22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətində görülmüş işlər əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına imkan verib.
Təkcə ötən 2014-cü ilin yekunlarına baxsaq, bu vacib sahədə əldə olunmuş nəticələrin regionda ərzaq təhlükəsizliyinə nail olunması üçün nə qədər əhəmiyyətli olduğunu görmək olar. Belə ki, ötən il muxtar respublikamızda 355 milyon 157 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2013-cü ildəki müvafiq göstəricidən 6,1 faiz çoxdur. Aqrar sahədə əkinçiliyə xüsusi diqqət yetirilməsi nəticəsində 2014-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 829 hektar sahədə əkin aparılıb. Bu isə 2013-cü ilin məhsulu üçün əkilmiş sahədən 702 hektar çoxdur. 2014-cü ilin məhsulu üçün əkin aparılmış 35749,7 hektar taxıl zəmisindən 103 min 70 ton məhsul toplanılıb. Bu dövrdə əkinçilikdə digər vacib sahə olan kartofçuluqda da artım olub, 2962 hektar sahədən 41405,5 ton kartof yığılıb. Bundan əlavə, ötən il muxtar respublikada 66 min 731 ton tərəvəz, 36 min 196 ton meyvə və 14 min 395 ton üzüm istehsal olunub. Əhalinin ilboyu təzə meyvə-tərəvəzlə təmin olunmasında soyuducu anbarların və istixana komplekslərinin gücündən səmərəli istifadə edilib, ümumi tutumu 12 min 250 ton olan 20 soyuducu anbarın və 2014-cü ildə yeni yaradılmış 6 yeni istixana kompleksinin fəaliyyəti bu istiqamətə yönəldilib.

Heyvandarlıq məhsulları istehsalında da ötən il artım dinamikası qorunub saxlanılıb, 2014-cü ildə muxtar respublikada diri çəkidə 19 min 882 ton ət, 78 min 929 ton süd istehsal olunub. Kompleks heyvandarlıq təsərrüfatlarının əhəmiyyətinin artdığı bir dövrdə 2014-cü ildə muxtar respublikada 5 heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, hazır­da 1 heyvandarlıq kompleksinin yaradılması üzrə işlər davam etdirilməkdədir.
Ötən il muxtar respublikanın heyvandarlıq təsərrüfatlarında süni mayalandırma yolu ilə 6555 baş sağlam buzov alınıb, 1 yanvar 2015-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 107 min 632 baş, qoyun və keçilərin sayı isə 646 min 344 baş olub. Bu dövrdə muxtar respublikada 4 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 1 quşçuluq təsərrüfatının yaradılması istiqamətində iş aparılıb, 1 balıqçılıq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi başa çatdırılıb, 1 arıçılıq təsərrüfatının yaradılması davam etdirilib. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbul olunduğu 2008-ci illə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,4 dəfə artaraq 229 milyon 646 min manata, heyvandarlıq məhsullarının həcmi isə 2,1 dəfə artaraq 125 milyon 511 min manata çatıb.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR