Muxtar respublikada nail olunmuş sosial-iqtisadi inkişaf özünü bütün sahələrdə göstərmiş və bu proses əhalinin maddi-rifah halının yüksəlməsinə səbəb olmuşdur. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü və davamlı tədbirlərin nəticəsidir ki, ötən il bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği artaraq 377 manata çatmışdır.
Əməkhaqqı artımı, öz növbəsində, əhali tərəfindən yeni istehsal və xidmət sahələrinin yaradılmasını bir qədər də sürətləndirmiş, bu isə əhali gəlirlərinin daha da artmasına stimul olmuşdur. Daha dəqiq desək, bəhs edilən dövrdə əhalinin gəlirləri 2012-ci ilə nisbətən 7 faiz artaraq 1 milyard 737 milyon manatdan çox olmuşdur.
Gəlirlərin həcminin artması özünü əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsində, istehlak bazarında əmtəə dövriyyəsinin və pullu xidmətlərin artımında da göstərmişdir. Belə ki, 2013-cü ildə əhaliyə 1 milyard 289 milyon manatdan çox istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir.
Xəbərlər şöbəsi