22 Dekabr 2024, Bazar

Nağdsız ödənişlər iqtisadi inkişafa, vətəndaşlarımızın rahatlığına və şəffaflığa xidmət edir 

Müasir mərhələdə ölkədə pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri iqtisadi artımın və inkişafın başlıca şərti olan makroiqtisadi sabitliyin qorunmasına, bank sektorunda stabilliyin təmin edilməsinə və maliyyə vasitəçiliyinin dərinləşməsinə yönəldilmişdir. Bu hədəflərə nail olmaq üçün pul siyasətinin və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşdirilməsi həyata keçirilir, habelə makroiqtisadi siyasətin koordinasiyasının daha da təkmilləşdirilməsinə zəruri dəstək verilir və ən əsası, nağdsız pul kütləsinin dövriyyəsinin artırılmasına istiqamətlənmiş kompleks tədbirlər reallaşdırılır.  

Ardını oxu...

“Muxtariyyət ili”ndə Şahbuz rayonunda tikinti-quruculuq tədbirlərinin həcmi artıb, coğrafiyası genişlənib. Hazırda rayonun bir neçə yaşayış məntəqəsində müxtəliftəyinatlı obyektlər inşa olunur. Belə tədbirlərdən ucqar dağ və sərhəd yaşayış məntəqəsi Gömür kəndinə də pay düşüb.
Quruculuq obyektlərindən biri kənd məktəbinin binasının əsaslı təmiridir. Məktəb binası 144 şagird yerlikdir. Təmir işlərinə başlanan vaxtdan inşaatçılara hərtərəfli şərait yaradılıb. Buraya kifayət qədər texnika və işçi qüvvəsi cəlb edilib. Bu isə inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verib. Burada çalışan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin bir qrup inşaatçısı öhdəsinə götürdüyü quruculuq tədbirini vaxtında başa çatdırmaq üçün səyini əsirgəməyib.
Digər bir obyekt kənddə fəaliyyət göstərən qurumların birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzidir. Adıçəkilən idarənin inşaatçıları qısa müddət ərzində 2 mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada tikinti işlərini yekunlaşdırıblar. Mərkəzdə icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, kitabxana, polis sahə və baytarlıq məntəqələri fəaliyyət göstərəcək. Həmçinin mərkəzdə rabitə evi və poçt bölməsi də yerləşəcəkdir.
Kənd sakinləri kənddə inşa olunan xidmət mərkəzini onlara göstərilən növbəti dövlət qayğısı kimi dəyərləndirirlər. Burada müxtəlif xidmət sahələri fəaliyyət göstərəcək.
Hazırda hər 3 obyekt təhvilə hazır­lanır, yeni quruculuq ünvanlarının yerləşdiyi ərazilərdə abadlıq işləri görülür.

 Muxtar MƏMMƏDOV

Bu bəhrələrdən Culfa rayonuna da pay düşür

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində iqtisadi və siyasi sabitlik təmin edilib, beynəlxalq aləmdə ölkəmizin nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib və iqtisadiyyatın dinamik inkişafının əsası qoyulub. Həyata keçirilən islahatların başlıca məqsədi isə güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulması və inkişaf etdirilməsi olub. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə, ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəldilib. Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında da özəl sektorun inkişaf etdirilməsinə böyük diqqət göstərilib, yeni müəssisələrin qurulmasına, iş yerlərinin açılmasına nail olunub.

Ardını oxu...

Muxtar respublikada sosial və iqtisadi sahələrdə qazanılmış uğurlar Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunduğu və “Muxtariyyət ili” elan edilmiş 2014-cü ilin yanvar-sentyabr ayları ərzində də qorunub saxlanılmışdır.
Cari ilin ötən dövründə ən mühüm hadisələrdən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə Prezidenti Naxçıvan Beynəlxalq Hava Limanının, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binalarının, Gənclər Mərkəzinin, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının açılışında iştirak etmiş, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə, Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal edilən məhsulların sərgisi ilə tanış olmuş, muxtar respublikanın ərazisində yerləşən hərbi hissələrə daxil olan yeni texnika və silahlara baxmışdır.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə buradakı irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır. Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 ok­tyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 20-si ölkəmizdə energetika sahəsində çalışanların peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycanda iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektroenergetikanın inkişafı da ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsi, ölkədə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində gərgin fəaliyyət göstərmişdir. O vaxta qədər ölkədə bütün elektrik stansiyalarının ümumi gücü 2200 meqavat təşkil edirdi və elektrik enerjisi təminatının tam ödənilməsində problemlər mövcud idi. Ümummilli liderin səyləri və təşkilatçılığı sayəsində hər birinin gücü 300 meqavatlıq 8 blokdan ibarət olan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının tikintisinə başlanıldı və hər il bir bloku istifadəyə verilən bu stansiya sayəsində Azərbaycan enerji sistemi bölgənin aparıcı sisteminə çevrildi. Həmin dövrdə İran İslam Respublikası ilə birgə tikilən 22 meqavatlıq Araz SES, 330 kilovoltluq Mingəçevir-Abşeron hava elektrik verilişi xətləri, yeni transformator yarım­stansiyaları istismara verilmişdir.

Ardını oxu...

Muxtar respublikada istehsalçıların təbii qazla fasiləsiz təmin olunması üçün ardıcıl tədbirlər həyata keçirilir. “Naxçıvanqaz” İstehsalat Birliyindən bildiriblər ki, istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır, mövcud qaz xətlərində təmir işləri aparılır, istismar müddəti başa çatmış xətlər yeniləri ilə əvəz olunur.
Əhali abunəçilərinin normal, sabit və təhlükəsiz qaz təchizatını təmin etmək məqsədilə alınmış qaztənzimləyici şkaflar və qaztənzimləyicilər tələb olunan yerlərdə quraşdırılıb. Təbii qazın itkisiz olaraq yerlərə çatdırılması, israfçılığın qarşısının alınması və sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi ilə əlaqədar tədbirlər davam etdirilib, istismarda olan qaz sayğaclarına mütəmadi olaraq baxışlar keçirilib, istismara yararsız 27 min 532 ədəd sayğac yenisi ilə əvəzlənib.

Ardını oxu...

Muxtar respublikamızın füsunkar guşələrindən biri olan Şahbuz rayonunda cari ildə də geniş quruculuq işləri həyata keçirilir. Quruculuq tədbirlərindən biri Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin binasıdır. Məktəbin yeni binasının layihəsində gələcək perspektiv nəzərə alınıb. Yeni bina 216 şagird yerlik olmaqla zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Müəllim və şagirdlərin ixtiyarına 12 sinif otağı, hərbi kabinə, kitabxana, laboratoriyalar, idman zalı, açıq idman qurğuları veriləcək. Onlar həm də kompüter və elektron lövhəli siniflərdən istifadə edəcəklər. Tikintiyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb edildiyindən inşaat işləri sürətlə aparılıb.
“Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları gördükləri işin keyfiyyətinə ciddi diqqət yetiriblər. Artıq obyektdə son tamamlama işləri görülür. Məktəbin ərazisində abadlıq işləri həyata keçirilir, gülkarlıqlar salınır.

Xəbərlər şöbəsi

Ölkəmizdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin maddi rifahının daha da yaxşılaşdırılması məqsədilə sənaye məhsulları istehsalı sektoruna xüsusi önəm verilir. Muхtаr rеspublikаmızdа da bаzаr iqtisаdiyyаtının tələblərinə uyğun sаhibkаrlıq mühiti fоrmаlаşdırılır, sаhibkаrlıq fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsi məqsədilə dövlət mаliyyə dəstəyi göstərilir. Bunun nəticəsidir ki, özəl sеktоrun Ümumi Dахili Məhsuldаkı pаyı ilbəil artır.

Nахçıvаn şəhərində fəаliyyət göstərən “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də son illər yaradılan sənaye müəssisələrindəndir. Sənaye şəhərciyində inzibati bina, istehsal sexləri, yeməkxana, satış şöbəsi üçün bina, xammal və hazır məhsulun saxlanılması məqsədilə anbar tikilib istifadəyə verilib.

Ardını oxu...

Əsas diqqət nağdsız ödənişlərin həcminin artırılmasına yönəldilib

Muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən həyata keçirilən kreditləşmə prosesi 2014-cü ilin ilk doqquz ayı ərzində artan templə davam etmişdir. Kredit qoyuluşu, əsasən, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilmişdir ki, bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artmasına və yeni iş yerlərinin yaranmasına, rəqabətədavamlı daxili bazarın formalaşmasına stimul olan amillərdir.
1 oktyabr 2014-cü il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 98,1 milyon manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 14,9 milyon manat, uzunmüddətli kredit qoyuluşu 83,2 milyon manat təşkil edir.

Ardını oxu...

Abonentlərin etibarlı elektrik enerjisi ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər bu ilin ilk 9 ayında da uğurla davam etdirilib. Ötən dövr ərzində Babək rayonunda yeni 1260 kilovolt-amper güclü 2 transformatorlu müasir avadanlıqlar, mühafizə və avtomat qurğular qoyulub, 35/10 kilovoltluq “Kərimbəyli” transformator yarım­stansiyası tikilib istismara verilib.
Bu məlumatı qəzetimizə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov verib.

Ardını oxu...

Muxtar respublikanın dağlıq bölgələrindən biri olan Şahbuz rayonunda əkinçiliyin inkişafına yüksək önəm verilir. Çünki hər bir şahbuzlu öz həyat tərzinin yaxşılaşmasında bu sahənin bəhrəsini görür və dövlətimizin yaratdığı şəraitdən istifadə edərək məhsul bolluğu yaradılmasına çalışır. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası istiqamətində bölgədə həyata keçirilən tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilərək bir sıra uğurlu nəticələr əldə olunub. Bölgədə daha çox inkişaf etdirilən əkinçilik sahələrindən biri taxılçılıqdır. Ötən ilin payızında və cari ilin yazında 2014-cü ilin məhsulu üçün torpaq mülkiyyətçiləri 1010,3 hektar sahədə buğda, 320,7 hektar sahədə arpa əkiblər. Taxılçılıqla məşğul olanların müxtəlif dövlət yardımları, kreditlər, məhsuldar toxum sortları, texnika, suvarma suyu ilə təchizatı diqqət mərkəzində saxlanılıb, sahələrə aqrotexniki qaydalar əsasında qulluq edilməsinə şərait yaradılıb. Çəkilən zəhmət isə Şahbuz taxılçılarının xeyli gəlir əldə etmələri ilə nəticələnib. Belə ki, sahələrdən 2898 ton buğda, 709 ton arpa götürülüb. Hektarın orta məhsuldarlığı müvafiq olaraq 29,7 və 22,1 sentner təşkil edib.

Ardını oxu...

Muxtar respublikanın rayonlarının quruculuq xəritəsi ildən-ilə genişlənir. Qədim diyarımızın ən böyük bölgələrindən biri olan Babək rayonunda da geniş quruculuq işləri aparılır. “Muxtariyyət ili”ndə quruculuq tədbirləri rayonun kənd yaşayış məntəqələrini də əhatə edib. Belə kəndlərdən biri də Qoşadizə kəndidir.

Hazırda kənddə kompleks quruculuq və abadlıq tədbirləri həyata keçirilir. Belə ki, əvvəllər mövcud olmuş ikimərtəbəli məktəb binası yenidən qurulur, kənd və xidmət mərkəzləri üçün yeni binalar inşa olunur. İnşaat işləri “Naxçıvan Əcəmi Tikinti-Quraşdırma” Açıq Səhmdar Cəmiyyətinin inşaatçılarına həvalə edilib. İş icraçısı Müşfiq Abbasovun verdiyi məlumata görə, əvvəllər 2 mərtəbəli olan məktəb binasına 1 mərtəbə də əlavə olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası qədimliyi və müasirliyi ilə yanaşı, həm də gözəl təbiəti və bərəkətli torpaqları ilə seçilir. Elə bu səbəbdəndir ki, bu diyarın dadlı meyvələri, tamlı tərəvəzləri dillər əzbəridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” adıçəkilən kənd təsərrüfatı məhsulları istehsalının həcminin artırılmasına, mövcud potensialdan istifadə imkanlarından tam yararlanmaq üçün stimul olmuşdur. Mühüm elmi-nəzəri, sosial-iqtisadi əhəmiyyət kəsb edən dövlət proqramında muxtar respublikada yüksək istehsal səviyyəli bağların yaradılması və ixtisaslaşdırılması, yerli şəraitə uyğunlaşdırılmış məhsuldar meyvə-tərəvəz növlərinin çeşidlərinin bərpa edilməsi, yeni texnologiyalara əsaslanan meyvə-tərəvəz emalı müəssisələrinin formalaşdırılması və yaradılması əsas vəzifə kimi müəyyənləşdirilmişdir. Təbii ki, proqramın qəbulundan ötən müddət ərzində muxtar respublikanın bütün bölgələrində dövlət proqramından irəli gələn vəzifələrin icrası istiqamətində mühüm işlər görülmüş və bu işlər bu gün də davam etdirilir. Həyata keçirilən tədbirlərdə Culfa rayonunun da öz payı var.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın qarşıya qoyduğu vəzifələr uğurla icra olunur. Proqramda şəhər infrastrukturunun tamamilə yeniləşdirilməsi nəzərdə tutulmuşdur. Belə ki, sənəddə yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, su, kanalizasiya, qaz, elektrik enerjisi, istilik təchizatının yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və idman infrastrukturunun inkişafı, yeni sosial obyektlərin və yaşayış binalarının tikintisi, sahibkarlığın dəstəklənməsi, sənaye, kənd təsərrüfatı, turizm, ekologiya, əhalinin sosial müdafiəsi və digər istiqamətlər üzrə konkret vəzifələr müəyyənləşdirilmişdir. Ötən dövrdə qeyd olunan istiqamətlər üzrə bir sıra tədbirlər həyata keçirilmişdir.
Proqramda nəzərdə tutulan quruculuq tədbirlərinin əsasını yeni inzibati və yaşayış binalarının tikintisi, eləcə də mövcud olanların yenidən qurulması təşkil edir. Bu ilin fevral ayından başlayaraq şəhərin Əliabad qəsəbəsində geniş abadlıq-quruculuq tədbirləri görülmüşdür. Qəsəbənin məhəllə və yolları yenidən qurulmuş, Əcəmi Naxçıvani küçəsindəki 7 ictimai yaşayış binasının dam örtüyü, fasadı, qapı və pəncərələri dəyişdirilmişdir.

Ardını oxu...

Beynəlxalq Standartlaşdırma Təşkilatının yarandığı gün – ok­tyabrın 14-ü hər il Azərbaycanda da “Beynəlxalq Standartlaşdırma Günü” kimi qeyd edilir.
Standartlaşdırma, bilavasitə, ictimai istehsalın səmərəliliyini və istehsal olunan məhsulun keyfiyyətini nizamlayır. Beynəlxalq Standartlaşdırma Təşkilatının əsas məqsədi dünyada yaşayan insanların və ətraf mühitin təhlükəsizliyini qorumaqla yanaşı, beynəlxalq ticarətin inkişafı üçün dünya ölkələrini bir-birinə yaxınlaşdırmaq və onların iqtisadi gücünü artırmaqdan ibarətdir. Bu da istehsalatda bütün norma və qaydalara uyğun olan keyfiyyətli məhsul istehsal etmək və onun rəqabət qabiliyyətini yüksəltmək üçün standartlardan istifadənin mühüm şərt olduğunu göstərir. Müasir dövrdə standartlaşdırma çoxşaxəli inkişafın tənzimlənməsi üçün istər ölkə daxili, istərsə də beynəlxalq aləmdə əsas meyar kimi qəbul olunur.

Ardını oxu...

Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinin kreditlərlə, müxtəlif yardımlarla, keyfiyyətli toxum sortları ilə təchiz olunmaları bu sahədə nailiyyətlər əldə edilməsinə imkan verib. Ötən ilin payızında və cari ilin yazında torpaq mülkiyyətçiləri tərəfindən 2014-cü ilin məhsulu üçün 29697,7 hektarı payızlıq, 6052 hektarı isə yazlıq olmaqla, 35749,7 hektar sahədə taxıl əkilmişdi. Taxıl zəmilərinin 26274,1 hektarı buğda, 9475,6 hektarı isə arpa üçün ayrılmışdı. Əvvəlcədən həyata keçirilən tədbirlər taxıl tədarükünü optimal müddətdə başa çatdırmağa və məhsulu itkisiz toplamağa imkan verib, ümumilikdə, muxtar respublikada 103 min 70 ton məhsul tədarük edilib.
Bundan ruhlanan taxılçılar 2015-ci ilin bol məhsulunun əsasını qoymaq üçün sahələrə çıxıblar. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, oktyabrın 10-na qədər 6241 hektar sahədə şum aparılıb. Şum qaldırılmasında ilk yerdə Kəngərli rayonudur. Bu bölgədə 1549 hektar sahə əkinə hazır vəziyyətə gətirilib. Babəkli torpaq mülkiyyətçiləri 1483 hektar sahədə şum qaldırılmasına nail olublar. Şərurlular 1225 hektarda şum qaldırıblar. Culfa rayonunda bu rəqəm 827 hektar təşkil edir. Sədərəkdə 412, Şahbuz rayonunda 321, Naxçıvan şəhərində 224 və Ordubad rayonunda 200 hektar sahə şumlanıb.

Ardını oxu...

2014-cü il oktyabr ayının 1-nə muxtar respublika iqtisadiyyatına kredit qoyuluşları 98 milyon 92 min manat təşkil edib.
2014-cü ilin yanvar-sentyabr aylarında verilmiş kreditlərin həcmi isə 41 milyon 636 min manat olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 440 min manat (20,3%) artıb. Bu müddət ərzində verilmiş kreditlərin 31,7 faizi və ya 13 milyon 211 min manatı kənd təsərrüfatının inkişafı üçün yönəldilib. Sosial və şəxsi xidmətlərin göstərilməsi məqsədilə istehlaka yönəldilən kreditlərin həcmi isə 14 milyon 25 min manat (33,7%) olub. İnşaat və əmlak sahəsinin payına kreditlərin 6 milyon 520 min manatı (15,7%), biznesin inkişafına isə 3 milyon 629 min manatı (8,7%) düşüb. Sənaye və istehsal sahəsinə 2 milyon 258 min manat, iqtisadiyyatın digər sahələrinə isə 1 milyon 993 min manat kredit verilib.
2014-cü ilin yanvar-sentyabr aylarında verilmiş kreditlərin 15 milyon 542 min manatı (37,3%) qısamüddətli, 26 milyon 94 min manatı (62,7%) isə uzunmüddətli kreditlər olub.
Kreditlərin ötən illə müqayisədə artımı ilə bərabər, verilmiş kreditlərin ölkə üzrə ən aşağı faiz dərəcəsi də Naxçıvan Muxtar Respublikasında müşahidə edilib. Azərbaycan Respublikası Mərkəzi Bankının 1 sen­tyabr 2014-cü il tarixə açıqladığı hesabata əsasən, kreditlərin orta faiz dərəcəsi Abşeron iqtisadi rayonu üzrə 18,7 faiz, Lənkəran iqtisadi rayonu üzrə 23,7 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 21,5 faiz, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 23,6 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 20,5 faiz olduğu halda, Naxçıvan Muxtar Respublikasında kreditlər üzrə orta faiz dərəcəsi 13 faiz olub.

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar
Respublikası İdarəsinin mətbuat xidməti

Azərbaycan 1993-cü ildə Ümum­dünya Poçt İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Həmin tarixdən etibarən hər il oktyabrın 9-u ölkəmizdə də “Ümumdünya Poçt Günü” kimi qeyd olunur.
Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafında əsaslı dönüş ötən əsrin 70-ci illərində başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyevin ölkə­yə rəhbərliyinin ilk illərindən başlayaraq ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, rabitə sahəsində də əsaslı dəyişikliklər baş vermiş, o dövrün tələblərinə uyğun poçt və rabitə sistemi yaradılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra isə poçt sistemi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu öndərin rəhbərliyi ilə 1997-ci ilin mart ayında poçt rabitəsinin “Dirçəliş və inkişaf proqramı” qəbul olunmuş, həmin ilin dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edilmişdir.

Ardını oxu...

Ölkə iqtisadiyyatında getdikcə daha çox diqqət cəlb etməyə başlayan məsələlərdən biri də sənaye sferasında atılan addımlar və burada regionların potensialından daha geniş şəkildə istifadə olunmasıdır. Müasir dövrdə iqtisadiyyatın sənaye sektorunun inkişafında sənaye parklarının yaradılması böyük əhəmiyyət kəsb edir. Belə layihələr müxtəlif sənaye istiqamətlərinin paralel, eyni zamanda tarazlı inkişafını təmin edir, habelə istehsal sahələrinin və onların innovasiya istiqamətlərinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına şərait yaradır. 

Xarici ölkələrin təcrübəsi göstərir ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatında ixracın, idxalı əvəz edən məhsulların istehsalının, məhsulların rəqabət qabiliyyətinin artırılması, məşğulluğun təmin edilməsi, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Buna görə də müxtəlif sənaye sahələrini inkişaf etdirmək istəyən, ölkə iqtisadiyyatının tarazlı inkişafında maraqlı olan dövlətlər iqtisadi siyasətlərində sənaye parklarının yaradılmasına üstünlük verirlər.

Ardını oxu...

Daxili bazarı yüksəkkeyfiyyətli yerli məhsullarla təmin edən müəssisələrdən biri də Nахçıvаn şəhərində fəaliyyət göstərən “Hilаl” Ət-Süd Məhsullаrı Emаlı Müəssisəsidir.
Sahibkar Fikrət Əliyаrоv bizimlə söhbətində qeyd etdi ki, 2000-ci ildə binа icаrəyə götürülüb fəaliyyətə başlanılmış, müəssisənin keyfiyyətli ət-süd məhsulları ilə təmin olunması üçün yardımçı təsərrüfat yaradılmışdır. Lakin uyğunlаşdırılmış binаdа fəаliyyət göstərən müəssisədə yеni istеhsаl sаhələrinin yаrаdılmаsı və əlаvə işçi qüvvəsinin cəlb еdilməsi imkаnı məhdud оlduğundаn yеni binаnın tikilməsi zərurəti yаrаndı. Digər sаhibkаrlаr kimi, bu müəssisə də dövlət qаyğısındаn bəhrələnmiş, 2009-cu ilin mаrt аyındа müəssisə üçün tоrpаq sаhəsi аyrılmışdır. Layihəyə uyğun olaraq, istеhsаl sahəsi, hаzır məhsullаrın hisə vеrilməsi üçün sоbаlаr, хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün sоyuducu аnbаr, lаbоrаtоriyа, iаşə хidməti göstərilməsi üçün yеməkхаnа və digər yаrdımçı оtаqlаrdаn ibаrət yeni binа inşa olunmuş, 2010-cu ilin mart ayında istifadəyə verilmişdir.

Ardını oxu...

“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan, heyvandarlıq və quşçuluğun inkişafında mühüm rol oynayan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişafında mühüm əhəmiyyət kəsb edir.
Qarışıq qüvvəli yem istehsalı sahəsində Almaniya və Türkiyədən alınan, istehsal gücü saatda 3 ton olan müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 10 ton olan 4 ədəd bunker quraşdırılıb. Burada müxtəlif çeşiddə ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quş yemləri istehsalına başlanılıb. Lakin müəssisədə istehsal edilən qarışıq qüvvəli yem muxtar respublikamızda bu məhsula olan illik tələbatın 40 faizini ödəyirdi. Həmin məhsula olan tələbatın 100 faiz yerli istehsal hesabına ödənilməsi və yeni bir müəssisənin yaradılması üçün dövlət maliyyə dəstəyi ilə qısa zaman ərzində yeni müəssisə inşa olunub.

Ardını oxu...

İqtisadi inkişafın mühüm göstəricilərindən biri olan sabit iqtisadi artıma nail olunması ölkədə və regionda mövcud bütün istehsal və əmək resurslarının səmərəli iqtisadi dövriyyəyə cəlb olunması və çoxşaxəliliyin təmin edilməsi ilə bağlıdır.
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyası və özəl sektora arxalanan stabil iqtisadi artım tempi əldə edilmişdir. Bu sabitliyin ən böyük bəhrəsi isə, şübhəsiz, yalnız rəqəmlərlə ifadə olunan kəmiyyət göstəriciləri deyil, əhalinin gündən-günə yaxşılaşan həyat şəraiti, adambaşına düşən gəlir, artan istehlak xərcləri və xarici ticarət dövriyyəsi, rabitə xərclərinin çoxalması, aktiv bank hesablarının, müxtəlif növ sığorta müqavilələrinin sayının artması və turizm səyahətlərindəki fəallıq kimi sahələrdə açıq görünür.

Ardını oxu...

Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikasında əkinəyararlı torpaqlardan istifadə vəziyyəti müzakirə edilmişdir. Müşavirədən ötən müddət ərzində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər, görülməkdə olan işlər barədə bəzi aidiyyəti qurumlarla əlaqə saxladıq, təcrübəli təsərrüfatçıların fikirlərini öyrəndik.

İntizar Həziyev – Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri:
– İlk olaraq məlumat üçün bildirim ki, muxtar respublika üzrə şoranlaşmaqda olan əkin sahələri 1698 hektar, qrunt sularının üzə çıxması nəticəsində çəmənləşən əkin sahələri 5635 hektar, şoranlaşan örüş sahələri isə 2434 hektardır. Şoranlaşmaqda olan əkin sahəsinin 806 hektarı Sədərək, 187 hektarı Şərur, 124 hektarı Kəngərli, 66 hektarı Culfa, 94 hektarı Babək rayonlarının, 421 hektarı isə Naxçıvan şəhərinin ərazisindədir. Çəmənləşən əkin sahəsinin 112 hektarı Sədərək, 3073 hektarı Şərur, 1117 hektarı Kəngərli, 572 hektarı Culfa, 34 hektarı Ordubad, 690 hektarı Babək rayonlarının, 37 hektarı isə Naxçıvan şəhərinin payına düşür. 2434 hektar şoranlaşmış örüş sahəsinin 2301 hektarı Sədərək, 133 hektarı isə Şərur rayonunun ərazisindədir. Bu isə, təbii ki, kənd təsərrüfatına yararlı torpaq sahələrinin azalmasına gətirib çıxarmışdır.

Ardını oxu...

“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının müxtəlif istehsal sahələrində istehsal edilən, “Badamlı”, “Bərəkət”, “Mirvari” və “Qızıl damla” əmtəə nişanları ilə satışa çıxarılan kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları, “Badamlı” təbii mineral süfrə suyu, meyvə nektarları, halva, un, müxtəlif çeşiddə çörək, makaron, ət və süd, eləcə də şirniyyat kimi sənaye məhsulları keyfiyyət göstəriciləri ilə seçilir, alıcılar tərəfindən rəğbətlə qarşılanır. Bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli məhsul istehsal etmək işin bir vacib sahəsidirsə, istehsal edilən məhsulların tələb olunan şəraitdə saxlanılması və ayrı-ayrı ticarət obyektlərinə vaxtında və keyfiyyətlə çatdırılması, istehlakçılara təqdim olunması isə işin bir-birini tamamlayan digər mühüm əhəmiyyətli sahəsidir. Bu mühüm əhəmiyyətli sahə diqqət mərkəzində saxlanılmış, 2010-cu ilin mart ayında Gəmiqaya “Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlamışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, cari ilin ötən dövründə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində, Xətai məhəlləsində, kənd yaşayış məntəqələrində böyük həcmdə quruculuq tədbirlərinə start verilib. Şəhərin Qaraçuq kəndində də Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları tərəfindən bir neçə obyektin tikintisi aparılır. 

Kənddəki mövcud məktəb binasının müasir tələblərə cavab vermədiyi nəzərə alınaraq müasirtipli layihə əsasında yeni məktəb binası inşa olunur. İdarənin iş icraçısı Qadir Babayevdən aldığımız məlumata görə, məktəbin yeni binasının layihəsində yaşayış məntəqəsinin gələcək perspektivi nəzərə alınıb. Yeni bina 630 şagird yerlikdir. Müəllim və şagirdlərin ixtiyarına 38 sinif otağı, 4 elektron lövhəli sinif və 4 kompüter sinfi, hərbi kabinə, kitabxana, fizika, kimya, biologiya laboratoriyaları, idman zalı veriləcək. Tikintiyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb edilib. Bu isə inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verib. Artıq obyektdə tikinti işlərinin böyük bir qismi başa çatdırılıb, dam örtüyü vurulub, elektrik, rabitə, su, istilik xətləri çəkilib, suvaq işləri aparılır, mərtəbələrarası pilləkənlərə və dəhlizlərə üzlük döşənir. Fasad hissəyə milli naxışlarla bəzədilmiş və cilalanmış travertin üzlüklər vurulacaq. Həyətdə abadlıq işləri görüləcək.

Ardını oxu...

Son illər muxtar respublikamızda 17 hüquqi və fiziki şəxsə məxsus ümumi tutumu 12 min 150 ton olan 19 soyuducu anbar istifadəyə verilmişdir. Bu da istehlakdan artıq olan meyvə-tərəvəz məhsullarının saxlanılmasına əlverişli şərait yaratmışdır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, meyvə-tərəvəz məhsullarının tədarük olunub saxlanılması cari ildə də diqqət mərkəzində saxlanılmış, 1 iyul 2014-cü il tarixdən 25 sentyabr 2014-cü il tarixədək soyuducu anbarlara 338,15 ton kartof, 254,18 ton soğan, 4,32 ton sarımsaq, 1,40 ton alma olmaqla, ümumilikdə, 598,5 ton məhsul tədarük olunmuşdur.
İstehlakdan artıq istehsal olunan meyvə-tərəvəz məhsullarının soyuducu anbarlara tədarükü davam etdirilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamla təsdiq etdiyi “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq kompleks tədbirlər həyata keçirilmiş, ekoloji cəhətdən saf və təmiz meyvə-tərəvəz məhsulları ilə tanınan regionumuzda bu sahənin inkişafına geniş imkanlar açılmış, sahibkarların bu sahəyə marağı daha da artmışdır. Tərəvəz məhsullarının istehsalı və bağçılıq təsərrüfatının inkişafı üçün ayrı-ayrı rayonlarda sahibkarlara güzəştli kreditlər verilmişdir. Həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, məhsuldarlıq artmış, sahələrdə bol məhsul yetişdirilmişdir.

Xəbərlər şöbəsi

Sentyabrın 25-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının konfransı keçirilib. Konfransı giriş sözü ilə Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Namiq Novruzov açıb.
Konfransın gündəliyinə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası sədrinin hesabatı, konfederasiyanın idarə heyətinin yeni tərkibinin, idarə heyəti sədrinin və nəzarət-təftiş komissiyasının seçilməsi məsələləri daxil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış edərək bildirib ki, bazar iqtisadiyyatının əsas atributlarından olan, azad rəqabət şəraitində sürətlə inkişaf edən sahibkarlıq təkcə cəmiyyətin yox, həmçinin ayrıca götürülmüş birliyin və ya fərdin inkişafında özünəməxsus mühüm rol oynayır. Eyni zamanda sahibkarlıq iqtisadi tərəqqinin daha sürətli xarakter almasına böyük töhfələr verən, bəzi hallarda isə bu tərəqqinin əsasına çevrilən bir fəaliyyət sahəsidir. Ölkə­mizin, o cümlədən muxtar respublikamızın iqtisadi inkişafını xarakterizə edən ən mühüm cəhətlərdən biri güclü sahibkarlıq sinfinin formalaşmasıdır. Belə ki, əgər 1995-ci ildə Ümumi Daxili Məhsul istehsalında özəl bölmə 15 faizlik xüsusi çəkiyə malik idisə, bu göstərici artaraq cari ildə 87 faizi ötüb. Bu fakt sahibkarlıq fəaliyyətinin iqtisadi tərəqqidəki əhəmiyyətini təsdiq etməklə, onun daim diqqət və qayğı ilə əhatə olunduğunu da sübut edir.

Ardını oxu...

Ötən ilin payızında və cari ilin yazında torpaq mülkiyyətçiləri tərəfindən 2014-cü ilin məhsulu üçün 29697,7 hektarı payızlıq, 6052 hektarı isə yazlıq olmaqla, 35749,7 hektar sahədə taxıl əkilmişdi. Sahələrdə bol məhsul yetişdirilib. Əvvəlcədən həyata keçirilən tədbirlər taxıl tədarükünü optimal müddətdə başa çatdırmağa və məhsulu itkisiz toplamağa imkan verib, ümumilikdə, muxtar respublikada 103 min 70 ton məhsul tədarük edilib. Bunun 77 min 288 tonu buğda, 25 min 782 tonu arpadır. Məhsuldarlıq 28,8 sentnerdir.
Taxılçılar 2015-ci ilin məhsulu üçün hazırlıq tədbirlərinə başlayıblar. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, keyfiyyətli şum aparılması məqsədilə sahələrə çıxarılacaq texnikalar təmir olunub. Sentyabrın 25-dək 4315 hektar sahədə şum aparılıb. Şum qaldırılmasında ilk yerdə Kəngərli rayonudur. Bu bölgədə 1091 hektar sahə əkinə hazır vəziyyətə gətirilib. Babəkin torpaq mülkiyyətçiləri 1060 hektar sahədə şum qaldırılmasına nail olublar. Şərurlular 909 hektarda şum qaldırıblar. Culfa rayonunda bu rəqəm 531 hektar təşkil edir. Dağlıq zonada yerləşən Şahbuz rayonunda 226, sərhəd bölgəsi Sədərəkdə 250, Naxçıvan şəhərində 125, Ordubad rayonunda 123 hektar sahə şumlanıb.
Məlumat üçün onu da bildirək ki, Sədərək rayonunda taxıl əkininə də start verilib. Belə ki, bölgədə 70 hektar sahədə buğda əkilib, əkilmiş sahənin 35 hektarı suvarılıb.

Xəbərlər şöbəsi

Yol tikintisi və təmiri sahəsində Şərur rayonunda göstəricilər ildən-ilə yüksəlir. Artıq əksər yaşayış məntəqələrində daxili və kəndarası yollara asfalt örtük salınmışdır ki, bu da nəqliyyat vasitələrinin, eyni zamanda onlardan istifadə edən sərnişinlərin rahat gediş-gəlişinin təmin olunması deməkdir.
Şərur Rayon Yol Təmir-Tikinti İdarəsi cari ilin səkkiz ayında da uğurlu nəticələr əldə etmişdir. Bu müddətdə idarənin gücü ilə 1 milyon 367 min 942 manatlıq cari və əsaslı təmir işləri görülmüş, o cümlədən 4 kilometrlik Şərur şəhəri-Kürkənd yolu yenidən qurulmuş, avtomobillərin Şərur Rayonlararası Müayinə Mərkəzinin həyəti və ətrafdakı dayanacaq üçün nəzərdə tutulmuş geniş ərazi asfaltlanmış, rayon mərkəzindəki yollarda cari təmir işləri aparılmışdır.
Hazırda Püsyan kəndindən Naxçıvan-Sədərək avtomagistralınadək olan 3 kilometrlik, həmçinin 6 kilometrlik Xanlıqlar-Püsyan, 11 kilometrlik Dizə-Axura avtomobil yolları, Diyadin kəndindəki 1,8 kilometrlik kəndarası yol, geniş şəkildə quruculuq işləri aparılan digər kənd­lərdəki yollar da əsaslı şəkildə yenidən qurulur.

 Cəfər ƏLİYEV

İqtisadi inkişafın əsas göstəricisi kimi 1 milyard 417 milyon 984 min 300 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 1 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 0,3 faiz artaraq 3244,8 manata (4137,2 ABŞ dollarına) çatmışdır.

*     *     *

Muxtar respublikada yaradılan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 637 milyon 389 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələmişdir.

*     *     *

İnfrastruktur quruculuğu çərçivəsində əsas kapitala 620 milyon 18 min manat həcmində investisiya yönəldilmişdir ki, bunun da 540 milyon 482 min manatı və ya 87,2 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

Ardını oxu...

Təcrübə göstərir ki, iqtisadi inkişaf məsələləri həmişə dayanıqlı sabitliyə və etibarlı xammal-enerji təminatına çox həssasdır. Ona görə də enerjidən asılılığın həm qlobal, həm də regional miqyasda aktual olduğu bir dövrdə həyata keçirilən enerji strategiyaları, daha etibarlı, daha ucuz, ekoloji təmiz və bərpaolunan enerji mənbələrinin tapılıb üzə çıxarılması və onlardan səmərəli istifadə, ümumən, enerji təhlükəsizliyi məsələləri kimi hər kəsi düşündürür. 

Ölkəmizdə enerji təh­­lükəsiz­liyinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hələ sovetlər dövründə, keçən­ əsrin 70-80-ci illərində Azərbaycanda uzunmüddətli yana­caq-enerji potensialının yaradılması istiqamətində görülmüş işlər di­gər ittifaq respublikalarından xeyli dərəcədə üstün səviyyədə idi. O dövrdə ulu öndərin böyük nüfuzu və səyləri sayəsində Azərbaycanın neft-qaz sektorunda dövrün ən yeni texnoloji avadanlıqları tətbiq olunur, ölkəmiz ittifaqın bu sahə üzrə kadr hazırlığı mərkəzinə çevrilir, su və istilik elektrik stansiyalarının sayı get-gedə artırılırdı. Bütün bunlar ulu öndərin müstəqil olacağına inandığı Azərbaycanın, digər sahələrdə olduğu kimi, enerji təminatı sahəsində də tam müstəqil, kimsədən asılı olmadan inkişaf edib yaşaya bilməsi üçün həyata keçirilirdi.
İqtisadi inkişaf sürətləndikcə və əhalinin sayı artdıqca sərf olunan enerjinin miqdarı da artmaqdadır. Bu da, öz növbəsində, enerji təhlükəsizliyi məsələsini daim gündəmdə saxlayır. Bu məsələ əksər dünya ölkələrində ərzaq təhlükəsizliyi ilə eyni dərəcədə əhəmiyyət kəsb edir. Buna görə də ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi sahəsində son illər görülən işlər iqtisadi təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasının daxili enerji resursları ilə özünü tam təmin etməsi və hətta ixrac qabiliyyəti səviyyəsinə gəlib çatması bunu sübut edir.

Ardını oxu...

Muxtar respublikada ildən-ilə miqyası artan quruculuq tədbirləri, nəticə etibarilə, regionun simasını əsaslı surətdə dəyişməkdə, şəhər, qəsəbə və kənd yaşayış məntəqələri müasirliyə qovuşmaqdadır. Abad yollar, müasir memarlıq üslubunda inşa olunmuş inzibati binalar böyük bir tarixi özündə yaşadan Naxçıvana xüsusi gözəllik bəxş edib. Sədərək rayonuna da quruculuq tədbirlərindən xeyli pay düşüb. Burada son illər aparılan genişmiqyaslı tikinti işləri müxtəlif sahələri əhatə edir.
Yaşayış məntəqələrində inşa olunan kənd və xidmət mərkəzləri, təhsil və səhiyyə ocaqları kənd əhalisinin yaşayışına, həyat tərzinə də müsbət təsir göstərir. Həmçinin rayon mərkəzi Heydərabad qəsəbəsində onlarla yeni inzibati bina, müxtəliftəyinatlı sosial obyektlər tikilərək istifadəyə verilib. Bu gün rayonda idarə, müəssisə və təşkilatların əksəriyyəti yeni binalarda fəaliyyət göstərir.

Ardını oxu...

Təkcə bu ilin avqust ayında nağdsız əməliyyatların həcmi bir milyon manatdan çox olub

Nağdsız ödəniş pul və pul vəsaitlərinin nağd olmadan banklar və səlahiyyəti olan digər maliyyə mənbələri vasitəsilə həyata keçirilən pul dövriyyəsinin forması olub, ən etibarlı hesablaşma şəklidir. Təbii ki, bunun üçün etibarlı əməliyyat sistemi, geniş texniki imkanlar və subyektlər arasında inam olmalıdır. İlk iki məsələni yalnız maddi imkanlar hesabına, özü də qısa müddətdə reallaşdırmaq mümkündürsə, üçüncü məsələ maarifləndirmə və təbliğat tələb edir.

Nağdsız ödəniş sistemlərinin dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatlarındakı çəkisinə diqqət edərkən bu sistemin iqtisadi inkişaf üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini görmüş olarıq. Bunu statistik rəqəmlər də göstərir.
Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında maliyyə-iqtisadi siyasətin reallaşdırılması məqsədini daşıyır. Bu sahədə beynəlxalq təcrübədən, inkişaf etmiş ölkələrdə tətbiq olunan stimullaşdırıcı tədbirlərdən yararlanmaqla, habelə əhalinin maarifləndirilməsi və məlumatlandırılması yolu ilə nağdsız ödəniş sisteminin genişləndirilməsinə nail olmaq mümkündür. Dünya təcrübəsində təyin olunmuş limitdən artıq nağd hesablaşmalar həyata keçirən hüquqi şəxslərə cərimələr tətbiq olunur. Fransada bir əqd üzrə nağd aparılmış əməliyyat həcmi 1300 ABŞ dolları həcmini aşdıqda, artıq məbləğin 5 faizi həcmində cərimə tətbiq edilir. Müvafiq olaraq, bu göstəricilər Rusiyada 3400 ABŞ dollarını aşdıqda 50 faiz, Bolqarıstanda 3300 ABŞ dollarını aşdıqda fiziki şəxslərə 25 faiz, hüquqi şəxslərə 50 faiz həcmində müəyyən olunur.

Ardını oxu...

Muxtar respublikanın bütün ehtiyatlarından səmərəli istifadə olunmaqla daxili bazarın tənzimlənməsində, tələbatın yerli istehsal hesabına ödənilməsində və idxaldan asılılığın azaldılmasında, xaricə valyuta axınının qarşısının alınmasında, əhali tələbatının daha dolğun ödənilməsində yerli istehsalın əvəzsiz rolunu nəzərə alaraq muxtar respublikada kompleks tədbirlər həyata keçirilmiş, yeni istehsal və xidmət sahələri yaradılmışdır. Belə istehsal sahələrindən biri də 2008-ci ilin dekabr ayından Culfa rayonunda fəaliyyət göstərən “Karbon Qazı Zavodu” Açıq Səhmdar Cəmiyyətidir. 

Özəl bölməyə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnmiş, 2007-ci ilin mart ayında Sahibkarlığa Kömək Fondundan 680 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. İkimərtəbəli inzibati və istehsal binalarından ibarət olan müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Qaz mənbəyindən zavodadək 2650 metr boru xəttində təmir işləri görülmüşdür. Müəssisədə Rusiya və Ukraynadan alınmış müasir texnoloji avadanlıqlar quraşdırılmışdır ki, bu, görülən işin daha keyfiyyətli, sürətli və yüksək səviyyədə aparılmasına imkan yaratmışdır. İstehsal və köməkçi sahələrin tikintisinə, həyətyanı sahənin abadlaşdırılmasına 775 min 500 manat, avadanlıqların alınmasına isə 320 min manat, ümumilikdə, 1 milyon 95 min 500 manat vəsait sərf olunmuşdur.

Ardını oxu...

Şərur rayonunun Diyadin kəndi bu gün əsl tikinti meydançasını xatırladır. Belə ki, muxtar respublikanın son illərdə nail olduğu sosial-iqtisadi inkişafın bəhrələrindən bu yaşayış məntəqəsinə də pay düşüb. Hazırda Diyadində kompleks quruculuq tədbirləri həyata keçirilir.
Bunlardan biri Diyadin məktəblilərinin təhsilinin yüksək səviyyədə qurulması məqsədilə kənddə inşa olunan yeni məktəb binasıdır. 88 şagird yerlik bina 3 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində kimya, fizika laboratoriyaları, hərbi kabinə, idman zalı yerləşəcək. İkinci mərtəbədə kitabxana, psixoloq otağı, 5 sinif otağı olacaq. Üçüncü mərtəbədə 7 sinif otağı, elektron lövhəli sinif, müəllimlər, kompüter və şahmat otaqları müəllim və şagirdlərin istifadəsinə veriləcək. Artıq binada son tamamlama işləri görülür, məktəbə yeni avadanlıqlar gətirilir.
Şərurda mahiyyət və məzmunca yeni olan kənd mərkəzlərinin də sayı getdikcə artmaqdadır. “Muxtariyyət ili”ndə Diyadində də kənd mərkəzi üçün yeni binanın inşasına başlanması bu qurucu­luq tədbirlərinin davamlı olmasının göstəricisidir. İki mərtəbədən ibarət binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, kitabxana, iclas zalı, feldşer-mama məntəqəsi, rabitə evi, ATS, polis məntəqəsi üçün otaqlar nəzərdə tutulub.
Digər bir binadan isə diyadinlilər xidmət mərkəzi kimi istifadə edəcəklər. Burada sənaye və ərzaq malları mağazaları, ət satışı dükanı, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərəcək.
Diyadinlilərə böyük dövlət qayğısının təzahürü olan bu obyektlərdə inşaat işləri sürətlə davam etdirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin inşaatçıları yerli inşaat materiallarından istifadəyə üstünlük verirlər. Qeyd edək ki, yeni obyektlərdə son tamamlama işləri görülür, onların yerləşdikləri ərazilərdə abadlıq işləri aparılır, gülkarlıqlar və yaşıllıq zolaqları salınır.

 Cəfər ƏLİYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pro­qramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilərək bir sıra uğurlu nəticələr qazanılıb. Əldə edilən nailiyyətlərdə əkin sahələrinin suvarılmasını təmin etmək üçün meliorasiya tədbirlərinin diqqətdə saxlanılması, məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı başlıca rol oynayıb.

Ardını oxu...

“Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə yaradılmışdır. Özəl bölməyə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnmiş, Sahibkarlığa Kömək Fondundan 1 milyon 80 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. İllik istehsal gücü 300 min dekalitr olan zavodda Amerika Birləşmiş Ştatları, İtaliya, Çexiya və Macarıstandan alınmış avadanlıqlar quraşdırılmış, müəssisə 2008-ci ilin oktyabr ayında istifadəyə verilmişdir. Eyni zamanda 2008-ci ilin mart ayında Sahibkarlığa Kömək Fondundan əlavə 50 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir ki, bu vəsaitlə müəssisədə yeni istehsal sahəsi – istehsal gücü gündə 1000 kiloqram olan balığın duzlanması və qurudulması sexi tikilmişdir.

İstehsal edilən pivənin vaxtında yerlərə çatdırılması və keyfiyyətlə saxlanılması üçün müəssisəyə “Hundai” markalı soyuducu kamerası olan avtomobil alınmışdır. Bundan başqa, xammalın saxlanılması üçün 288 kvadratmetrlik anbar inşa edilmiş, 50 min manat dəyərində Çexiya istehsalı olan pasterizator avadanlığı alınıb quraşdırılmışdır. Bu da istehsal edilən pivəni 6 ayadək saxlama imkanına malikdir.

Ardını oxu...

Muxtar respublikamızda mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsinə, su təminatının yüksəldilməsinə böyük əhəmiyyət verilir. Suya olan tələbatı ödəmədən xalq təsərrüfatı sahələrinin inkişafını və istehsalın iqtisadi səmərəliliyini təmin etmək mümkün deyildir. Naxçıvan Muxtar Respublikası Dövlət  Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivinə bu vəzifələri yerinə yetirmək üçün hərtərəfli şərait yaradılıb. Bu şəraitdən səmərəli istifadə etməyə səy göstərən su təsərrüfatı işçiləri 2014-cü ilin ilk 8 ayını uğurlu göstəricilərlə başa vurublar. 

Komitədən aldığımız məlumata görə, bəhs olunan dövrdə muxtar respublikanın torpaq mülkiyyətçilərinin suvarma suyuna olan tələbatının ödənilməsi diqqətdə saxlanılıb. Onlara 148,2 milyon kubmetr suvarma suyu verilib, bunun müqabilində təkrar suvarma da nəzərə alınmaqla, 121745 hektar əkin sahəsi suvarılıb. Hazırda su anbarlarında 76 milyon kubmetr su ehtiyatı vardır.

Ardını oxu...

“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” əhalinin təhlükəsiz və keyfiyyətli ərzaqla təmin olunmasında, daxili tələbatın yerli istehsal hesabına ödənilməsində, idxaldan asılılığın azaldılmasında və sahibkarlıq mühitinin yaxşılaşdırılmasında mühüm rola malikdir. Ötən dövr ərzində bu sahədə qazanılan uğurlar belə deməyə əsas verir. 2014-cü ilin ilk 8 ayı ərzində dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Ordubad rayonunda da xeyli iş görülüb, uğurlu nəticələrə nail olunub.
Ordubad Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, bölgənin torpaq mülkiyyətçiləri ötən ilin payızında və cari ilin yazında 2014-cü ilin məhsulu üçün əkilmiş 2147,9 hektar taxıl sahəsindən 5772 ton məhsul tədarük ediblər. Bunun 1307,7 hektarı buğda, 840,2 hektarı arpa olub. Məhsuldarlıq 26,9 sentner təşkil edib. Hazır­da 2015-ci ilin məhsulu üçün sahələrdə şum qaldırılır.

Ardını oxu...

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, banklar tərəfindən təklif edilən xidmətlərin keyfiyyətinin ilbəil artması xidmət olunan müştərilərin sayının artmasına gətirib çıxarmışdır.
Belə ki, 2014-cü ilin 1 sentyabr tarixinə 2229 hüquqi, 31220 fiziki şəxs olmaqla, 33449 müştəriyə xidmət göstərilmişdir. O cümlədən bunlardan 5717 nəfəri fərdi sahibkar­lıq fəaliyyəti ilə məşğul olanlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xidmət olunan bank hesablarında 10385 ədəd artım olmuşdur. Xidmət olunan hesabların 30500-ü aktiv hesab olmuşdur ki, onların 1310-u hüquqi, 29190-ı isə fiziki şəxslərdir.

Xəbərlər şöbəsi

Şərur rayonunun sosial-iqtisadi həyatında, insanların rifah halının yaxşılaşdırılmasında müstəsna əhəmiyyətə malik obyektlərdən biri ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz yadigarlarından olan Arpaçay dəryaçasıdır. Su anbarının təməli ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə sovetlər dönəmində qoyulub.

Qısa müddətdə Gümüşlü kəndinə maşın-mexanizmlər gətirildi, burada nəqliyyat vasitələri, vaqon-evlər görünməyə başladı. Aylar bir-birini əvəz etdikcə bənd ucaldı, işlər artdıqca işçilər də çoxaldı. Obyektdə görülən işlərin gedişi və problemlərlə yerindəcə tanış olmaq məqsədilə iki dəfə bura gələn ulu öndərimizin təşəbbüsü ilə təzə qəsəbə salındı. Dəryaçanın tikintisində çalışan fəhlə və mütəxəssislər yeni yaşayış massivində məskunlaşdılar. Müasir texnika, zəhmətsevər əllər, insan nəfəsi Şərurun simasını tədricən dəyişdi. O zaman çoxlarına xəyal kimi görünən nəhəng Arpaçay dəryaçasının tikintisi o vaxtkı müttəfiq respublika rəhbərlərinin sırasında öz işgüzarlığı və siyasi uzaqgörənliyi ilə seçilən Heydər Əliyevin dəstəyi ilə reallaşmağa başladı. Nəhayət, 1977-ci ildə 150 milyon kubmetr tutumu olan Arpaçay Su Anbarı istifadəyə verildi.

Ardını oxu...

“Son illərdə muxtar respublika vətəndaşlarının öz gəlirlərinin bir hissəsini banklarda əmanət şəklində saxlamaları artıq bank sektorunun əhalidə inam yaratdığının bariz nümunəsidir. Banklar tərəfindən əhalidən cəlb edilmiş əmanətlərin həcmi ümumi kredit qoyuluşunun 6 faizini təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 sentyabr 2014-cü il tarixə əmanətlərin 1 milyon 322 min manat artaraq 5 milyon 996 min manat olması əsas verir deyək ki, əhali artıq banklara etibar edir. Xarici valyuta ilə cəlb olunan əmanətlərin həcmi isə 1 milyon 470 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 439 min manat artım deməkdir”. Bu məlumat redaksiyamıza Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən daxil olub. İdarədən onu da bildiriblər ki, muxtar respublikada fəaliyyət göstərən banklar illik 4 faizdən 20 faizədək əmanətləri qəbul edir. Əmanətlərin sığortalanması fondunun fəaliyyət göstərməsi və muxtar respublikada fəaliyyət göstərən bütün bankların bu fondun üzvü olması əhalinin banklara olan inamının artırılmasında kifayət qədər həlledici məqamdır.
Artıq banklarda yerləşdirilən və ümumi məbləği 30 min manatdan yuxarı olmayan, illik faizi 9 faizdən artıq olmayan bütün əmanətlər sığortalanır. Bu o deməkdir ki, vətəndaşın bankda yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan, illik faizi 9 faizdən artıq deyilsə, bankın müflis olduğu halda belə, vətəndaşın əmanəti qaytarılacaq. Çünki həmin bankdakı əmanətlər sözügedən meyarlar daxilində əmanətlərin sığortalanması fondu tərəfindən sığortalanıb. Bu baxımdan fond vətəndaşların banklara olan inamının artırılması üçün kifayət qədər həlledici və böyük təsirə malikdir.

Xəbərlər şöbəsi

 “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, bu gün muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Görülən işlərdən Babək rayonuna da xeyli pay düşüb. Belə ki, rayon mərkəzi olan Babək qəsəbəsində aparılan quruculuq işlərinin bir qismini də qəsəbədaxili yolların yenidən qurulması təşkil edir.

Burada həyata keçirilən quruculuq tədbirləri yolların daha da abadlaşmasını zəruri edib. Hazırda Naxçıvan-Culfa magistral yolundan Babək qəsəbəsi istiqamətində uzanan avtomobil yolu yenidən qurulur. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin inşaatçıları tərəfindən qəsəbəyə daxil olan və Heydər Əliyev prospekti ilə birləşən avtomobil yolunun genişləndirilməsi davam etdirilir. Həmin ərazidə 20 metrədək genişləndirilən yolun hər iki tərəfində piyadaların gediş-gəlişini təmin etmək üçün eni iki metr olan piyada səkiləri salınır, vətəndaşlara məxsus həyət evlərinin yol kənarı boyu divarları yenidən tikilir, darvaza qapıları yenilənir, tikilən mühafizə divarlarında suvaq və üzləmə işləri aparılır. Eyni zamanda rayonun Qoşadizə kəndi ərazisindən keçən hissəsində yol yatağı genişləndirilir, torpaqbərkitmə işləri aparılır.

Ardını oxu...

 Azərbaycan tarixən əkinçilik mədəniyyətinə sahib olmuş, taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, tərəvəzçiliyin və heyvandarlığın əsas mərkəzlərindən biri hesab edilmişdir. Ölkəmizdə mövcud olan əlverişli torpaq, iqlim, hava və su ehtiyatları burada kənd təsərrüfatını müxtəlif istiqamətlərdə inkişaf etdirməyə imkan verir. Qədim İpək Yolu üzərində yerləşən Azərbaycanda yetişdirilən  məhsullar ixrac olunaraq süfrələri bəzəmiş, ona şöhrət qazandırmışdır. Yaxın keçmişdə torpağımızın bar-bərəkəti təkcə azərbaycanlıların deyil, eyni zamanda digər ölkələrin, min kilometrlərlə uzaqdakı insanların da ehtiyaclarını ödəmiş, dar gündə gərəyi olmuşdur. 

Hazırda kənd təsərrüfatının dayanıqlı inkişafı müasir Azərbaycan Respublikası iqtisadiyyatı üçün ən mühüm məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Bu isə, öz növbəsində, qısa zaman ərzində neftdən asılılığı aradan qaldırmaq və iqtisadi inkisafın regionlara daha çox yayılmasını təmin etmək deməkdir. İndi ölkə iqtisadiyyatında kənd təsərrüfatı informasiya-kommunikasiya texnologiyaları və turizm ilə bərabər, neft sektorundan sonra ən iri sahələrdən biri hesab olunur. Kənd təsərrüfatının çoxşaxəliliyinin təmin olunması, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı ilə bərabər, onların emal edilməsi, son istehlakçıya çatdırılması kimi məsələlər müasir aqrar sektorun inkişafının əsas istiqamətlərindən biridir. Sərbəst bazar prinsiplərinə keçidlə əlaqədar islahatların aparılması, onların genişləndirilməsi, yeni təsərrüfat formaları yaradılması da bu baxımdan günün vacib məsələlərindəndir.

Ardını oxu...

Muxtar respublika sakinlərinin içməli su təchizatını yaxşılaşdırmaq, istismara yararsız olan kanalizasiya xətlərini yeniləşdirmək məqsədilə Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Su təchizatı və kanalizasiya investisiya Proqramı” çərçivəsində işlər sürətlə davam etdirilir.
Proqramda nəzərdə tutulan tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün yaradılan şərait ötən müddət ərzində bir sıra quruculuq işlərinin başa çatdırılmasını təmin edib. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığımız məlumata görə, Naxçıvan şəhərində “Su təchizatı və kanalizasiya investisiya Proqramı – Layihə 2” layihəsi çərçivəsində 10,2 kilometr şəhərdaxili kanalizasiya şəbəkəsi, 4,1 kilometr şəhərdaxili su şəbəkəsi çəkilib və 1211 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb. Çirkab sutəmizləyici qurğunun tikintisi həyata keçirilir.

Ardını oxu...

Son illər Naxçıvan Muxtar Respublikasında yaradılan əlverişli biznes mühitindən bəhrələnərək daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli məhsullar istehsal edən emal və sənaye müəssisələri həyata vəsiqə alır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyindən qəzetimizə verilən məlumata görə, cari ilin ötən 8 ayında da bu istiqamətdə işlər uğurla davam etdirilib, Sahibkarlığa Kömək Fondunun və sahibkarların şəxsi vəsaiti hesabına müxtəliftəyinatlı istehsal və xidmət sahələri yaradılıb. Belə ki, köynək, uşaq bezi, laminad örtüklü iş masası lövhəsi, melamin lövhə və PVC örtüklü parlaq lövhə, ətin konservləşdirilməsi, meyvə-tərəvəzqurutma, fərdi quşçuluq, tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana kompleksi, limon məhsullarının yetişdirilməsi üçün istixana, bərk pendir, kompot, unlu-qənnadı məmulatların, qazlı-şirəli içkilərin istehsalı, həmçinin xidmət sahələri olmaqla, ümumilikdə, 28 sahə üzrə işlər başa çatdırılıb.
Məlumatda o da qeyd edilib ki, silikon yorğan, döşək və yataq bazası, müxtəlif ölçüdə və formada qızıl, gümüş zinət əşyaları, medal və döş nişanları, plastik qapı-pəncərə, kompot, südün emalı və xama, bərk pendir, ət qovurması, tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana kompleksi, müxtəlif növ güllərin yetişdirilməsi üçün istixana kompleksi, qarışıq yem, fərdi quşçuluq və maldarlıq kompleksi, həmçinin müxtəlif növ xidmət sahələri olmaqla, 31 sahə üzrə işlər davam etdirilir.

Xəbərlər şöbəsi

Muxtar respublika əhalisinin taxıl məhsullarına olan tələbatını ödəmək üçün həyata keçirilən məqsədyönlü tədbirlər bir neçə ildir ki, bəhrələrini verməkdədir. Taxıl istehsalçılarının müxtəlif yardımlarla, keyfiyyətli toxum sortları ilə təchiz olunmaları, onların güzəştli kreditlərdən səmərəli istifadəsinə şərait yaradılması taxılçılığın inkişafına stimul olan başlıca səbəblərdir. Ötən ilin payızında və cari ilin yazında torpaq mülkiyyətçiləri tərəfindən 2014-cü ilin məhsulu üçün 29697,7 hektarı payızlıq, 6052 hektarı isə yazlıq olmaqla, 35749,7 hektar sahədə taxıl əkilmişdi. Taxıl zəmilərinin 26274,1 hektarında buğda, 9475,6 hektarında isə arpa əkilib. Sahələrdə bol məhsul yetişdirilib. Əvvəlcədən həyata keçirilən tədbirlər taxıl tədarükünü optimal müddətdə başa çatdırmağa və məhsulu itkisiz toplamağa imkan verib, ümumilikdə, muxtar respublikada 103 min 70 ton məhsul tədarük edilib. Bunun 77 min 288 tonu buğda, 25 min 782 tonu arpadır. Məhsuldarlıq 28,8 sentnerdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı bütün sahələri əhatə edir. Həyata keçirilən tikinti-quruculuq tədbirləri isə bu inkişafın əsas hərəkətverici qüvvəsidir. Bu sahədə atılan uğurlu addımlar sakinlərin yaşayış səviyyələrinin yüksəldilməsi ilə yanaşı, Naxçıvan şəhərinin simasını da ildən-ilə gözəlləşdirir. Xüsusilə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin nəticəsidir ki, son illər şəhərimizdə yeni yaşayış kompleksləri yaradılıb, çoxsaylı yaşayış binaları əsaslı təmir və yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilib. Yeni tikilən yaşayış binalarının sırasına bir bina da qoşulub. Belə ki, Heydər Əliyev prospektində daha bir yaşayış binasının tikintisinə başlanılıb. 

Ardını oxu...

Müasir bazar iqtisadiyyatı şəraitində muxtar respublikada bankların verdiyi kreditlər nəticəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisidir. Banklarımız tərəfindən muxtar respublika sakinlərinin əlverişli maliyyə resursları ilə təmin edilməsi müxtəlif istehsal və xidmət sahələrinin yaradılmasına, onların inkişafına, bu sahələrdə fəaliyyətin genişləndirilməsinə, əhali tələbatlarının yerli istehsal hesabına ödənilməsinə istiqamətlənmiş prioritet məsələdir.
Muxtar respublikada fəaliyyət göstərən banklar və bank olmayan digər kredit təşkilatları tərəfindən iqtisadiyyatın ayrı-ayrı sahələrinə verilən kreditlər həmin sahələrdə məhsulların istehsalının artmasına, istehsal olunmuş məhsulların ixracına, məşğulluğun artırılmasına, ümumilikdə, muxtar respublika iqtisadiyyatının bütün sahələrinin inkişafına birbaşa və dolayı yolla təsir edir.

Ardını oxu...

Muxtariyyət illərində Naxçıvan Muxtar Respublikasının sənayesi Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutmuş, XX əsrin ortalarından başlayaraq daha intensiv inkişaf yoluna qədəm qoymuş, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra yeni vüsət almışdır. 1970-85-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün Naxçıvan Muxtar Respublikasına 900 milyon manat sərmayə qoyularaq Alt Trikotaj Fabriki, yeni Mineral Sudoldurma Zavodu, Şüşə Qablar Zavodu, Taxıl Məhsulları Kombinatı, Naxçıvan İri Evtikmə Kombinatı və Dəmir-Beton Məmulatları Zavodu, Şahtaxtı Daş Karxanası, bütövlükdə, 22 sənaye müəssisəsi, qonşu İran İslam Respublikası ilə birgə Araz çayı üzərində su anbarı və elektrik stansiyası tikilib istifadəyə verilmişdir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR