22 Dekabr 2024, Bazar

Son illər muxtar respublikada tarazlı inkişafın təmin olunması məqsədilə həyata keçirilən tədbirlər bəhrələrini vermiş, regionumuz ölkə­nin iqtisadi rayonları içərisində qabaqcıl yerlərdən birini tutmuşdur. Öncə onu qeyd edək ki, tarazlı inkişafın təmin olunmasında güclü investisiya qoyuluşları mühüm rol oynayır. Ona görə də bu məsələ diqqətdə saxlanılır. Ötən il bütün maliyyə mənbələri hesabına əsas kapitala 982 milyon 264 min manat həcmində investisiya yönəldilmişdir. Bu, 2011-ci ildəki müvafiq göstəricidən 20,4 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 874 milyon 542 min manatı və ya 89 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Bu da 2011-ci illə müqayisədə 20,1 faiz çoxdur.

Konkret faktlara müraciət edək. Adıçəkilən dövrdə muxtar respublikamızda tikinti və ya əsaslı təmirdən sonra, ümumilikdə, 724 müxtəliftəyinatlı obyekt istifadəyə verilmiş, 129 infrastruktur obyektinin inşası və ya əsaslı təmiri hazırda davam etdirilir. Bəhs olunan dövrdə 28 inzibati bina tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda 14 inzibati binanın tikintisi həyata keçirilir. Muxtar respublikamızda mahiyyət və məzmunca yeni olan kənd mərkəzlərinin də sayı artmaqdadır. Ötən il 14 yaşayış məntəqəsində belə obyekt istifadəyə verilmişdir. 
Tikinti-quruculuq tədbirləri çərçivəsində insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Ötən il muxtar respublika sakinlərinin şəxsi vəsaiti hesabına muxtar respublikada 349 min 764 kvadratmetr yaşayış sahəsi tikilmişdir.
Adıçəkilən dövr ərzində muxtar respublikada 2 yaşayış binasının tikintisi, 1 yaşayış binasının yenidən qurulması, 5 yaşayış binasının əsaslı təmiri, 11 yaşayış binasının isə təmiri başa çatdırılmışdır. Dörd yaşayış binasının tikintisi, 1 yaşayış binasının yenidən qurulması, 4 yaşayış binasının əsaslı təmiri, 2 yaşayış binasının isə təmiri hazırda davam etdirilməkdədir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR