22 Dekabr 2024, Bazar

Ölkədə nağd pul dövriyyəsinin miqyasının böyük olması iqtisadiyyatı iri həcmdə investisiya-kredit resurslarından məhrum edir, bank sisteminin maliyyə vasitəçiliyini məhdudlaşdırır. Eyni zamanda nağd pul dövriyyəsinin üstünlük təşkil etməsi bir sıra struktur problemlərin, o cümlədən maliyyə intizamının pozulması, şəffaflığın aşağı olması, qeyri-mütəşəkkil pərakəndə ticarətin üstünlük təşkil etməsi və digər bu kimi problemlərin yaranmasına səbəb olur.

Qeyd etmək lazımdır ki, kartlardan istifadə səviyyəsinin artımı ilə istehlak, iqtisadi artım arasında elastiklik əlaqəsi güclüdür. Və beynəlxalq təcrübəyə əsaslanaraq demək olar ki, kartlardan istifadə səviyyəsinin 1 faiz artması istehlakın 0,056 faiz, iqtisadi artımın isə 0,035 faiz artımı ilə nəticələnir.

Ardını oxu...

“Naxçıvan” Universiteti üçün 7 binadan və yardımçı tikililərdən ibarət möhtəşəm universitet şəhərciyi salınıb. Arxitektura baxımından mükəmməl tikilmiş tədris korpusları yüksək zövqlə dizayn edilib. Yeni universitet şəhərciyi tələbələrin daha müasir şəraitdə təhsil almalarına geniş imkanlar açacaq.
Hazırda ali təhsil ocağında 2000-2500 tələbənin təhsil ala biləcəyi tədris bazası yaradılıb. Həmçinin üçmərtəbəli sosial mərkəz binasında son tamamlama işləri aparılır. 314 nəfərlik yataqxana binası isə istifadəyə hazırdır.
Müasir universitet şəhərciyinə sahib olan ali təhsil ocağının beynəlxalq əlaqələrinin daha da inkişafı üçün də geniş zəmin yaradılıb. Belə ki, Türkiyənin Muş “Alparslan”, Kastamonu, Uşak, Nevşehir, Yaxın Doğu, Fırat, Bitlis Eren, Ordu, Kırıkkale universitetləri ilə tələbə-müəllim mübadiləsinə dair protokollar imzalanıb. Bundan başqa, Rumıniyanın “Spiru hayet”, Çexiyanın “Palacky” və Latviyanın Beynəlxalq Baltik Akademiyası ilə əməkdaşlığa dair memorandum imzalanıb. Beləliklə, “Naxçıvan” Universitetinin əməkdaşlıq etdiyi xarici ölkələrdəki ali təhsil müəssisələrinin sayı 18-ə çatıb. Naxçıvana gələn xarici ölkələrin akademik heyətləri də ali təhsil ocağının maddi-texniki bazasının, kadr potensialının kifayət qədər yüksək səviyyədə formalaşdırıldığını vurğulayırlar. 2014-cü ildə universitetə 253 tələbə qəbul olunub. Bunlardan 210-u muxtar respublika məktəblərinin məzunları, 43-ü isə Azərbaycanın digər bölgələrindən olanlardır. Hazırda universitetdə 971 tələbə, 1 magistrant təhsil alır.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında əhaliyə yüksəkkeyfiyyətli məhsullar təklif olunmaqla nümunəvi xidmət etmək imkanlarına malik müasir ticarət mərkəzləri tikilib istifadəyə verilir. Belə müəssisələrdən biri də “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərindəki Əziz Əliyev küçəsində fəaliyyət göstərən “Cahan” Ticarət Kompleksidir.
“Cahan” Ticarət Mərkəzi kimi fəaliyyətə başladığı dövrdən ötən müddət ərzində ticarət mərkəzinə istər alıcı, istərsə də satıcı qismində müraciət edənlərin sayı artıb, kompleksin yenidən qurulması və yeni korpusun inşa olunması zərurəti yaranıb. Digər sahibkarlıq subyektləri kimi, “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyəti də göstərilən dövlət qayğısından bəhrələnib, təqdim olunmuş layihəyə uyğun Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilib. Ötən il kompleksin ərazisində müxtəliftəyinatlı mağazaların və digər xidmət sahələrinin fəaliyyət göstərdiyi ikimərtəbəli yeni korpus tikilib istifadəyə verilib. Burada biznes fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə normal şərait yaradılıb. Ayrı-ayrı mağazalar müasir isitmə, soyutma və havalandırma sistemi ilə təmin edilib, hər bir mağazaya telefon xətti çəkilib. Burada hər bir sahibkara və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşlara internetdən istifadə etmək imkanı da yaradılıb. Həmçinin “Cahan” Ticarət Kompleksinin əsas binasında yenidənqurma işləri aparılıb, mağazalarda satışa çıxarılan müxtəlif çeşiddə malların reklamını və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşların məlumatlandırılmasını təmin etmək məqsədilə ticarət kompleksində ayrı-ayrı yerlərdə monitorlar quraşdırılıb. Layihəyə uyğun olaraq, kompleksin əsas binasının ətrafında yeni mağaza və müasir avadanlıqlarla təmin olunmuş kafeteriyalar istifadəyə verilib. Eyni zamanda ticarət kompleksinin giriş-çıxış avtomobil yollarına asfalt-beton örtük salınıb və burada avtomobil dayanacağı yaradılıb.

Ardını oxu...

Avtomobil istehsalı iqtisadiyyatın ən mühüm göstəricilərindən biridir. Ölkəmizdə sosial-iqtisadi sahənin yüksələn xətt üzrə inkişafı əhalinin yeni avtomobillərə olan tələbatını da artırır. Muxtar respublikada 2010-cu ildən fəaliyyət göstərən Naxçıvan Avtomobil Zavodu da istehsal imkanlarını artırmaqla bu tələbatı ödəməyə çalışır.
İllik istehsal gücü 5 min ədəd avtomobil olan zavodda hazırda 9 modeldə avtomobil (xetçbektipli “NAZ-Lifan-320” və “NAZ-Lifan-330”, sedantipli “NAZ-Lifan-620”, “NAZ-Lifan-630” və “NAZ-Lifan-720”, krossovertipli “NAZ-Lifan X-60”, yük-bortlu “NAZ-Lifan LF-1022”, yük-furqonlu “NAZ-Lifan LF-5028” və mikroavtobus (1+6 nəfər) “NAZ-Lifan LF-6401”) istehsal olunur. Yaxın zamanlarda isə sedantipli “NAZ-Lifan-820” və krossovertipli “NAZ-Lifan X-50” modellərinin istehsalına başlanacaq.

Ardını oxu...

Bu ənənələri qorumaqla aqrar sektorda daha yüksək nəticələr qazanmaq olar

    2015-ci ilin muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan edilməsi səbəbsiz deyil. Onunla bağlıdır ki, region sakinlərinin ərzaq məhsullarına olan tələbatının maksimum yerli istehsal hesabına ödənilməsi təmin edilsin, sənayenin inkişafı üçün güclü xammal bazası sayılan kənd təsərrüfatının elmi əsaslarla inkişafına nail olunsun. Bu məqsədlə də 2015-ci ildə bütün qüvvələrin səfərbərliyə alınması, əməli tədbirlərin daha geniş miqyasda reallaşdırılması nəzərdə tutulub.
    Fevralın 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə aid təşkilatlara  2015-ci ili uğurla başa vurmaq üçün konkret tapşırıqlar verilib. Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “2015-ci il “Kənd təsərrüfatı ili” elan olunmuşdur. Əhalinin ərzaq məhsulları ilə təmin olunması, emal müəssisələrinin xammal təchizatındakı rolu, eləcə də əhalinin əksər hissəsinin kənd­lərdə məskunlaşması və aqrar sektorda çalışması nəzərə alınaraq kənd təsərrüfatının inkişafı hər zaman diqqət mərkəzində saxlanılıb. Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib. Bununla yanaşı, müvafiq qurumlar da kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün məhsul istehsalçılarına yaxından köməklik göstərməli və mütəxəssis məsləhətləri verməlidirlər. Əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə etmək üçün Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları bitkiçilik məhsullarının rayonlar üzrə yerli şəraitə uyğun əkilməsi, növbəli əkin sisteminin tətbiqi və torpaqların münbitliyinin artırılması ilə əlaqədar yerlərdə mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil etməlidirlər”.

Ardını oxu...

Baramaçılıq iqtisadi cəhətdən gəlirli sahədir

    İpəkçilik kənd təsərrüfatının ən qədim sahələrindən biri olub, təbii ipək almaq üçün ipəkqurdunun yetişdirilməsi, ipəyin istehsal prosesi, yem bazası olan tut ağacı plantasiyaları salınması və ona qulluq edilməsindən, barama toxumunun istehsalından, toxumun inkubasiyasından, ipək qurdlarının bəslənməsindən ibarətdir.
    Bu sahənin məqsədi xam ipək əldə etmək üçün ipəksarıyanları yetişdirib onlardan barama almaqdır. Təbii ipək özünün möhkəmliyi, istiyə davamlılığı, elastikliyi və yüksək elektro­izolyasiya xüsusiyyətlərinə görə elektrotexnika və radiotexnikada, foto və kinematoqrafiyada, aviasiya və təbabətdə geniş istifadə olunur. Gigiyenikliyinə, yüngüllüyünə, zərifliyinə və gözəlliyinə görə isə o ən yaxşı toxuculuq materiallarından biridir.
    Bir xammal kimi ipəkqurdu toxum şəklində əvvəl Orta Asiyaya, oradan İrana, sonra da Azərbaycana gətirilmişdir. Tarixi qaynaqlarda və məxəzlərdə göstərilir ki, ölkəmizdə ipəkçilik V-VI əsrlərdə yayılmışdır. Sonrakı dövrlərdə bir təsərrüfat sahəsi kimi tədricən əksər bölgələrimizdə də inkişaf etdirilmişdir. Bəzi ədəbiyyat mənbələrində Zaqafqaziya və eləcə də Azərbaycanda ipəkçiliyin yayılması tarixi VI-VII əsrlər göstərilir. Lakin V.A.Çıraqzadənin (1988) araşdırmalarından məlum olur ki, artıq eramızın III-IV əsrlərində Azərbaycanda ipəkçilik geniş yayılmış təsərrüfat sahələrindən olmuşdur.
    XIV-XV əsrlərdən XIX əsrin əvvəllərinə qədər ipək ticarətinin və ipək xammalının əsas mərkəzi Şamaxı hesab olunmuşdur. Ölkədə ipəkçiliyin inkişafı XIII-XV əsrlərdə də davam edir. Beləliklə də, ipəkçilik əhalinin məşğuliyyət sahəsi olmaqla yanaşı, həm də həyat və güzəranı üçün gəlirli sahəyə çevrilir. Həmin dövrdən etibarən Naxçıvan, Bərdə, Şirvan, Şəki barama və ipək sapı istehsal edən bölgələrə, Şamaxı, Gəncə və Təbriz şəhərləri isə ipək parça toxunan mərkəzlərə çevrilir. XVI əsrin ikinci yarısından etibarən Ordubad və Culfa şəhərləri də böyük ipək ticarəti mərkəzi kimi tanınmışlar.

Ardını oxu...

    Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi “Kənd təsərrüfatı ili”nə öz töhfələrini verməyə çalışır. Bu səbəbdən də komitədə qarşıdan gələn suvarma mövsümünə hazırlıq işləri görülür, hidrotexniki qurğular saz vəziyyətə gətirilir.

    Sahələrin suvarma suyuna olan tələbatının vaxtında ödənilməsi gələcəyin bol məhsulu üçün ən mühüm amillərdəndir. Ona görə də rayon Suvarma Sistemləri idarələri suvarma şəbəkələrinin mövcud vəziyyətinə nəzarəti gücləndirir və yeni xətlərin çəkilişini davam etdirir. Fevral ayında 34,2 kilometr kanal, 42,3 kilometr ara arxları, 5,3 kilometr kollektor lildən təmizlənmiş, 120 metr suvarma və 1,7 kilometr uzunluğunda təzyiqli boru xətləri təmir olunmuş, 1,9 kilometr yeni suvarma xətti çəkilmişdir. Həmçinin Vayxır sol sahil kanalının altında tikilən mexaniki suvarma şəbəkəsində 47,5 kilometr suvarma xətti, 11,5 kilometr drenaj xətti çəkilmişdir. Hazırda ərazidə işlər davam etdirilir.
    Muxtar respublikada aparılan meliorativ tədbirlərlə yanaşı, mövcud su resurslarından istifadə olunaraq əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Komitənin kollektivi bu səpkidə işləri fevral ayında da uğurla yerinə yetirmiş, bu müddət ərzində muxtar respublikada 11,5 kilometr içməli su xətti təmir olunmuş, 2,5 kilometr yeni içməli su xətti çəkilmişdir. Bundan başqa, 450 metr yeni kaptaj tikilmiş, 330 metr kaptaj isə təmir olunmuşdur. Naxçıvan şəhərindəki çirkab sutəmizləyici qurğunun tikintisi də davam etdirilmişdir. Ötən ay yeni kanalizasiya şəbəkəsinin qurulması istiqamətində Naxçıvan şəhərində 290 metr kanalizasiya xətti çəkilmiş, 199 ev birləşməsi aparılmışdır. Bu istiqamətdə işlər rayon mərkəzləri və rayon mərkəzlərinə yaxın kənd­lərdə də həyata keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında yeni infrastruktur obyektlərinin yaradılması istiqamətində işlər davam etdirilir.
Kəngərli rayonunun mərkəzi olan Qıvraq qəsəbəsi də son illərdə burada yaradılmış müasir obyektləri ilə seçilir. Hazırda qəsəbədə 3 yeni quruculuq ünvanında son tamamlama işləri görülür. Belə ki, digər rayon mərkəzlərində olduğu kimi, dövlət idman və gənclər siyasətinin uğurlu davamı olaraq, 2013-cü ilin noyabr ayından burada şahmat məktəbi üçün yeni binanın tikilməsinə başlanılıb və ötən müddət ərzində işlər yekunlaşdırılıb.

Ardını oxu...

Yeniliklər göz oxşayır

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 2014-cü il ölkə­mizin, eləcə də muxtar respublikamızın tarixində çox mühüm iqtisadi nailiyyətlərlə yadda qaldı. Respublikamızda ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu 2014-cü ildə Şərur rayonunda da iqtisadiyyatın bütün sahələrinin inkişafını təmin edərək müsbət sosial-iqtisadi nəticələrin əldə edilməsini şərtləndirib.
Bu gün Şərur gözəldir, səliqə-sahmanlıdır. Naxçıvan-Sədərək magistralından, Düdəngə kəndi istiqamətindən Şərur şəhərinə daxil olarkən ulu öndərin adını daşıyan prospekt başlayır. Prospekt əsaslı şəkildə yenidən qurulub. Yolboyu müasir işıqlandırma sistemi, yeni binalar, müxtəlif obyektlər, səkilər, dekorativ ağaclar yolun hər iki tərəfində diqqəti cəlb edir.
Şəhərin mərkəzinə doğru hərəkət etdikcə hər addımda bir yenilik görürsən. Heydər Parkı Şərur şəhərinin ən gözəl ünvanlarından biridir. Burada gənclərin, şəhər əhalisinin mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Şəhərdəki digər parklar, xiyabanlar, küçələr, yollar da abadlaşdırılıb.

Ardını oxu...

Fevralın 24-də Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncaqda çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov bildirib ki, 2014-cü ildə muxtar respublikada bank sistemində maliyyə sabitliyi təmin edilib, iqtisadi subyektlərin, o cümlədən əhalinin maliyyə resurslarına çıxış imkanları asanlaşıb. 1 yanvar 2015-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 100 mil­yon 667 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 15 mil­yon 499 min manat, uzunmüddətli kredit qoyuluşu isə 85 milyon 168 min manat təşkil edir. Kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 380 min manat artıb. Muxtar respublika əhalisinə 13 milyon 77 min manat məbləğində şəxsi istehlak, daşınmaz əmlak alınması üçün 3 milyon 731 min manat məbləğində ipoteka kreditləri verilib. Bank və kredit təşkilatları tərəfindən 2014-cü il ərzində 54 milyon 457 min manat kredit verilib ki, bunun da 21 milyon 362 min manatı qısamüddətli, 33 milyon 95 min manatı isə uzunmüddətli kreditlərdir. Verilmiş kreditin 17 milyon 956 min manatı kənd təsərrüfatı, 5 milyon 674 min manatı sənaye, 7 milyon 180 min manatı tikinti, 4 milyon 702 min manatı kommersiya, 18 milyon 945 min manatı digər kommunal, sosial-istehlak və ipoteka kreditlərinin verilməsi kimi sahələrə yönəldilib. 2014-cü il ərzində verilmiş kreditlərin 33 faizini və ya 17 milyon 956 min manatını kənd təsərrüfatı kreditləri təşkil edir.

Ardını oxu...

Ötən il Naxçıvan şəhərində tibbi spirtin qablaşdırılması və uşaq bezi istehsalı fabrikinin yaradılmasına başlanılıb. Xammal və hazır məhsulların ağırtonnajlı yük avtomobilləri ilə daşınması üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında müəssisə üçün ayrılmış ərazidə inşaat işləri aparılıb, əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib.
Müəssisədə 2 istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün ayrı-ayrı bölmələr yaradılıb.
Layihəyə uyğun olaraq, tibbi spirtin qablaşdırılması və uşaq bezi istehsalı sahələrində İran İslam və Çin Xalq respublikalarından alınmış, istehsal gücü saatda 1000 ədəd şərti butulka tibbi spirt, dəqiqədə 350 ədəd uşaq bezi olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilən müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal prosesi avtomatlaşdırılıb. Müəssisədə istehsal prosesi konveyer üsulu ilə təşkil olunub, keyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılıb. Həmçinin müəssisədə mərkəzləşdirilmiş nəzarət sistemi qurulub ki, bu da istehsal prosesi zamanı yaranan nasazlıqların vaxtında aradan qaldırılmasına imkan verəcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1992-ci il 24 fevral tarixli Qərarına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi yaradılmışdır. Bu tarix hər il muxtar respublikada gömrükçülər tərəfindən böyük sevinc və iftixar hissi ilə qeyd olunur.

1992-1993-cü illər Naxçıvan Muxtar Respublikasında gömrük orqanlarının və sərhəd-keçid məntəqələrinin yaranma və formalaşma mərhələsi kimi böyük əhəmiyyət daşıyır. Həmin illərdə ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu sayəsində İran ərazisindən keçməklə Azərbaycanın digər bölgələri arasında nəqliyyat əlaqəsi bərpa olunmuş, Sədərək-Dilucu və Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqələrinin yaradılması ilə blokadada olan muxtar respublika böhranlı vəziyyətdən çıxarılmışdır. Bu dövrdən başlayaraq qədim Naxçıvanda tarixən formalaşmış gömrük və ticarət əlaqələrinin milli və müstəqil meyillər əsasında inkişafı təmin olunmuşdur.

Ardını oxu...

Şahbuz rayonunun 2014-cü ildə nail olduğu sosial-iqtisadi inkişafla bağlı hazırlayacağım yazı üçün qeydlərimə baxanda bir anlığa fikrimdən bir sual keçdi: inkişafın təməlində duran amillər hansılardır? Hiss etdim ki, ilk olaraq, bu suallara cavab tapmasam, yazı istədiyim kimi alınmayacaq...
... Gələcəyə nikbin baxış, sabaha məsuliyyət və cavabdehlik hissi, əzmkarlıq və quruculuq iradəsi, düzgün seçilən yol – bu gün Şahbuzun müasir rayona çevrilməsində bunların başlıca amillər olduğu qənaətinə gəlsək, səhv etmərik. Bir qədər geriyə qayıdaq, yaxın tarixi vərəqləyək. Bir vaxtlar ən tipik və ən ucqar əyalət kəndindən seçilməyən bu yurd yeri gözdənuzaq, könüldən­iraq bir ünvan olub. Bunu orta və yaşlı nəsil yaxşı xatırlayır. Muxtar respublikada ilk quruculuq tədbirlərinə start veriləndə bu bölgə digər yaşayış məntəqələri ilə müqayisədə, sözün həqiqi mənasında, miskin bir görkəmdə idi. Rayonun füsunkar mənzərələri, təbiət abidələri də bu görkəmi ört-basdır edə bilmirdi.
Ötən illər ərzində Şahbuz elə bir inkişaf mərhələsinə qovuşub ki, doğrudan da, buna inanmaq çətindir, baxmayaraq ki, bu proses bizim gözlərimiz qarşısında baş verib. Ancaq fakt faktlığında qalır. Necə deyərlər, “Görünən dağa bələdçi lazım deyil”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muxtar respublikada cari ilin yanvar ayında 143 milyon 469 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2014-cü ilin yanvar ayı ilə müqayisədə 2,1 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2014-cü ilin yanvar ayı ilə müqayisədə 1,5 faiz artaraq 326,1 manata (415,7 ABŞ dollarına) çatmışdır.

* * *

Muxtar respublikada yaradılan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 83 milyon 853 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 2,1 faiz üstələmişdir.

Ardını oxu...

İqtisadiyyat inkişaf etdikcə gəlirlər də artır və bununla da, insanların tələbatlarının ödənilməsi üçün əlavə imkanlar yaranır. Xarici bazarlara çıxarılan yerli məhsullar, habelə xaricdən gətirilən mallar – hamısı məhz insanların tələbatının ödənilməsi üçündür. Bu, tarixən də belə olub.
Hələ min il əvvəl Azərbaycandan keçən qədim İpək Yolu vasitəsilə tacirlər Avropadan Çinə, oradan da geriyə müxtəlif məhsullar aparmış, indiki dillə desək, idxal-ixracla məşğul olmuşlar. O dövrdə xaricə aparılan məhsullar arasında nə yox idi? Azərbaycanın ipəyi, xalçası, duzu, meyvəsi, çərəzi, …daha nələr. Xatırlatmaq yerinə düşər ki, hələ iki yüz il bundan əvvəl Naftalan nefti Yaponiyadan Amerikaya qədər bir çox ölkəyə daşınanda bu, Azərbaycanın ilk ixrac nefti olub. Xülasə, insana lazım olan minbir nemət dünyanın harasında olsa, onu gətirmək mümkündür. Qlobal iqtisadiyyatın tamhüquqlu üzvü kimi ölkəmiz dünya ölkələri ilə sərbəst ticarət, iqtisadi-mədəni əlaqələr qurur, öz məhsullarını dünya bazarına çıxarır, əhalisinin tələbatlarının ödənilməsi üçün lazım olanı idxal edir.

Ardını oxu...

Ulu diyarımız Naxçıvan əlverişli torpaq-iqlim şəraitinə malikdir. Burada kənd təsərrüfatının çoxşaxəli inkişafı üçün hər cür imkan vardır.
Muxtar respublikada kənd təsərrüfatının inkişafı ilə bağlı əldə olunan müvəffəqiyyətlər istər ərzaq təhlükəsizliyinin təmin olunmasında, istərsə də emal müəssisələrinin xammalla təchizatında mühüm rol oynayır. Bu cəhətdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pro­qramı” mühüm əhəmiyyət kəsb edir.
Dövlət proqramı kənd təsərrüfatı məhsulları istehsalının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaqla təmin edilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına, sahibkar­lığın inkişafına stimul verib. Bunun nəticəsidir ki, ötən il muxtar respublikada 355 milyon 157 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib.
Regionumuzda əkinçilik aparıcı sahələrdən biridir. Torpaq mülkiyyətçiləri bu sahədə zəngin təcrübəyə malikdirlər. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş torpaq mülkiyyətçiləri onlara göstərilən dəstəkdən bəhrələnərək 35 min 750 hektar sahədə taxıl əkib, zəmilərdən 103 min 70 ton məhsul toplayıblar.

Ardını oxu...

Naxçıvan torpağının ən nadir, qiymətli dərman bitkilərindən biri də iydədir. Qafqaz florasında az yayılan bu bitkinin vətəni, bəlkə də, Naxçıvandır. Respublikamızın əksər bölgələrindən bazarlara xüsusən Novruz bayramı ərəfəsində matah nemətlərdən biri kimi iydə meyvəsi də çıxarılır. Xəzər növünə məxsus olan iydələr xırda meyvəli olur. Lakin Naxçıvan torpağında əhali arasında “innabı” iydə kimi tanınan iydə meyvələri az qala baş barmaq iriliyində olur. Nədir iydə?

Altı, bəzən 8 metr hündürlüyündə kol və ağac kimi inkişaf edən, yarpaqları qışqabağı tökülən, bəzən zəif şaxtalı illərdə yarpaqlarını yazadək saxlayan, arıçılıq üçün qiymətli bal tutar, insanlar üçün qiymətli dərman bitkisidir. Vegetativ orqanları ilə asanlıqla artırılıb yayılan subtropik bitkilər qrupuna aiddir. Subtropik bitkilərdən nar, əncir, zeytun, xurma, xar tut, naringi, portağal, feyxoa kimi bitkilər Naxçıvanın sərt şaxtalarına tab gətirə bilmədikləri halda, iydə ağacları dözüm göstərərək payızın son ayında budaqlarındakı al-qırmızı, rəngli meyvələri ilə göz oxşayır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti aqrar bölmənin kənd təsərrüfatı texnikaları ilə təchizatını, müxtəlif servis xidmətlərinin göstərilməsini, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışını həyata keçirir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xəttilə 264 ədədi 2014-cü ildə olmaqla, cəmi 1505 ədəd müxtəliftəyinatlı müasir kənd təsərrüfatı texnikaları və avadanlıqlar alınıb gətirilib.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən bildirdilər ki, məhsuldarlığın artırılmasında mühüm rol oynayan mineral gübrələrin alınaraq muxtar respublikaya gətirilməsi və torpaq mülkiyyətçilərinə çatdırılması da diqqət mərkəzində saxlanılıb, ötən il güzəştli qiymətlərlə 3867 ton mineral gübrə satılıb və kifayət qədər mineral gübrə ehtiyatı yaradılıb. Texnikaların hüquqi və fiziki şəxslər tərəfindən alınmasına əlverişli şərait yaradılıb, 276 ədədi 2014-cü ildə olmaqla, lizinq yolu ilə 1093 ədəd texnika satılıb.

Ardını oxu...

Muxtar respublikada əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması və torpaqlarda meliorativ tədbirlərin aparılması qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu səbəbdən də Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi qeyd olunan sahələr üzrə fəaliyyətini daim gücləndirir.
2015-ci ilin yanvar ayında da muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Ötən ay su təsərrüfatlarından səmərəli istifadə olunması məqsədilə cari təmir işləri davam etdirilmiş və yeni su xətləri çəkilmişdir. Belə ki, rayon Suvarma Sistemləri idarələri tərəfindən 1,1 kilometr məsafədə sahilbərkitmə işləri aparılmış, 13,11 kilometr kanal, 23,9 kilometr ara arxları, 5 kilometr kollektor lildən təmizlənmiş, 9,71 kilometr içməli su xətti, 1,55 kilometr suvarma xətti, 1,5 kilometr təzyiqli boru xətti təmir olunmuş, 250 metr yeni içməli su xətti çəkilmiş, 30 metr kaptaj tikilmişdir. Hazırda Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

Ardını oxu...

“Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq, əvvəlki illərdə olduğu kimi, cari ildə də Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. 

Hazırda muxtar respublikada ən böyük yol tikintisi Babək rayonu ərazisində aparılır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 27 avqust 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, adıçəkilən marşrutlar üzrə avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Sərəncama əsasən, otuz bir min nəfər sakinin yaşadığı və 7 yaşayış məntəqəsini birləşdirən dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat ayrılıb. Yol tikintisi “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır.
İş icraçısı Ramil Əsədovun dediklərindən:

Ardını oxu...

 İnvestisiyalar artıq uzunmüddətli layihələrə yönəldilir

2014-cü ildə bank sektorundakı dəyişikliklər, ümumilikdə, iqtisadiyyatın inkişaf tendensiyasına uyğun şəkildə davam etmişdir. Ötən il xüsusilə bank sektorunun maliyyə göstəricilərinin yaxşılaşması, bankların pul yaratmaq qabiliyyətinin artması, onların iqtisadi inkişafda iştirakının yüksəlməsi dövrü kimi xarakterik olmuşdur.
Qeyd olunan dövr ərzində muxtar respublikada fəaliyyət göstərən bank filiallarının sayı da artmışdır. Belə ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında yeni filialları açılmış, daha sürətli, keyfiyyətli və əlverişli xidmətlər hesabına müştəri seqmentinin daha da artırılmasına nail olunmuşdur.
Bankların vasitəçilik funksiyalarının səviyyəsini xarakterizə edən göstəricilərdə də yaxşılaşma müşahidə olunmuş, həm depozitlərin, həm də kreditlərin həcmi sürətlə artmışdır. Bank sektoru göstəriciləri içərisində iqtisadiyyata kredit qoyuluşları öz artım tempinə görə xüsusilə fərqlənir. Belə ki, 2014-cü il ərzində muxtar respublikada fəaliyyət göstərən bank sektoru tərəfindən iqtisadiyyata qoyulmuş kreditlərin həcmi ilk dəfə olaraq 100 milyon manatı ötmüş və 100 milyon 667 min manat olmuşdur. Artımla yanaşı, kredit qoyuluşlarının zamana görə strukturu da dəyişmiş və uzunmüddətli kreditlərin cəmi kreditlərdəki çəkisi 84,6 faiz təşkil etmişdir. Yaranmış iqtisadi stabilliyin nəticəsidir ki, investisiyalar artıq uzunmüddətli və daha böyük olan layihələrə yönəldilməkdədir.

Ardını oxu...

Muxtar respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətində görülmüş işlər əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına imkan verib.
Təkcə ötən 2014-cü ilin yekunlarına baxsaq, bu vacib sahədə əldə olunmuş nəticələrin regionda ərzaq təhlükəsizliyinə nail olunması üçün nə qədər əhəmiyyətli olduğunu görmək olar. Belə ki, ötən il muxtar respublikamızda 355 milyon 157 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2013-cü ildəki müvafiq göstəricidən 6,1 faiz çoxdur. Aqrar sahədə əkinçiliyə xüsusi diqqət yetirilməsi nəticəsində 2014-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 829 hektar sahədə əkin aparılıb. Bu isə 2013-cü ilin məhsulu üçün əkilmiş sahədən 702 hektar çoxdur. 2014-cü ilin məhsulu üçün əkin aparılmış 35749,7 hektar taxıl zəmisindən 103 min 70 ton məhsul toplanılıb. Bu dövrdə əkinçilikdə digər vacib sahə olan kartofçuluqda da artım olub, 2962 hektar sahədən 41405,5 ton kartof yığılıb. Bundan əlavə, ötən il muxtar respublikada 66 min 731 ton tərəvəz, 36 min 196 ton meyvə və 14 min 395 ton üzüm istehsal olunub. Əhalinin ilboyu təzə meyvə-tərəvəzlə təmin olunmasında soyuducu anbarların və istixana komplekslərinin gücündən səmərəli istifadə edilib, ümumi tutumu 12 min 250 ton olan 20 soyuducu anbarın və 2014-cü ildə yeni yaradılmış 6 yeni istixana kompleksinin fəaliyyəti bu istiqamətə yönəldilib.

Ardını oxu...

Südeyf Hacıyevi Ordubad rayonunda daha çox təhsil sahəsində saç-saqqal ağardan bir müəllim kimi tanıyırlar. Bu gün təqaüddə olan Südeyf Hacıyev həm də hələ gənclik illərindən bağçılıqla məşğul olur. Gözəl meyvə bağı var. Bağda növbənöv meyvə tingləri əkib. Yetişdirdiyi meyvələrin sorağı çox yerə yayılıb. Bu gün də özünün sevimli məşğuliyyətindən ayrılmır. Deyir ki, bağda çalışanda bir dinclik tapıram, bütün yorğunluğum canımdan çıxır.

Son illər muxtar respublikada meyvəçiliyin inkişafı ilə bağlı görülən işlərdən xeyli sevindiyini bildirən Südeyf Hacıyev vurğulayır ki, Ordubad rayonunu təsadüfən bağlar diyarı adlandırmırlar. Tarixən Ordubad rayonunda ağac əkmək, ağac hədiyyə etmək, bağ salmaq adəti olub və bu xeyirxahlıq savab əməl sayılıb. Buraya yolu düşən səyyahlar Ordubad bağbanlarının səriştəsi, onların saldıqları bağlar, yetişdirdikləri meyvələr haqqında yüksək fikirlər söyləyib, hətta buradan dünyanın bir çox ölkə­lərinə müxtəlif tinglər aparıblar. Qədim mənbələrdə, yazılı kitabələrdə də Ordubad və onun meyvələri haqqında ətraflı məlumatlar verilir. Məşhur səyyah Hacı Zeynal­abdin Şirvani, ingilis səyyahı Antona Cenkinson, rus akademiki İ.İ.Vavilov, Hollandiya səyyahı Le-Buyuni və başqalarının Ordubada, burada yetişdirilən meyvə sortlarına yüksək qiymət verdiklərini deyən Südeyf müəllim fransız etnoqrafı İ.İ.Şopenin Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixinə, coğrafiyasına həsr etdiyi əsərində əla meyvələri – üzümü, əriyi, şaftalısı, albuxarası, heyvası olan Ordubadın Qafqazda, hətta Şərqdə qazandığı şöhrət, həmçinin sağlam iqlimi haqqında məlumat verməsindən qürurla danışır.

Ardını oxu...

Ötən il daxili bazarı yerli məhsullarla təmin edən müəssisələrdən biri olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin duz mədənində istehsalatda baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilib, 300 metrlik ehtiyat çıxışı yaradılıb. Bu barədə qəzetimizə cəmiyyətin direktoru Anar Əsədullayev məlumat verib.
Məlumatda bildirilir ki, 1050 metr uzunluğunda olan şaxtaya duz hasilatını davam etdirmək üçün dövlət maliyyə dəstəyi ilə 250 metr əlavə edilib. Maililiyi 75 metr olan şaxtanın daha yüksək səviyyədə və təhlükəsiz işıqlandırılması məqsədilə yeni transformator qoyulub. Bundan başqa, buraya 750 metr yüksək gərginliyə davamlı kabel xətti çəkilib. Şaxtada çökmələrin qarşısını almaq üçün 18 yerdə bərkitmə işləri aparılıb, 2000 metrlik tros kanat yenisi ilə əvəzlənib.
Qeyd edək ki, ötən il müəssisədə 2738,5 ton narın, 6142 ton daşduz istehsal edilib. 2610,7 ton narın, 2336,6 ton daşduz satışa çıxarılıb.

Xəbərlər şöbəsi

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər nəticəsində Naxçıvanda idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb. Bu istiqamətdə işlər ötən ildə də uğurla davam etdirilib.

Ardını oxu...

Enerji və ərzaq təhlükəsizliyi ilə bərabər, daxili imkanlar hesabına sənaye məhsulu istehsalı da ölkənin iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biridir. Muxtar respublikamızda bu sahədə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün görülmüş işlər ötən 2014-cü ildə də öz bəhrəsini verib, sənaye məhsulu istehsalında dinamik artıma nail olunub. 

Hazırda muxtar respublikada istehsal olunan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, 2014-cü ildə muxtar respublikada 891 milyon 486 min manat həcmində sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun həcmindəki artım ötən illə müqayisədə 2,5 faiz olub.
Sənaye iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunmasında başlıca sahədir. Məhz bu, ötən 2014-cü ildə ölkəmizdə elan olunmuş “Sənaye ili”ndə qarşıda duran əsas vəzifələrdən olub ki, muxtar respublikamızda da bu sahədə mühüm layihələr həyata keçirilib. Hazırda Naxçıvan Muxtar Respublikasında 352 növdə məhsul istehsal olunur. Bunun 117 növü ərzaq, 235 növü qeyri-ərzaq məhsullarıdır. Naxçıvanda istehsal edilən sənaye məhsulları arasında plastik qapaqdan avtomobilə qədər çoxşaxəliliyə nail olunub. Bunu regionda yaradılan sənaye müəssisələrinin sayında da görmək mümkündür. Belə ki, 2003-cü illə müqayisədə regionda sənaye müəssisələrinin sayı 7 dəfə artıb. Sənaye məhsulunun artırılmasına yönəlmiş kreditləşmənin də burada mühüm əhəmiyyəti vardır. Belə ki, 2014-cü ildə sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 5 milyon 674 min 300 manat həcmində kredit verilib. Ümumilikdə isə 2014-cü ildə muxtar respublikada dövlət dəstəyi ilə 47 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilib, 313 milyon 481 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac olunub.

Xəbərlər şöbəsi

Ötən il Şahbuz rayonunda həyata keçirilən quruculuq tədbirləri bölgənin füsunkar gözəlliyinə əlavə çalarlar qatıb. Rayon mərkəzində rabitə evinin əsaslı təmiri, şəhər mərkəzinin tikintisi başa çatdırılıb.
Gömür kəndində kompleks quruculuq tədbirləri çərçivəsində kənd və xidmət mərkəzləri inşa olunub, feldşer-mama məntəqəsi üçün bina tikilib. Həmin yaşayış məntəqəsində 110 şagird yerlik tam orta məktəb binası yenidən qurulub. Şahbuz şəhərində bir yaşayış binasının təmiri başa çatdırılıb, 1 yaşayış binasında bu tədbir davam etdirilib. Ahıllar evinin əsaslı təmiri, 216 şagird yerlik 2 nömrəli tam orta məktəb binasının tikintisi, Sələsüz və Nursu kəndlərinin hər birində 234 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması da ötən ilin quruculuq tədbirlərindəndir.
Ən ucqar dağ kəndi olan Nursu kəndində həm də xidmət mərkəzi və həkim ambulatoriyası binaları tikilib. Xalq şairi Məmməd Arazın ev-muzeyi istifadəyə verilib.
“Rayon mərkəzi və ətraf kənd­lərdə su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması” layihəsi çərçivəsində 16,18 kilometr içməli su xətti, 1,9 kilometr kanalizasiya şəbəkəsi çəkilib, 276 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb, 30 metr kaptaj tikilib.
Hazırda Şahbuz şəhərində uşaq bağçası binasının tikintisi davam etdirilir.

Xəbərlər şöbəsi

Davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri bu inkişafın dinamikasına mütənasib olaraq əhali gəlirlərinin də artırılmasıdır. Muxtar respublikamızda dövlətin sahibkarlığa verdiyi dəstək və səmərəli məşğulluğun təmin olunması sahəsində həyata keçirdiyi məqsədyönlü siyasət ötən il də öz bəhrəsini verib və muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 2,2 faiz artaraq 1 milyard 775 milyon 742 min manata, onun hər bir nəfərə düşən həcmi isə 0,8 faizlik artımla 4059 manata çatıb. Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 391,3 manat olub ki, bu da 2013-cü ildəki müvafiq göstəricidən 3,9 faiz çoxdur.

Ardını oxu...

Ordubad Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, rayonda ötən il 2429,9 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 6680 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 27,5 sentner olub. 2013-cü illə müqayisədə yığım sahəsi 2,9 hektar, yığılmış məhsul 25 ton çoxdur. 1307,7 hektar buğda əkini sahəsindən isə 3572 ton buğda tədarük edilməklə hektarın orta məhsuldarlığı 27,3 sentnerə çatdırılıb. 840,2 hektar arpa əkini sahəsindən isə 2200 ton məhsul əldə edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun müasir standartlara uyğun qurulması, aid qurumların fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və səmərəliliyin artırılması diqqət mərkəzində saxlanılır. Son illərdə yeni avtovağzalların tikilib istifadəyə verilməsi, rahat, geniş, müasir standartlara cavab verən yolların çəkilməsi, müasir sərnişin dayanacaqlarının quraşdırılması, şəhərdaxili və şəhərlərarası sərnişindaşımada istifadə olunması üçün iritutumlu, rahat avtobusların alınıb muxtar respublikamıza gətirilməsi bu diqqətin bariz ifadəsidir.
Yol-nəqliyyat şəbəkəsinin inkişafı istiqamətində müəyyənləşdirilən tədbirlər 2014-cü ildə də davam etdirilib, nəticədə, nəqliyyat sektorunda yük və sərnişindaşımalarının həcmi artan xətt üzrə inkişaf edib. Belə ki, muxtar respublikanın nəqliyyat sektorunda yük daşınması 2013-cü illə müqayisədə 1,9 faiz, sərnişindaşıması 1,8 faiz artıb. Yük və sərnişindaşımalarından 47 milyon 570 min manat gəlir əldə edilib ki, bu da 2013-cü ildəki müvafiq göstəricini 2,1 faiz üstələyib.

Xəbərlər şöbəsi

 Ötən əsrin 80-ci illərinin sonlarında ölkəmizdə baş verən hadisələri görənlər yaxşı xatırlayırlar ki, ermənilərin əsassız torpaq iddiaları ilə başlayan münaqişə həyatımızın bütün sahələrini iflic halına saldı. Muxtar respublikaya isə daha ciddi ziyanlar dəydi. Kommunikasiya xətləri kəsildi, mərkəzlə gediş-gəliş yolları bağlandı. Bu isə doğma Azərbaycandan ayrı düşmüş Naxçıvana bu yol vasitəsilə ən zəruri tələbat məhsullarının gətirilməsinin qarşısını aldı. Elektrik enerjisiz, yanacaqsız qalan naxçıvanlılar üz tutdular muxtar respublikada onsuz da çox az bir ərazini əhatə edən yaşıllıq zolaqlarına və meyvə bağlarına. Qısa bir zaman ərzində yüz illərlə yaşı olan qiymətli meşə və meyvə ağacları kəsildi. 

Minbir arzu ilə əkdikləri, öz zəhmətləri ilə boya-başa çatdırdıqları ağacları kəsmələrində naxçıvanlıları qınamaq da olmazdı. Həmin illərin qışı da çox sərt gəlmişdi. O da taleyin işi idi ki, ulu öndərimiz Heydər Əliyev Naxçıvana qayıtdı. Tezliklə bu prosesə son qoyuldu. Hər ilin yaz və payız iməciliklərində “Hərəyə bir ağac əkək” şüarı ilə naxçıvanlılar ağac­əkmə kampaniyasına başladılar və bu kampaniya bu gün ümumxalq tədbirinə çevrilib. Ötən dövrdə həyata keçirilən ekoloji tədbirlər nəticəsində isə muxtar respublikanın yaşıllıqlarla örtülü sahəsi artaraq 12 faizə çatdırılıb.

Ardını oxu...

Əhalinin davamlı olaraq keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına yönəlmiş dövlət siyasəti hazırda insan inkişafı naminə həyata keçirilən işlərin əsas istiqamətlərindən biridir. Ölkənin ərzaq bazarının inkişafı ilə bərabər, insanların sağlamlığı və ömür uzunluğu, gələcək nəsillərin həyatının təhlükəsizliyi də məhz indidən bu sahədə görülmüş işlərin keyfiyyətindən çox asılıdır. Odur ki, kənd təsərrüfatı sahəsində verilən hər bir qərar, görülən hər bir iş keçmiş dövrlərdən tutmuş müasir texnoloji tərəqqi dövrünədək həmişə aktuallığını qoruyub saxlayıb.
2015-ci il ölkəmizdə, eləcə də muxtar respublikamızda “Kənd təsərrüfatı ili” elan olunub. Şübhəsiz, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişaf səviyyəsində kənd təsərrüfatı da yeni bir inkişaf mərhələsinə qədəm qoyub.

Ardını oxu...

Yanvarın 30-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Sənaye nazirliklərinin və Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin qaliblərinə mükafatların verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye naziri Famil Seyid­ov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov və Sahibkarlar Konfederasiyasının nümayəndəsi Azər Cəfərov çıxış ediblər. Bildirilib ki, muxtar respublikada iqtisadiyyatın aparıcı qüvvəsi sayılan sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2014-cü ildə muxtar respublikada 22 hüquqi və 2796 fiziki şəxs qeydiyyata alınıb. Sahibkarlığın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması məqsədilə dövlət maliyyə dəstəyi davam etdirilib. Belə ki, fərdi sahibkarlığın inkişafına, eləcə də yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə 33 milyon 548 min 500 manat kredit sərf olunub. Bəhs olunan dövrdə muxtar respublikada 47 istehsal və xidmət sahəsinin yaradılması nəticəsində 3523 yeni iş yeri açılıb ki, bunun da 3422-ni, yaxud 97 faizini daimi iş yerləri təşkil edir.

Ardını oxu...

 Proqramın qəbul olunmasından ötən bir il ərzində həyata keçirilən tədbirlər belə deməyə əsas verir

Qədim diyarımızın tarixinə “Muxtariyyət ili” kimi yazılan 2014-cü ildə muxtar respublikada həyatın bütün sahələrində yüksək inkişaf tempi təmin olunub, tikinti-quruculuq işləri geniş həcmdə davam etdirilib. Bu tədbirlərdən paytaxt şəhərimiz Naxçıvana da xeyli pay düşüb. Müasir arxitektura üslubunda həyata vəsiqə alan müxtəliftəyinatlı tikililər şəhərin hüsnünü daha da gözəlləşdirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” bu prosesdə mühüm əhəmiyyət kəsb edən dövlət sənədi kimi Naxçıvan şəhərinin müasirliyə qovuşmasında başlıca amil olub.

Ardını oxu...

“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli
Cəmiyyətinin ixrac potensialı artıb

“Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral su mənbələri mövcuddur. Onlardan biri də Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində çağlayan eyniadlı mineral sudur ki, bu təbiət möcüzəsi bir çox xüsusiyyətləri ilə qiymətlidir. Əvəzsiz süfrə suyu olan “Badamlı” həm də müalicəvi əhəmiyyətə malikdir. Belə ki, ateros­kleroz, ürək, xərçəng, diabet, mədə yarası, bronxial-astma, pnevmoniya, brusellyoz xəstə­likləri, eyni zamanda immunitetin zəifləməsi, infeksiyalara yoluxma, müxtəlif orqanların, o cümlədən dərinin iltihabı zamanı müalicə məqsədilə istifadə edilir.
“Badamlı” mineral bulağı ötən əsrin ortalarında aşkar edilmişdir. 1945-1947-ci illərdə geologiya-minerologiya elmləri doktoru Əziz Əsgərovun rəhbərliyi altında bu ərazidə elmi-tədqiqat işləri aparılaraq müxtəlif kimyəvi tərkibli mineral sular sırasında 5 nömrəli bulaqdan istifadə olunması məqsədəuyğun hesab edilmişdir. 1947-ci ildə burada kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə cəmi 30-40 litr su istehsalına başlanılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müəssisənin fəaliyyəti genişləndirilmiş, Almaniya və Çexo­slovakiya istehsalı olan yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücü daha da artırılmışdır.

Ardını oxu...

Muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Şərur rayonunun da quruculuq xəritəsi hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir. Öncə onu qeyd edək ki, rayonun müxtəlif yaşayış məntəqələrində istifadəyə verilən yeni obyektlər həmin məntəqələrdə olan problemləri aradan qaldırmaqla kəndlərin simasını da dəyişdirib. Belə yaşayış məntəqələrindən biri Kürkənddir.
Ötən ilin mart ayında Kürkənddə start verilən kompleks quruculuq tədbirləri artıq başa çatdırılıb.
Burada kənd tam orta məktəbinin binasında yenidənqurma işləri aparılıb, kənd və xidmət mərkəzləri inşa olunub. Quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları həyata keçiriblər.
Şərur Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, yenidən qurulan məktəb binası 198 şagird yerlik olmaqla, 3 mərtəbədən ibarətdir. Təhsil ocağının yeni binasında geniş və işıqlı sinif otaqları, kitabxana, idman zalı, kompüter və elektron lövhəli siniflər, laboratoriya müəllim və şagirdlərin ixtiyarına veriləcək. Qış mövsümündə fasiləsiz tədris prosesini təmin etmək məqsədilə məktəb binası üçün fərdi qazanxana inşa olunub.
Yaxınlıqda inşa edilmiş kənd mərkəzi 2 mərtəbədən ibarətdir. Burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kitabxana, YAP ərazi ilk təşkilatı, poçt bölməsi və digər qurumlar fəaliyyət göstərəcək.
Yeni xidmət mərkəzi də kürkəndlilərə dövlətimizin növbəti qayğısıdır.
Kompleks quruculuq tədbirləri çərçivəsində Şərur şəhərindən kəndin mərkəzinədək olan 4,5 kilometrlik yola qara örtük salınıb. Kənddə yeni ATS qurulub, mövcud rabitə xətləri yenilənib, 2980 metr uzunluğunda optik bağlantı kabeli, 1300 metr uzunluğunda yeraltı kabel, 8850 metr uzunluğunda müxtəlif yerüstü kabel çəkilib.
Elektrik xətlərində təmir işləri aparılıb, 2500 metr uzunluğunda yeni elektrik xətti çəkilib, 38 elektrik dirəyi dəyişdirilib.
Yeni tikililərin yerləşdiyi ərazi abadlaşdırılıb, yaşıllıq zolaqları, gülkarlıqlar salınıb. Hər üç obyekt təhvilə hazırlanır.

Xəbərlər şöbəsi

Təbiətdə harmoniya pozulanda insanların yaşayışı, sağlamlığı da təhlükə qarşısında qalır. Ağaclar seyrəlir, bulaqların suyu çəkilir, göllər dayazlaşır, torpaq eroziyaya uğrayır. Ona görə də aqillərimiz həmişə deyiblər ki, təbiət də insan kimi qayğı tələb edir, bizdən isti münasibət gözləyir.
Ağacı, yaşıllığı, meşəsi olan yaşayış məntəqələrindəki insanlar həmişə sağlam olur, uzun ömür sürürlər. Yaşıllıq çox olan yerlərdə ölüm halları da az müşahidə olunur. “Ağacı çox olan yerin məzarı az olur”, – deyiblər. Müdriklər təbiətə, yaşıl­lıqlara, meşələrə, bulaqlara, çaylara həmişə təbabət sahəsi, şəfa mənbəyi kimi baxıblar.
Təbiət insanın köməyi sayəsində daha da gözəlləşir, zənginləşir. İnsanlar da təbiətin misilsiz nemətlərindən daim faydalanırlar. Naxçıvan Muxtar Respublikasında bu sahədə həyata keçirilən tədbirlər ekoloji tarazlığın pozulmasının qarşısının alınması, təbii sərvətlərimizin qorunub saxlanması kimi ümumbəşəri əhəmiyyət daşıyır.
Ötən il muxtar respublikada yaşıllaşdırma sahəsində də xeyli iş görülüb.
Yaşıllaşdırma tədbirlərinin genişləndirilməsi üçün müxtəlif çeşiddə əkin materiallarının yetişdirilməsi davam etdirilib. Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarının inzibati ərazilərində yeni tingçilik təsərrüfatları yaradılıb.
2014-cü ilin yaz-payız əkini mövsümündə Naxçıvan şəhərinin və bütün rayonların inzibati ərazilərində yeni tingçilik təsərrüfatları yaradılıb, meşə fondu torpaqlarında, magistral avtomobil yollarının ətrafında, yarımsəhra və səhralaşmaya meyilli ərazilərdə 536,5 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilib. Bu zaman 440 min 700 ədəddən artıq tingdən istifadə edilib.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, insanların sosial müdafiəsinin daha da gücləndirilməsi, yeni iş yerlərinin açılması keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Həyati əhəmiyyətli problemlərin aradan qaldırılması, kənd təsərrüfatı məhsullarının istehsalında irəliləyiş, sənaye, tikinti, nəqliyyat və rabitə sahələrindəki inkişaf, yeni xidmət və digər infrastruktur obyektlərin istifadəyə verilməsi, məşğulluğun səviyyəsinin yüksəldilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi muxtar respublikanı regionda ön mövqeyə çıxarıb. Həyata keçirilən tədbirlər nəticəsində insanların daha yaxşı yaşaması təmin olunub. Təbii ki, əhalinin gəlirləri artdıqca tələbat da artır. Hazırda bu tələbat bir çox sahələrdə, xüsusən də muxtar respublikaya xarici, eləcə də brend marka avtomobillərin alınıb gətirilməsində özünü göstərir.

Ardını oxu...

 Naxçıvan Muxtar Respub­likasında aparılan tikinti-qurucu­luq işlərinin geniş vüsət alması paytaxt Naxçıvan şəhərinin simasını xeyli dərəcədə dəyişdirib. Muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərinin bir hissəsini də dövlət qurumları üçün tikilən yeni inzibati binalar təşkil edir. Təşkilat və müəssisələrdə normal iş şəraiti yaratmaq məqsədilə həyata keçirilən bu tədbirlərin həcmi və coğrafiyası getdikcə genişlənməkdədir. 

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində inşasına 2013-cü ildən başlanılmış Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti üçün yeni bina da yaxın gələcəkdə miqrasiya xidməti əməkdaşlarının rahat iş yerinə çevriləcəkdir.
“Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikintisi yekunlaşdırılan bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarətdir. Binanın daxilində bütün işlər, demək olar ki, tamamlanıb. Hazırda binanın arxa fasad hissəsi üzlük daşla üzlənir. Yaxın vaxtlarda obyektin ətrafında abadlıq işlərinə başlanılacaq. Bina hazır olduqdan sonra zirzəmi hissədə qazanxana, arxiv, yeməkxana, mətbəx və idman zalı, bütün mərtəbələrdə iş otaqları olmaqla, üçüncü mərtəbədə tədris otağı, kitabxana və müşavirə zalı, beşinci mərtəbədə isə iclas zalı yerləşəcəkdir.

Ardını oxu...

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər nəticəsində Naxçıvanda idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb. Bu istiqamətdə işlər ötən ildə də uğurla davam etdirilib.
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən Kəngərli rayonunun Böyükdüz massivində alçıpan örtüklər, gips, əhəng və məsaməli beton istehsal ediləcək yeni zavodun inşasına başlanılıb.
Müəssisə muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı qurucu­luq tədbirləri nəticəsində inşaat materiallarına artan tələbatın yerli istehsal hesabına ödənilməsi zərurətindən yaradılır. Cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan zavodda ildə 2 milyon kvadratmetr alçıpan örtük, 20 min ton gips, 100 min kubmetr məsaməli beton və saatda 12 ton əhəng istehsal ediləcək ki, bu da daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, bu yerli inşaat materiallarının xarici bazarlara çıxarılmasına da imkan yaradacaq.

Ardını oxu...

Son illər dünyada ərzaq istehsalının illik artımının azalması tendensiyası müşahidə edilir və bu azalmanın növbəti illərdə də davam edəcəyi proqnozlaşdırılır. Qlobal istiləşmə və iqlim dəyişkənliyi insanların ərzaq məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayan kənd təsərrüfatı sektoruna daha çox mənfi təsir göstərməkdədir. Kənd təsərrüfatını iqlim dəyişikliklərinə adaptasiya etmək qlobal ərzaq təhlükəsizliyinin təmin olunması və ekosistemi qorumaq baxımından vacib olmaqla yanaşı, həm də xeyli xərc tələb edir. Bütün bu faktlar onu göstərir ki, hazırda ərzaq təhlükəsizliyi probleminin səmərəli həlli dünyada gedən sürətli qloballaşma prosesi fonunda ən mühüm məsələlərdəndir.

Ardını oxu...

Hər bir ölkənin iqtisadi gücünün və eləcə də beynəlxalq aləmdə nüfuzunun göstəricilərindən biri onun xarici ticarətdəki mövqeyidir. Müstəqil ölkə kimi Azərbaycanın xarici ticarət əlaqələri genişləndikcə onun regionlarının da bu sahədə payı artır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasından da xarici ölkələrə ixrac olunan və xaricdən gətirilən mal və məhsulların həcmi iqtisadiyyatın ümumi inkişafı və əhalinin istehlak tələbatı fonunda stabil dinamika ilə artmaqdadır.

Ardını oxu...

 Bu il bank resursları, əsasən, kənd təsərrüfatı və sənayenin inkişafına yönəldiləcək

Naxçıvanın tarixində “Muxtariyyət ili” kimi yadda qalacaq 2014-cü ili uğurla başa vurduq. Ötən il muxtar respublikada gedən yüksək inkişaf özünü Ümumi Daxili Məhsul istehsalında, sənaye, kənd təsərrüfatı məhsullarının, əsas kapitala yönəldilən investisiyaların ümumi həcminin artmasında, biznesin inkişafına dövlət dəstəyinin göstərilməsində və digər makroiqtisadi göstəricilərdə qabarıq göstərdi. Bütün bu nailiyyətlərin əldə olunmasında bank sektoru da fəal iştirak edib. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədovla ötən ilə nəzər saldıq. İdarə sədri bankların 2014-cü ildəki fəaliyyəti, ötən il əldə olunan nailiyyətlər, gələcək planlar barədə ətraflı məlumat verdi.

Ardını oxu...

Yanvarın 16-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə – 2015” sərgisi keçirilib. 1926-cı ildən başlayaraq hər il keçirilən və Avropanın ən iri sərgisi olan “Beynəlxalq Yaşıl Həftə” sərgisində dünyanın 60-a yaxın ölkəsindən 1600-dən çox şirkət iştirak edib.
Sərgi kənd təsərrüfatı və emal müəssisələrinin öz məhsullarını nümayiş etdirmək üçün ənənəvi bir forum olduğundan Azərbaycanın hər il bu sərgidə iştirak etməsi və geniş çeşiddə məhsullarını nümayiş etdirməsi də artıq ənənəyə çevrilib.

Ardını oxu...

  Muxtar respublikada rabitə və informasiya texnologiyaları sektorunun inkişafı, bütün sahələrdə yeni texnologiyaların tətbiqi istiqamətində mühüm tədbirlər görülür, bu sahədə vətəndaşlara təqdim olunan qabaqcıl xidmətlərin səviyyəsi hər ötən ay daha da yüksəldilir. 2014-cü ilin dekabr ayında görülən tədbirlər də bu baxımdan diqqəti cəlb edir. Belə ki, bu dövrdə sabit telekommunikasiya sektorunun təkmilləşdirilməsi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə mövcud telefon stansiyalarının nömrə tutumlarının artırılması diqqət mərkəzində saxlanılmışdır. Belə ki, mövcud telefon stansiyalarının nömrə tutumlarının artırılması və CDMA simsiz rabitənin genişləndirilməsi nəticəsində, ümumilikdə, 304 yeni telefon nömrəsi istismara verilmiş, “Evədək optika” layihəsi üzrə yeni xətlərin çəkilişi davam etdirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən abonentlərin elektrik enerjisi tələbatının, yaşayış sahələrinin, istehsal müəssisələrinin və sosial obyektlərin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatının yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər davam etdirilir. 2014-cü ilin dekabr ayında da bu istiqamətdə müvafiq işlər görülmüş, yeni elektrik verilişi xətlərinin çəkilməsi, transformator yarımstansiyalarının qoyulması, mövcud hava verilişi xətlərinin yeraltı kabel xətləri ilə əvəz edilməsi işləri davam etdirilmişdir.

Ardını oxu...

Muxtar respublikada yaşayış məntəqələrinin və istehsalat sahələrinin enerji və istilik təchizatı tamamilə həll olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində bu gün muxtar respublikanın qazlaşdırılmayan heç bir məntəqəsi qalmayıb. “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən mütəmadi olaraq təbii qaz təchizatının yaxşılaşdırılması və etibarlılığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. İstehlakçıların fasiləsiz və təhlükəsiz mavi yanacaqla təminatını diqqət mərkəzində saxlayan birliyin kollektivi 2014-cü ilin dekabr ayı ərzində də qarşıda duran vəzifələri uğurla yerinə yetirmişdir.

Ardını oxu...

Su ehtiyatlarının səmərəli istifadəsi və idarə edilməsi, su itkisinin qarşısının alınması, suvarma tədbirlərinin həcminin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən mütəmadi olaraq tədbirlər görülür. 2014-cü ilin dekabr ayı ərzində də bu istiqamətdə işlər davam etdirilmiş, meliorasiya və irriqasiya tədbirləri genişləndirilmişdir.

Komitənin rayon suvarma sistemləri idarələri tərəfindən ötən ayda müvafiq təmir-bərpa işləri aparılmış, 2,6 kilometr kanal, 9,6 kilometr kollektor, 24,7 kilometr ara arxları lildən təmizlənmişdir. Müxtəlif əraziləri əhatə edən 4 kilometrdən artıq yeni içməli su xətti çəkilmiş, 3,9 kilometr içməli su xətti, 1,2 kilometr suvarma boru xətti isə təmir olunmuşdur. Ay ərzində lazımi yerlərdə kaptaj xətləri və drenaj sistemlərində bərpa işləri aparılmış, çay və selovlarda 2,3 kilometr istiqamətləndirici bəndlər salınmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunduğu 2014-cü ildə də muxtar respublika iqtisadiyyatının bütün sahələrində dinamik inkişaf templəri qeydə alınmışdır.
2014-cü ilin ən mühüm hadisələrindən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə Prezidenti Naxçıvan Beynəlxalq Hava Limanının, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun inzibati binalarının, Gənclər Mərkəzinin, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının açılışında iştirak etmiş, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə, Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal edilən məhsulların sərgisi ilə tanış olmuş, muxtar respublikanın ərazisində yerləşən hərbi hissələrə daxil olan yeni texnika və silahlara baxmışdır.

Ardını oxu...

Ölkəmiz davamlı və kompleks islahatlar strategiyasını dərinləşdirərək yeni əsrin ən inkişaf etmiş və islahatçı ölkəsi kimi tanınmaqla, qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafında xeyli nailiyyətlər əldə etmişdir. Əldə olunmuş uğurların əsasında isə ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi aqrar islahatlar dayanır. Torpaq islahatlarının ilk dəfə ölkə üzrə Naxçıvanda, Müstəqil Dövlətlər Birliyi məkanında isə Azərbaycanda həyata keçirilməsi nəticəsində torpaq həqiqi mülkiyyətçisinə verildi, kənd təsərrüfatının inkişaf dövrü başlandı.

Müasir şəraitdə, ölkəmizdə qeyri-neft sektorunun və regionların inkişafına xüsusi diqqət yetirildiyi bir vaxtda kənd təsərrüfatının inkişafı əsas istiqamətlərdən biri sayılır. Çünki istənilən ölkənin iqtisadi təhlükəsizliyi birbaşa kənd təsərrüfatının dayanıqlı inkisafindan asılıdır. Hələ bizim eradan əvvəl yunan filosofu Ksenofot kənd təsərrüfatını bütün digər sahələrin anası adlandırırdı.
Kənd təsərrüfatı iqtisadi artımın başlıca hərəkətverici qüvvəsi hesab olunmaqla, onun yüksəlməsi, ümumilikdə, iqtisadiyyatın artımı deməkdir. İqtisadi artımın sürəti yüksək olan ölkələrdə ərzaqla təminolunma səviyyəsi də yüksək olur. Kənd təsərrüfatı insanlar üçün əsas ərzaq mənbəyi hesab edilir. Belə ki, əhalinin istehlak fondunun, ən azı, üçdə ikisi bilavasitə kənd təsərrüfatı məhsulları hesabına təmin olunur.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR