22 Dekabr 2024, Bazar

Ölkəmizdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin maddi rifahının daha da yaxşılaşdırılması məqsədilə sənaye məhsulları istehsalı sektoruna xüsusi önəm verilir. Muхtаr rеspublikаmızdа da bаzаr iqtisаdiyyаtının tələblərinə uyğun sаhibkаrlıq mühiti fоrmаlаşdırılır, sаhibkаrlıq fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsi məqsədilə dövlət mаliyyə dəstəyi göstərilir. Bunun nəticəsidir ki, özəl sеktоrun Ümumi Dахili Məhsuldаkı pаyı ilbəil artır.

Nахçıvаn şəhərində fəаliyyət göstərən “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də son illər yaradılan sənaye müəssisələrindəndir. Sənaye şəhərciyində inzibati bina, istehsal sexləri, yeməkxana, satış şöbəsi üçün bina, xammal və hazır məhsulun saxlanılması məqsədilə anbar tikilib istifadəyə verilib.

Müəssisədə keyfiyyətli müxtəlif meyvə şirələri, meyvə quruları, şərab, halva istehsal olunur. Müəssisənin illik istehsal gücü 120 dekalitr meyvə şirələri və şərab, 180 ton şirniyyat məhsullarıdır. Burada İtaliya və Almaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Naxçıvanda yetişdirilən meyvələrdən tam gigiyenik qaydada yüksəkkeyfiyyətli müxtəlif həcm və çeşidlərdə alma, ərik, şaftalı, gilənar, üzüm və qarışıq tərkibli nektarlar istehsal edilir. Həmin məhsullar “Badamlı” əmtəə nişanı ilə satışa çıxarılır.
Diyarımızın ən qədim əkinçilik sahələrindən biri olan üzümçülüyün inkişaf perspektivləri nəzərə alınaraq qurulan şərab emalı sahəsində istehsal prosesi tam avtomatlaşdırılıb. Müəssisədə istehsal olunan 4 çeşiddə kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları “Mirvari” və “Qızıl damla” adları ilə satışa çıxarılır. Müəssisə həmçinin 3 çeşiddə müxtəlif çəki və formalarda küncüdlü halva istehsalı ilə də məşğuldur. Əsasən, sadə, kakaolu və qarışıq növdə istehsal olunan halva yüksək keyfiyyətə malikdir. Çərəzqovurma və paketləmə sahəsində də texnoloji proseslərə ciddi əməl olunur, günəbaxan, qabaq, noxud, püstə və qarışıq çeşidli çərəzlər təmizlənib qovurularaq 90 və 200 qramlıq paketlərdə qablaşdırılır.
2011-ci ilin iyul ayından yeni meyvə nektarlarının karton taralara qablaşdırılması layihəsinin həyata keçirilməsinə başlanılıb. Bunun üçün yeni bina inşa olunub və burada İsveçin “Tetra Pak” firmasının istehsal gücü saatda 7 ton 1 litrlik və 1600 litr 200 millilitrlik taralar olan müasir texnoloji avadanlıqları quraşdırılıb. 2012-ci ilin mart ayından isə istehsala başlanılıb. Nəfis tərtibatla bəzədilmiş karton taraların üzərində Azərbaycan, ingilis və rus dillərində məhsulun istehsal və son istifadə tarixi, tərkibi, istifadə qaydası, saxlanma şəraiti, standart göstəriciləri və mənşəyi haqqında məlumatlar göstərilir.
Daxili bazarın tələbatına uyğun yeni çeşidlərdə yerli ərzaq məhsullarının istehsalı da diqqət yetirilən sahələrdən olub, 2013-cü ildən tahin (küncüd yağı) və bəkməz istehsalına başlanılıb. Onu da qeyd edək ki, yerli xammaldan hazırlanan məhsullar yüksəkkeyfiyyətli qida məhsulu olmaqla yanaşı, həm də müalicəvi əhəmiyyətə malikdir. Hazırda həmin məhsullar sınaq məqsədilə istehsal olunur. Gələcəkdə müəssisənin istehsal gücünün artırılması və məhsulların xarici bazara çıxarılması nəzərdə tutulur.
Müəssisədə istеhsаl оlunаn məhsullаrın хаmmаlı, əsаsən, yеrli sahibkarlardan аlınır ki, bu da аqrаr sеktоrun inkişаfınа, eləcə də torpaq mülkiyyətçilərinin alıcı problemi ilə üzləşməmələrinə öz müsbət təsirini göstərir. Qeyd edək ki, istеhsаl оlunаn məhsullаr ölkəmizin digər rеgiоnlаrındа da satışa çıxarılır, xаrici ölkələrə ixrac olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, müəssisədə möhkəm baza yaradılıb, bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və ərzaq təhlükəsizliyi tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO 22000-2005 və İSO 9001-2008 sertifikatlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb. Məlumat üçün qeyd edək ki, ötən ildən “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal edilən meyvə nektarları Gürcüstan bazarına çıxarılır.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR