22 Dekabr 2024, Bazar

Muxtar respublikada əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması və torpaqlarda meliorativ tədbirlərin aparılması qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu səbəbdən də Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi qeyd olunan sahələr üzrə fəaliyyətini daim gücləndirir.
2015-ci ilin yanvar ayında da muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Ötən ay su təsərrüfatlarından səmərəli istifadə olunması məqsədilə cari təmir işləri davam etdirilmiş və yeni su xətləri çəkilmişdir. Belə ki, rayon Suvarma Sistemləri idarələri tərəfindən 1,1 kilometr məsafədə sahilbərkitmə işləri aparılmış, 13,11 kilometr kanal, 23,9 kilometr ara arxları, 5 kilometr kollektor lildən təmizlənmiş, 9,71 kilometr içməli su xətti, 1,55 kilometr suvarma xətti, 1,5 kilometr təzyiqli boru xətti təmir olunmuş, 250 metr yeni içməli su xətti çəkilmiş, 30 metr kaptaj tikilmişdir. Hazırda Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir.

Subartezian quyuları həm suvarma, həm də içməli su mənbəyi kimi istifadə olunur. Bu mənada su təsərrüfatı sistemlərində bu hidrotexniki qurğular mühüm əhəmiyyət daşıyır və onların daimi fəaliyyəti nəzarətdə saxlanılır. Yanvar ayı ərzində 40 subartezian quyusunda təmir işləri aparılmış, 1 subartezian quyusu isə bərpa olunmuşdur. Həmçinin komitənin təmir sexlərində 3 nasos, 2 elektrik mühərriki, 1 ekskavator təmir olunaraq saz vəziyyətə gətirilmiş, Kəhrizlər İdarəsi tərəfindən 6 kəhrizdə təmir işləri davam etdirilmişdir.
Naxçıvan şəhərində, rayon mərkəzləri və kəndlərdə su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsinin icrası da uğurla davam etdirilir. Layihə çərçivəsində ötən ay Naxçıvan şəhərində 770 metr kanalizasiya xətti, 430 metr içməli su xətti çəkilmiş, 454 ev birləşməsi qoyulmuşdur. Həmçinin Babək rayonunda 2,83 kilometr kana­lizasiya və 3,71 kilometr su xətti çəkilmiş, 34 ev birləşməsi aparılaraq sayğac quraşdırılmışdır.
Çay kənarlarında yerləşən yaşayış məntəqələrinin və əkin sahələrinin sel və daşqınlardan qorunmasını təmin etmək məqsədilə də bir sıra işlər görülmüşdür. Belə ki, ötən ay Araz çayında 400 metr sahilbərkitmə işi aparılmış, Kəngərli rayonunda yeni tikilən nasosun ətrafında 1,7 kilometr suvarma xətti, Vayxır sol sahil kanalının altında tikilən suvarma şəbəkəsində 23 kilometr suvarma, 2,5 kilometr drenaj xətti çəkilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı
Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR