22 Dekabr 2024, Bazar

“Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq, əvvəlki illərdə olduğu kimi, cari ildə də Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. 

Hazırda muxtar respublikada ən böyük yol tikintisi Babək rayonu ərazisində aparılır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 27 avqust 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, adıçəkilən marşrutlar üzrə avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Sərəncama əsasən, otuz bir min nəfər sakinin yaşadığı və 7 yaşayış məntəqəsini birləşdirən dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat ayrılıb. Yol tikintisi “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır.
İş icraçısı Ramil Əsədovun dediklərindən:

– Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun uzunluğu 35 kilometrdir. İndiyədək yolun 19 kilometrinə qədər yol yatağı 9 metrədək genişləndirilib, torpaq-bərkitmə işləri aparılıb, 20 yerdə su keçidi qoyulub. Hazırda Qızılvəng-Babək qəsəbə istiqamətində işlərimiz davam etdirilir. Əraziyə 20-dək ağır texnika, 30-a yaxın işçi qüvvəsi cəlb olunub. İşin keyfiyyətlə yerinə yetirilməsinə və lazımi təhlükəsizlik qaydalarına əməl edilməsinə ciddi nəzarət olunur.
Qeyd edək ki, ötən il Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına uyğun olaraq, Babək rayonunda 8 min nəfər sakinin yaşadığı 13 kənd yaşayış məntəqəsini əhatə edən və ümumi uzunluğu 26 kilometr olan Hacıvar-Vayxır-Sirab avtomobil yolu istifadəyə verilmişdi.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR