Muxtar respublikamızın füsunkar guşələrindən biri olan Şahbuz rayonunda cari ildə də geniş quruculuq işləri həyata keçirilir. Quruculuq tədbirlərindən biri Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin binasıdır. Məktəbin yeni binasının layihəsində gələcək perspektiv nəzərə alınıb. Yeni bina 216 şagird yerlik olmaqla zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Müəllim və şagirdlərin ixtiyarına 12 sinif otağı, hərbi kabinə, kitabxana, laboratoriyalar, idman zalı, açıq idman qurğuları veriləcək. Onlar həm də kompüter və elektron lövhəli siniflərdən istifadə edəcəklər. Tikintiyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb edildiyindən inşaat işləri sürətlə aparılıb.
“Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları gördükləri işin keyfiyyətinə ciddi diqqət yetiriblər. Artıq obyektdə son tamamlama işləri görülür. Məktəbin ərazisində abadlıq işləri həyata keçirilir, gülkarlıqlar salınır.
Xəbərlər şöbəsi