22 Dekabr 2024, Bazar

Muxtar respublikanın təbii coğrafi və iqlim şəraiti burada müxtəlif təsərrüfat sahələrinin hərtərəfli inkişafına, əhalinin məşğulluğunun təmin edilməsinə və bol məhsul istehsalına imkan verir. Ən gəlirli sahələrdən biri kimi tarixən arıçılıqda da yüksək nəticələr qazanılması bu sahəyə marağı getdikcə artırır. Son illər arıçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, dövlət maliyyə dəstəyinin gücləndirilməsi isə daha uğurlu göstəricilər əldə edilməsinə şərait yaratmışdır. Muxtar respublikada Arıçılar İctimai Birliyinin yaradılması belə tədbirlərdən biri kimi bu sahə ilə məşğul olan sahibkarların, kənd adamlarının ürəyincə olmuşdur. Bütün bunların nəticəsidir ki,  muxtar respublikada arı ailələrinin sayı ilbəil artır, istehsal olunan məhsulun Naxçıvan Muxtar Respublikasından kənarda da satışı təşkil edilir.
Məlumat üçün bildirək ki, 2013-cü ilin əvvəlinə muxtar respublikanın arıçılıq təsərrüfatlarında 65 mindən çox arı ailəsi mövcud olmuşdur. Hərtərəfli dövlət dəstəyindən yararlanan arıçılar il ərzində  onların sayını artıraraq 69 minə çatdırmışlar. Təbii ki, arı ailələrinin artımı məhsul istehsalının həcminə də öz təsirini göstərmişdir. Daha dəqiq desək, 2013-cü ildə 1300 tondan çox bal istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 11 faiz  çoxdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR