22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, 2013-cü il ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 136 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.

Həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 23 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 53 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb. Operativ vergi nəzarəti tədbirləri zamanı 2 vergi ödəyicisində 3 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 21 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 21 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olmaları, 6 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilib. Vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirləri zamanı 10 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərdiyi məlum olub. Aparılan operativ nəzarət işləri zamanı tərtib edilmiş 19 min 417 manat inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin tamamilə büdcəyə ödənilməsi təmin edilib.
Qeyd olunan dövr ərzində 167 obyektdə nəzarət-kassa aparatları quraşdırılıb.
Məlumatda o da bildirilir ki, 2013-cü ildə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 27 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidələr zamanı müşahidəyədək olan dövriyyələrlə  müqayisədə 34 min 880 manat dövriyyə artımına nail olunub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR