Naxçıvan şəhərində muxtar respublikada aparılan quruculuq işlərinin yeni simvoluna çevriləcək saat qülləsi inşa edilir. Yanvar ayının əvvəlindən tikintisinə start verilən saat qülləsində beton-qəlib işləri, demək olar ki, yekunlaşıb. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən inşa edilən qüllənin hündürlüyü 21 metrdən çoxdur. İş icraçısı İlqar Fətəliyevdən aldığımız məlumata görə, qüllənin ən hündür yerində dörd böyük saat yerləşdiriləcək. Klassik və ən yeni arxitektura elementləri ilə bəzədiləcək bu qüllə şəhərimizin müasir memarlıq nümunələrindən birinə çevriləcək.
Xəbərlər şöbəsi