22 Dekabr 2024, Bazar

“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” əhalinin təhlükəsiz və keyfiyyətli ərzaqla təmin olunmasında, daxili tələbatın yerli istehsal hesabına ödənilməsində, idxaldan asılılığın azaldılmasında və sahibkarlıq mühitinin yaxşılaşdırılmasında mühüm rola malikdir. Ötən dövr ərzində bu sahədə qazanılan uğurlar belə deməyə əsas verir. 2014-cü ilin ilk 8 ayı ərzində dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Ordubad rayonunda da xeyli iş görülüb, uğurlu nəticələrə nail olunub.
Ordubad Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, bölgənin torpaq mülkiyyətçiləri ötən ilin payızında və cari ilin yazında 2014-cü ilin məhsulu üçün əkilmiş 2147,9 hektar taxıl sahəsindən 5772 ton məhsul tədarük ediblər. Bunun 1307,7 hektarı buğda, 840,2 hektarı arpa olub. Məhsuldarlıq 26,9 sentner təşkil edib. Hazır­da 2015-ci ilin məhsulu üçün sahələrdə şum qaldırılır.

Dənli-paxlalı bitkilərin əkinində də yüksək nəticəyə nail olunub. Belə ki, 282 hektar sahədən 908 ton məhsul toplanılıb.
Ordubadlılar kartofçuluqda zəngin təcrübəyə malikdirlər. Rayonun məhsuldar torpaq sahələri burada yüksəkkeyfiyyətli kartof istehsalına imkan verir. Yaradılan şərait, dövlət tərəfindən verilən kredit və əldə edilmiş məhsuldar toxum sortları torpaq mülkiyyətçilərinin ilbəil qazandıqları uğurların artmasında başlıca səbəblərdir. Cari ildə onlar 573 hektar sahədə kartof əkiblər. Bu günədək 562 hektar sahənin məhsulu tədarük edilib. Torpaq mülkiyyətçiləri 8256 ton məhsula sahib olublar.
Rayonun iqtisadiyyatında əsas yerlərdən birini tərəvəzçilik təşkil edir. Torpaq mülkiyyətçiləri cari ildə 672 hektar sahəni tərəvəz üçün ayırıblar. Bu günədək 637 hektar sahədən 4032 ton məhsul tədarük edilib.
41 hektar sahədə bostan məhsulları yetişdirən torpaq mülkiyyətçilərinin də zəhməti hədər getməyib: 277 ton məhsul yığılıb.
Əsasən meyvəçilik diyarı kimi tanınan rayonda bu il 580 ton meyvə, 25 ton üzüm tədarük edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR