Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, banklar tərəfindən təklif edilən xidmətlərin keyfiyyətinin ilbəil artması xidmət olunan müştərilərin sayının artmasına gətirib çıxarmışdır.
Belə ki, 2014-cü ilin 1 sentyabr tarixinə 2229 hüquqi, 31220 fiziki şəxs olmaqla, 33449 müştəriyə xidmət göstərilmişdir. O cümlədən bunlardan 5717 nəfəri fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xidmət olunan bank hesablarında 10385 ədəd artım olmuşdur. Xidmət olunan hesabların 30500-ü aktiv hesab olmuşdur ki, onların 1310-u hüquqi, 29190-ı isə fiziki şəxslərdir.
Xəbərlər şöbəsi