22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində Hidrometeorologiya İdarəsinin 2012-ci ildə fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirəni Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov açaraq bildirmişdir ki, hidrometeoroloji xidmətin əsas məqsədi dövlət idarəetmə strukturlarının və əhalinin hidrometeoroloji təminatının həyata keçirilməsindən ibarətdir. Müasir dövrdə elm və texnikanın sürətli inkişafı, telekommunikasiya sahəsində əldə olunan nailiyyətlər, təbii fəlakətlər (sellər, su daşqınları, meşə yanğınları və sair) bu sahəyə diqqəti daha da artırmışdır.
Hidrometeorologiya fəaliyyətinə dair Azərbaycan Respublikasının Milli İnkişaf Pro­qramına uyğun olaraq, 2012-ci ildə muxtar respublika ərazisində hidrometeoroloji xidmət yüksək səviyyədə qurulmuşdur. Bu sahənin inkişaf etdirilməsində Hidrometeorologiya İdarəsində çalışan əməkdaşların üzərinə mühüm vəzifələr düşür.
Ötən ilin yekunları və qarşıda duran vəzifələr haqqında çıxış edən Hidrometeorologiya İdarəsinin müdir əvəzi Tural Səfərov məlumat vermişdir ki, ötən il Naxçıvan Muxtar Respublikasının quru ərazisində, daxili sularda, Araz çayı və dəryaçasının muxtar respublikaya aid olan hissəsində hidroloji, meteoroloji, aqrometeoroloji, arxeoloji müşahidələr aparılmış, təhlükəli hidrometeoroloji hadisələr, kəskin hava dəyişmələri (daşqınlar, sellər və sair) haqqında xəbərdarlıqlar hazırlanaraq aidiyyəti dövlət orqanlarına məlumatlar verilmişdir. Muxtar respublikanın daxili sularında 32 monitorinq-yoxlama, 78 su nümunəsi götürülərək fiziki-kimyəvi xassələrini öyrənmək məqsədilə 625 laboratoriya analiz-təhlillər aparılmışdır.

Muxtar respublikanın kənd təsərrüfatının inkişaf etdiyi ərazilərində iqlim və su resurslarının düzgün qiymətləndirilməsi, bunun əsasında aqrotexniki tədbirlərin görülməsi, suvarma normalarının hava şəraitinə uyğun olaraq optimallığının müəyyən edilməsi hidrometeorologiya sahəsində ən mühüm xidmət kimi qiymətləndirilməlidir.
Qeyd edilmişdir ki, 2012-ci ildə bu sahə əməkdaşları­nın biliklərinin artırılması məqsədilə seminar-treninqlər keçirilmişdir.
2013-cü ildə hidrometeorologiya sahəsində görüləcək işlər, xüsusilə bu sahədə qəbul edilmiş Dövlət Proqramına və 2009-2013-cü illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, müasir laboratoriyaların qurulması, meteoroloji, hidroloji stansiyaların müasir avadanlıqlarla təmin olunması sahəsində fəaliyyət müəyyənləşdirilmişdir.
Sonda regional məntəqə və stansiya fəaliyyəti ilə bağlı sözügedən qurumların rəislərinin çıxışları olmuşdur.
Müşavirədə görülən işlərlə yanaşı, nöqsanlar da təhlil edilmiş, bu nöqsanların aradan qaldırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR