22 Dekabr 2024, Bazar

“Muxtariyyət ili”ndə Şahbuz rayonunda tikinti-quruculuq tədbirlərinin həcmi artıb, coğrafiyası genişlənib. Hazırda rayonun bir neçə yaşayış məntəqəsində müxtəliftəyinatlı obyektlər inşa olunur. Belə tədbirlərdən ucqar dağ və sərhəd yaşayış məntəqəsi Gömür kəndinə də pay düşüb.
Quruculuq obyektlərindən biri kənd məktəbinin binasının əsaslı təmiridir. Məktəb binası 144 şagird yerlikdir. Təmir işlərinə başlanan vaxtdan inşaatçılara hərtərəfli şərait yaradılıb. Buraya kifayət qədər texnika və işçi qüvvəsi cəlb edilib. Bu isə inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verib. Burada çalışan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin bir qrup inşaatçısı öhdəsinə götürdüyü quruculuq tədbirini vaxtında başa çatdırmaq üçün səyini əsirgəməyib.
Digər bir obyekt kənddə fəaliyyət göstərən qurumların birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzidir. Adıçəkilən idarənin inşaatçıları qısa müddət ərzində 2 mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada tikinti işlərini yekunlaşdırıblar. Mərkəzdə icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, kitabxana, polis sahə və baytarlıq məntəqələri fəaliyyət göstərəcək. Həmçinin mərkəzdə rabitə evi və poçt bölməsi də yerləşəcəkdir.
Kənd sakinləri kənddə inşa olunan xidmət mərkəzini onlara göstərilən növbəti dövlət qayğısı kimi dəyərləndirirlər. Burada müxtəlif xidmət sahələri fəaliyyət göstərəcək.
Hazırda hər 3 obyekt təhvilə hazır­lanır, yeni quruculuq ünvanlarının yerləşdiyi ərazilərdə abadlıq işləri görülür.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR