22 Dekabr 2024, Bazar

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər nəticəsində Naxçıvanda idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb. Bu istiqamətdə işlər ötən ildə də uğurla davam etdirilib.
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən Kəngərli rayonunun Böyükdüz massivində alçıpan örtüklər, gips, əhəng və məsaməli beton istehsal ediləcək yeni zavodun inşasına başlanılıb.
Müəssisə muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı qurucu­luq tədbirləri nəticəsində inşaat materiallarına artan tələbatın yerli istehsal hesabına ödənilməsi zərurətindən yaradılır. Cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan zavodda ildə 2 milyon kvadratmetr alçıpan örtük, 20 min ton gips, 100 min kubmetr məsaməli beton və saatda 12 ton əhəng istehsal ediləcək ki, bu da daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, bu yerli inşaat materiallarının xarici bazarlara çıxarılmasına da imkan yaradacaq.

Əvvəllər bu inşaat materiallarına olan tələbat xaricdən idxal olunan məhsullar hesabına ödənilir, əlavə daşınma xərci çəkilirdisə, yeni layihənin reallaşması ilə bu problem aradan qaldırılacaq.
İnşaat işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün obyektə “Gəmiqaya İnşaat” MMC-nin təcrübəli inşaatçıları və müasir maşın-mexanizmləri cəlb olunub. Hazırda obyektdə beton, dəmir konstruksiya işləri aparılır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR