Son illər muxtar respublikada həyata vəsiqə alan ixracyönümlü müəssisələrdən biri də Babək rayonunun Araz kəndi ərazisində fəаliyyət göstərən Naxçıvan “Təchizat” Açıq Səhmdar Cəmiyyətinin dəri emalı və yumurta taraları istehsalı müəssisəsidir. Müəssisəyə Sаhibkаrlığа Kömək Fоndundаn 2010-cu ilin iyun ayında 150 min mаnаt dövlət mаliyyə dəstəyi göstərilmiş və layihəyə uyğun istеhsаl sahələri, хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün аnbаr, sоyunub-gеyinmə оtаqları, yеməkхаnа, inzibаti binа və digər yardımçı otaqlar tikilib istifadəyə verilmişdir. Dəri emalı, yumurta taraları istehsalı sahələrində müasir texnoloji avadanlıqlar quraşdırılmışdır.
2011-ci ilin yanvar ayından fəaliyyətə başlayan müəssisədə yüksək keyfiyyətli məhsul istehsalı üçün hərtərəfli şərait yaradılmış, xammal ehtiyatı yaradılması məqsədilə 2012-ci ilin mart ayında Sаhibkаrlığа Kömək Fоndundаn əlavə olaraq 50 min mаnаt dövlət mаliyyə dəstəyi göstərilmişdir. Müəssisənin daha müasir texnoloji avadanlıqlarla təmin olunması cari ildə də diqqət mərkəzində saxlanılmış, İtaliya istehsalı, gündəlik istehsal gücü 5 ton olan müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Beləliklə, dəri emalı prosesində daha bir mərhələnin müəssisədə həyata keçirilməsinə başlanılmışdır.
Sаhibkаr Arzu Dünyamalıyev bildirdi ki, müasir texnoloji avadanlıqlarla təmin olunmuş “Bərəkət” Ət Məhsulları Kompleksi” MMC-nin cari ilin may ayında fəaliyyətə başlaması dəri emalı müəssisəsinin də daha keyfiyyətli xammalla təmin olunmasına geniş imkanlar açmışdır. Primitiv üsullarla kəsimi həyata keçirilən heyvanların dərilərində kəsiklərin olması emal prosesində problemlər yaradırdı. “Bərəkət” Ət Məhsulları Kompleksi” MMC-də isə kəsim prosesindən ətin təhvil verilməsinədək bütün proseslər avtomatik aparıldığından dərilərdə heç bir kəsik aşkar olunmur, emal prosesi yüksək səviyyədə aparılır.
Əhalidən və ət məhsulları kompleksindən tədarük olunan dəri duzlanıb bir ay, müxtəlif kimyəvi maddələr əlavə olunmuş barabanda isə iki gün saxlanıldıqdan sonra tükdən ayrılıb xüsusi avadanlıqlarda ətdən təmizlənərək xromlanır və müəyyən olunmuş təzyiqdə sıxılaraq dərinin tərkibində olan su kənarlaşdırılır. İstehsal olunan məhsul yarımfabrikant halında bağlanmış müqaviləyə uyğun olaraq Türkiyə Respublikasına göndərilir.
Firma və mağazalardan toplanan karton və kağız materialları emal edilərək yumurta taraları istehsal olunur. Xammal müəyyən müddət çənlərdə isladıldıqdan sonra qarışıq maye halına salınıb qəliblərdə sıxılır və xüsusi rəflərə yığılaraq sobada 85-90 dərəcə istilikdə qurudulur. Bu da taraların tərkibində ola biləcək bakteriyaların məhv edilməsinə səbəb olur. Həmçinin müəssisədə mütəmadi olaraq dеzinfеksiyа işləri görülür, аvаdаnlıqlаr xüsusi maddə ilə yuyulur. Bütün bunlar məhsulun keyfiyyətli istehsalına şərait yaradır.
Yumurta taraları istehsalı sexinin aylıq istehsal gücü 65-70 min ədəddir. Bu rəqəm muxtar respublikamızda həmin məhsula olan tələbatın tamamilə ödənməsi deməkdir.
Dəri emalı sexinin isə aylıq istehsal gücü 75-80 ton iribuynuzlu, 12-15 min ədəd xırdabuynuzlu heyvan dərisindən ibarətdir. Hazırda ay ərzində 45 tondan artıq iribuynuzlu, 1500-1600 ədəd xırdabuynuzlu heyvan dəriləri emal olunur.
Cari ilin ötən dövründə 16 min 631 ədəd və ya 271 ton 376 kiloqram iribuynuzlu, 9 min 567 ədəd və ya 10 min 524 kiloqram xırdabuynuzlu heyvan dərisi tədarük edilmişdir ki, bunun da 6269 ədədi və ya 97 ton 596 kiloqramı muxtar respublikamızdan, 10 min 362 ədədi və ya 183 ton 780 kiloqramı ölkəmizin digər regionlarından alınıb gətirilmişdir. Tədarük olunan iribuynuzlu və xırdabuynuzlu heyvan dəriləri emal olunaraq yarımfabrikant halında “Qaragül” əmtəə nişanı ilə sifarişçi şirkətlərin ünvanlarına göndərilmişdir.
Hazırda müəssisədə yüksək əməkhaqqı və xüsusi geyim formaları ilə təmin olunmuş 18 nəfər çalışır. Ayrı-ayrı rayonlarda isə ümumilikdə, 20 nəfər fiziki şəxslə müqavilə bağlanmışdır. Bu isə, öz növbəsində, heyvan dərilərinin vaxtında tədarük olunub müəssisəyə gətirilməsinə imkan verir. Müəssisənin tam gücü ilə işləməsi və əlavə işçi qüvvəsinin cəlb edilməsi istiqamətində işlər davam etdirilir, dəri emalı sahəsində qabaqcıl təcrübəyə malik xarici şirkətlərlə əlaqələr genişləndirilir, təcrübə mübadiləsi aparılır.
Kərəm HƏSƏNOV