22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında müasir gömrük infrastrukturunun yaradılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Culfa şəhərindəki “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina inşa olunur. Binanın tikintisi “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən həyata keçirilir. Obyektin tikintisinə ötən ilin avqust ayının əvvəlindən başlanılıb. Bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Hazırda binada əsas divarların hörgüsü tam başa çatdırılıb, dam örtüyünün vurulmasına, suvaq çəkilməsinə başlanılıb.
Xatırladaq ki, kompleksdə yeni anbar binası, qarajlar və digər obyektlər də inşa ediləcək.

*     *     *

Culfa rayonunda son illər inşa edilən yeni məktəb binalarının çoxu ucqar dağ kəndlərinin payına düşüb. Növbəti dərs ilində yeni məktəb binasının sevinci Teyvaz kəndində də yaşanacaq. Belə ki, ötən ildən bu yaşayış məntəqəsində zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət binanın tikintisinə başlanılıb. Yeni bina 110 şagird yerlik nəzərdə tutulub. Zirzəmi hissəsində hörgü işləri başa çatdırılıb. Culfa Rayon Tikinti-Quraşdırma İdarəsinin kollektivi birinci mərtəbədə tikinti işlərinin aparılmasına hazırlığı yekunlaşdırıb.
Qeyd edək ki, ötən il rayonun Ləkətağ kəndində 144 şagird yerlik yeni məktəb binası inşa olunaraq, Yaycı kəndində 788, Boy­əhməd kəndində 110 şagird yerlik məktəb binaları yenidən qurularaq istifadəyə verilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR