Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, 2013-cü ilin 11 ayı ərzində muxtar respublikada fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, habelə işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olunan məsələlər üzrə 127 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülmüşdür.
Qeyd olunan dövr ərzində 158 obyektdə nəzarət-kassa aparatlarının quraşdırılması təmin edilmiş, vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 24 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılmış və müşahidələr zamanı müşahidəyədək olan dövriyyələrlə müqayisədə 32310,2 manat dövriyyə artımına nail olunmuşdur.
Səbuhi HÜSEYNOV