“Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi” mövzusunda Babək rayonunda sahibkarlarla keçirilən görüşdə nağdsız hesablaşmaların əhəmiyyəti haqqında ətraflı söhbət açılıb.
Tədbirdə Babək Rayon Vergilər Şöbəsinin rəisi Səftər Əliyarov çıxış edərək bildirib ki, iqtisadi fəaliyyətin bütün sahələrində həyata keçirilən maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılmasının təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Hazırda rayon ərazisində quraşdırılan POS-terminallardan səmərəli istifadənin təmin olunması üçün əhali və sahibkarlıq subyektləri arasında izahat işlərinin gücləndirilməsinə xüsusi diqqət yetirilir, nağdsız əməliyyatların aparılması istiqamətində əməkdaşların məsuliyyəti artırılır.
Sonra rayon Vergilər Şöbəsinin əməkdaşlarından Ataxan Nuriyevin, Faiq Hümbətovun çıxışları olub. Çıxışlarda plastik kartlardan istifadənin, elektron ödənişlərin və nağdsız ödənişlərin həcminin artırılmasının vacibliyindən söhbət açılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi