22 Dekabr 2024, Bazar

Ötən il daxili bazarı yerli məhsullarla təmin edən müəssisələrdən biri olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin duz mədənində istehsalatda baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilib, 300 metrlik ehtiyat çıxışı yaradılıb. Bu barədə qəzetimizə cəmiyyətin direktoru Anar Əsədullayev məlumat verib.
Məlumatda bildirilir ki, 1050 metr uzunluğunda olan şaxtaya duz hasilatını davam etdirmək üçün dövlət maliyyə dəstəyi ilə 250 metr əlavə edilib. Maililiyi 75 metr olan şaxtanın daha yüksək səviyyədə və təhlükəsiz işıqlandırılması məqsədilə yeni transformator qoyulub. Bundan başqa, buraya 750 metr yüksək gərginliyə davamlı kabel xətti çəkilib. Şaxtada çökmələrin qarşısını almaq üçün 18 yerdə bərkitmə işləri aparılıb, 2000 metrlik tros kanat yenisi ilə əvəzlənib.
Qeyd edək ki, ötən il müəssisədə 2738,5 ton narın, 6142 ton daşduz istehsal edilib. 2610,7 ton narın, 2336,6 ton daşduz satışa çıxarılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR