Ordubad rayonunda vergi ödəyiciləri ilə görüş keçirilib. Görüşdə POS-terminalların əhəmiyyəti haqqında söhbət açan rayon Vergilər Şöbəsinin müdiri Məhəmməd İbadov bidirib ki, POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi üçün nəzərdə tutulmuş avadanlıqdır. Əməkhaqqı, pensiya, müavinət və digər kartlarla pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində POS-terminal vasitəsilə malların, iş və xidmətlərin dəyəri ödənilərkən kart sahibindən əlavə xidmət haqqı tutulmur. POS-terminal üzrə əməliyyatlar həyata keçirilərkən, adətən, iki nüsxədə qəbz çap olunur. İmzalanmış qəbzin bir nüsxəsi kart sahibində, digəri isə təsərrüfat subyektində qalır. Bu qəbz malın mağazaya geri qaytarılması zamanı zəruridir. Bundan başqa, sahibkar artıq məsrəflərdən (nağd pulların saxlanılması, hesablanması) və risklərdən (saxta pul, pulların oğurlanması) tamamilə azad olur.
Çıxışlardan sonra sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi