22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 milyard 34 milyon 737 min 800 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 8,6 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 7,4 faiz artaraq 4719,9 manata (6015,7 ABŞ dollarına) çatmışdır.

*    *    *

2013-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 794 milyon 484 min 800 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 6,1 faiz üstələmişdir.

 *    *    *

Qeyd olunan dövrdə muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 954 milyon 470 min 400 manat həcmində investisiya yönəldilmişdir. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 6,5 faiz artmışdır.

*    *    *

Bu ilin yanvar-noyabr ayları ərzində informasiya və rabitə xidmətlərinin həcmi 42 milyon 584 min 500 manat olmuşdur ki, bu da  2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 36 milyon 478 min 100 manat olmaqla, bir il öncəki göstəricini 6,1 faiz üstələmişdir.

*    *    *

2013-cü ilin yanvar-noyabr aylarında muxtar respublikada 290 milyon 297 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 6,7 faiz üstələmişdir. Cari ilin yanvar-noyabr aylarında muxtar respublikada 17,5 min ton ət (diri çəkidə), 75,1 min ton süd istehsal edilmiş, 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ət istehsalı 3,7 faiz, süd istehsalı 0,2 faiz artmışdır.

*    *    *

Cari ilin yanvar-noyabr aylarında muxtar respublikada əhalinin gəlirləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 1 milyard 537 milyon 303 min 100 manat, onun hər bir nəfərə düşən həcmi isə 2,6 faiz yüksələrək 3566,2 manat təşkil etmişdir.

*    *    *

Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali  rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2013-cü ilin yanvar-noyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 376,2 manat təşkil etmiş və  əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artmışdır.

*    *    *

1 dekabr 2013-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 24021-ə çatmışdır ki, bunun da 20770-i və ya 86,5 faizi aktiv hesablardır. 2013-cü ilin yanvar-noyabr ayları ərzində açılmış 7750 bank hesabının 7696-sı və ya 99,3 faizi aktiv hesablardır.

*    *    *

2013-cü ilin yanvar-noyabr aylarında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 435 milyon 115 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır. İxracın həcmi son bir il ərzində 4,6 faiz artaraq 328 milyon 480 min ABŞ dollarından çox olmuş və xarici ticarət üzrə 221 milyon 846 min ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.

*    *    *

Cari ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 41 milyon 730 min 500 manat həcmində kreditlər verilmişdir.

*    *    *

1 dekabr 2013-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 8475 nəfər və ya 2 faiz artaraq 434920 nəfər olmuşdur.

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR