrakı aqrotexniki tədbirlər barədə tövsiyələr verilmişdir. Belə tədbirlər bəhrəsiz qalma­mış, bol məhsul istehsalına nail olunmuşdur.
2013-cü ilin məhsulu üçün 2012-ci ilin payızında əkilmiş taxıl sahələrində istifadə olunmuş toxum materialları da əvvəlcədən nümunə şəklində müfəttişliyin laboratoriyasına gətirilmiş, keyfiyyət göstəricisinə görə toxumların səpilməsi tövsiyə edilmişdir.
Sonda Şərur, Culfa, Şahbuz rayonlarının toxum müfəttişləri Niyamət İsayev, Əli Hüseynov, Vahid Məmmədovun çıxışları olmuşdur. Müşavirədə əldə olunan nailiyyətlərlə yanaşı, işdə buraxılan nöqsanlar da təhlil edilmiş və nöqsanların aradan qaldırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR