22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə dair iclas keçirilib.
Tədbiri giriş sözü ilə idarənin müdiri Ceyhun Məmmədxanov açaraq məruzə edib. Məruzəçi bildirib ki, ötən il ərzində idarə tərəfindən Şərur “Konserv” Açıq Səhmdar Cəmiyyətinə 800 min ədəd, Babək “Şərab-2 Yeddilər ASK” Məhdud Məsuliyyətli Cəmiyyətinə 200 min ədəd, “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə 10 min ədəd daxili istehsal alkoqollu içkilərə tətbiq olunan, “Prestij-Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə 700 min ədəd daxili istehsal pivə məmulatlarına tətbiq olunan, “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyətinə isə 1 milyon 500 min ədəd daxili istehsal tütün məmulatlarına tətbiq olunan, ümumilikdə, 3 milyon 210 min ədəd aksiz markası verilib.

İdarə tərəfindən Kapital Bank Naxçıvan Muxtar Respublikası Baş İdarəsinə məxsus 18 ədəd ipoteka kağızının dövlət qeydiyyatı və 24 ədəd ipoteka kağızının əlavə dövlət qeydiyyatı aparılıb. Bu haqda yazılı məlumat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilib.
Hesabat dövründə idarənin hərtərəfli fəaliyyətini təmin etmək məqsədilə kargüzarlıq işi operativ və dəqiq aparılıb. Ötən il ərzində Milli Depozit Mərkəzinin Naxçıvan Muxtar Respublikası filialı tərəfindən 5 reyestrdən çıxarış, 2 depo hesabından çıxarış, 3 sertifikat verilib və 27 əqd üzrə müqavilə bağlanıb. Bu da 245 min 513 səhmi əhatə edir. Ötən il Milli Depozit Mərkəzinin Naxçıvan Muxtar Respublikası filialı tərəfindən xidmət haqqı kimi 1986 manat vəsait toplanaraq Milli Depozit Mərkəzinin büdcəsinə ödənilib.
Sonra idarənin Nəzarət və bazar iştirakçılarının hüquqlarının müdafiəsi sektorunun müdiri Xudakərim Məmməd­ovun, Milli Depozit Mərkəzinin Naxçıvan filialının direktoru Bəxtiyar Babayevin çıxışları olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR