22 Dekabr 2024, Bazar

Ordubad Rayon Statistika İdarəsindən aldığımız məlumata görə, rayonda ötən il 2429,9 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 6680 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 27,5 sentner olub. 2013-cü illə müqayisədə yığım sahəsi 2,9 hektar, yığılmış məhsul 25 ton çoxdur. 1307,7 hektar buğda əkini sahəsindən isə 3572 ton buğda tədarük edilməklə hektarın orta məhsuldarlığı 27,3 sentnerə çatdırılıb. 840,2 hektar arpa əkini sahəsindən isə 2200 ton məhsul əldə edilib.

Rayonda kartofçuluğun inkişafı da diqqət mərkəzində saxlanılır. Bu sahədə məhsuldarlığı ilbəil artıran ordubadlılar 573 hektar kartof əkilmiş sahədən 8417 ton məhsul toplayıblar. Məhsuldarlıq orta hesabla 146,9 sentner olub. 2013-cü illə müqayisədə yığılmış məhsul 6,8 ton çoxdur. 672 hektar tərəvəz əkinlərindən isə 4503 ton məhsul əldə edilib. Məhsuldarlıq orta hesabla 67 sentnerə çatdırılıb. 41 hektar bostan bitkiləri əkilmiş sahədən isə 277 ton bostan məhsulları yığılıb. Məhsuldarlıq hər hektarda orta hesabla 67,6 sentner təşkil edib.
2014-cü ildə 34 hektar sahədə təkrar əkin aparılıb. Bu da 2013-cü illə müqayisədə 3 faiz artım deməkdir. Cari ilin taxıl məhsulu üçün ötən il 1890 hektar sahədə şum qaldırılıb. 2014-cü ildə 1875 hektar sahədə dən üçün payızlıq səpin həyata keçirilib. Bunun 1308 hektarı buğda, 567 hektarı isə arpa sahələridir.
Son illərdə meyvəçiliyə xüsusi diqqət yetirilməsi öz bəhrəsini verib. Barverən meyvə bağlarından 1583 ton məhsul yığılıb. Üzüm bağlarından isə 136 ton üzüm toplanıb.
Ötən il rayonun heyvandarları üçün də uğurlu il olub. Belə ki, 1 yanvar 2015-ci il tarixə Ordubad rayonunda 9254 baş qaramal olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz və yaxud 134 baş çoxdur. Bu il yanvarın 1-nə olan məlumata görə, rayonun təsərrüfatlarında 65 min 216 baş qoyun və keçi bəslənib. 2014-cü ildə rayonda diri çəkidə 1748,1 ton ət, 5529,4 ton süd, 7640,8 min ədəd yumurta, 99,4 ton yun istehsal edilib. 2013-cü illə müqayisədə ət istehsalı 2,1 faiz, süd istehsalı 1,9 faiz, yumurta istehsalı 8 faiz, yun istehsalı 2,9 faiz artıb.
Son illər arıçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, dövlət maliyyə dəstəyinin gücləndirilməsi daha uğurlu göstəricilər əldə edilməsinə şərait yaradıb. Bütün bunların nəticəsidir ki, rayonda arı ailələrinin sayı ilbəil artır, istehsal olunan məhsulun Naxçıvan Muxtar Respublikasından kənarda da satışı təşkil edilir. 2014-cü ildə rayonun arıçılıqla məşğul olan təsərrüfat sahibləri 71 ton bal istehsal ediblər.
Balıqçılıqla məşğul olan müəssisələr tərəfindən 2014-cü ildə 118 min manat (2013-cü ildə 116 min manat) dəyərində balıq satılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR