22 Dekabr 2024, Bazar

Muxtar respublika sakinlərinin içməli su təchizatını yaxşılaşdırmaq, istismara yararsız olan kanalizasiya xətlərini yeniləşdirmək məqsədilə Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Su təchizatı və kanalizasiya investisiya Proqramı” çərçivəsində işlər sürətlə davam etdirilir.
Proqramda nəzərdə tutulan tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün yaradılan şərait ötən müddət ərzində bir sıra quruculuq işlərinin başa çatdırılmasını təmin edib. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən aldığımız məlumata görə, Naxçıvan şəhərində “Su təchizatı və kanalizasiya investisiya Proqramı – Layihə 2” layihəsi çərçivəsində 10,2 kilometr şəhərdaxili kanalizasiya şəbəkəsi, 4,1 kilometr şəhərdaxili su şəbəkəsi çəkilib və 1211 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb. Çirkab sutəmizləyici qurğunun tikintisi həyata keçirilir.

Rayon mərkəzlərində və yaxın kənd yaşayış məntəqələrində də layihə çərçivəsində xeyli iş görülüb. Şərur rayonundakı Arpaçay Su Anbarında 72 metr uzunluğunda yeni qalareya tikilib, 62 metr uzunluğunda mövcud qalareya təmir olunub. Qalareyadan su anbarına qədər 1,48 kilometr magistral xətt, su anbarından Şərur şəhərinə qədər aparıcı boru xəttindən 1,71 kilometr, həmçinin su şəbəkəsindən müxtəlif diametrli borularla 11,99 kilometr su xətti çəkilib və 247 ədəd ev birləşməsi aparılıb.
Babək rayonunda da yeni quruculuq tədbiri sürətlə davam etdirilir. Buradakı su anbarından Babək qəsəbəsinə qədər aparıcı boru xəttindən 2,06 kilometr xətt, müxtəlif diametrli borularla daxili kanalizasiya şəbəkəsinin 14,76 kilometr və daxili su şəbəkəsinin 16,61 kilometr xətti çəkilib və 1212 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.
Şahbuz rayonunda isə bu günədək müxtəlif diametrli borularla daxili kanalizasiya şəbəkəsinin 1,05 kilometr və daxili su şəbəkəsinin 11,78 kilometr xətti çəkilib, 354 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.
Culfa rayonunda da ahəngdar iş rejimi təmin edilib. Müxtəlif diametrli borularla daxili kanalizasiya şəbəkəsinin 2,14 kilometr və daxili su şəbəkəsinin 4,9 kilometr xətti çəkilib.
Su inşaatçıları Ordubad rayonunda layihənin vaxtında başa çatdırılması üçün öhdələrinə düşən vəzifələri yerinə yetirməyə çalışırlar. Bu səbəbdəndir ki, rayonda müxtəlif diametrli borularla daxili kanalizasiya şəbəkəsinin 15,39 kilometr və daxili su şəbəkəsinin 18,72 kilometr xətti çəkilib, 498 ədəd ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.
Kəngərli rayonunda da bu iş mütəşəkkilliklə aparılır. Bu günədək müxtəlif diametrli borularla 4,79 kilometr daxili su şəbəkəsinin, 0,86 kilometr kanalizasiya şəbəkəsinin tikintisi başa çatıb.
Sədərək rayonunda su anbarından Heydərabad qəsəbəsinə qədər aparıcı boru xəttindən 1,79 kilometr xətt çəkilib, müxtəlif diametrli borularla 45,01 kilometr daxili su şəbəkəsinin, 31,43 kilometr kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb.
Bütün rayonların su hovuzlarında işlər davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR