22 Dekabr 2024, Bazar

  Muxtar respublikada rabitə və informasiya texnologiyaları sektorunun inkişafı, bütün sahələrdə yeni texnologiyaların tətbiqi istiqamətində mühüm tədbirlər görülür, bu sahədə vətəndaşlara təqdim olunan qabaqcıl xidmətlərin səviyyəsi hər ötən ay daha da yüksəldilir. 2014-cü ilin dekabr ayında görülən tədbirlər də bu baxımdan diqqəti cəlb edir. Belə ki, bu dövrdə sabit telekommunikasiya sektorunun təkmilləşdirilməsi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə mövcud telefon stansiyalarının nömrə tutumlarının artırılması diqqət mərkəzində saxlanılmışdır. Belə ki, mövcud telefon stansiyalarının nömrə tutumlarının artırılması və CDMA simsiz rabitənin genişləndirilməsi nəticəsində, ümumilikdə, 304 yeni telefon nömrəsi istismara verilmiş, “Evədək optika” layihəsi üzrə yeni xətlərin çəkilişi davam etdirilmişdir.

 Şərur rayonunun Kürkənd kəndində 208 nömrə tutumlu, Şahbuz rayonunun Gömür kəndində 160 nömrə tutumlu yeni nəsil ATS qurularaq işə salınmışdır. Bundan əlavə, montaj tutumu 512 nömrə olan Şərur rayonunun Püsyan kənd və montaj tutumu 256 nömrə olan Şahbuz rayonunun Nursu kənd avtomat telefon stansiyası yeni binaya köçürülmüş, yaşayış məntəqələrinə 2,8 kilometr yeraltı, 10 kilometrdən artıq yerüstü olmaqla, ümumilikdə, 13,5 kilometr kabel xətti, 14 kilometrə yaxın fiber-optik kabel çəkilmişdir.

Müasir texnologiyaların təhsil sistemində tətbiqi bu günün ən mühüm şərti, inkişafın əsas meyarı hesab olunur. Buna görə də muxtar respublikanın təhsil müəssisələrinin yeni texnologiyalarla təmin olunmasına xüsusi diqqət yetirilir. Dekabr ayında Babək rayonunun Naxışnərgiz və Şahbuz rayonunun Nursu kənd tam orta məktəblərinin hər birində 19, Kəngərli rayonunun Qarabağlar kənd 1 nömrəli tam orta məktəbində 38 kompüter dəsti quraşdırılmış, məktəblərin internetə çıxışı təmin edilmişdir. Bu da həmin təhsil ocaqlarında dərslərin müasir metodlarla keçilməsi ilə yanaşı, həm də muxtar respublikanın distant təhsil sisteminə qoşulmasına da şərait yaratmışdır.
Görülən məqsədyönlü işlər poçt xidmətinin inkişafına da öz töhfəsini verir. Muxtar respublikanın poçt şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər davam etdirilmiş, Naxışnərgiz və Nursu kənd­lərində yeni poçt bölməsi yaradılmış və lazımi avadanlıqlarla təmin edilmişdir. Naxışnərgiz, Püsyan, Biləv, Yuxarı Qışlaq kəndlərinin poçt bölmələrində müasir kompüter avadanlıqları qoyulmuş, MHM şəbəkəsi qurularaq kommunal xidmət ödənişlərinin aparılması təmin edilmişdir. Həmçinin mobil cihazların qeydiyyatı üçün muxtar respublikanın bütün rayon mərkəzlərində qeydiyyat bölmələri də fəaliyyətə başlamışdır.
Bütün bunların nəticəsi olaraq, “Naxçıvanpoçt” MMC tərəfindən 2014-cü ilin sonuncu ayında da əhaliyə nümunəvi xidmət göstərilmişdir. Bu dövr ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan 119 min 606 manat dəyərində 1319 maniqram daxil olmuş, 3 min 549 manat məbləğində rüsum toplanmışdır. Həmçinin “colvir” sistemi ilə 579 min 196 manat maniqram qəbul edilmiş, 1 milyon 132 min 870 manat maniqram ödənmiş, daxil olan beynəlxalq maniqramların dəyəri 290 manat, bu istiqamətdə ödənilən maniqramların dəyəri isə 887 manat həcmində olmuşdur. Ay ərzində muxtar respublikaya 3 min 798 sayda 24 min 990 kiloqramlıq bağlama daxil olmuş, 2 min 980 kiloqram çəkidə 441 bağlama göndərilmişdir. Ötən ilin dekabr ayı ərzində “Naxçıvanpoçt” MMC tərəfindən əhalidən abunə, şəhərlərarası danışıq haqları qismində 178 min 742 manat, elektrik enerjisi haqqı 53 min 543 manat, qazdan istifadə haqqı 1 milyon 236 min 968 manat, sudan istifadə haqqı olaraq 1612 manat vəsait toplanmışdır. Bu dövrdə POS-terminal vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 223 min 594 manat, onlayn ödənişlərin məbləği 21 min 511 manat olmuş, Dövlət Sosial Müdafiə Fondu və Yeni Azərbaycan Partiyasına üzvlük haqlarının ödənişləri də daxil olmaqla, cəmi 2 milyon 308 min 309 manat pul vəsaiti toplanmışdır.
Muxtar respublikada yüksəkkeyfiyyətli televiziya və radio yayımlarının təşkili də diqqət mərkəzində saxlanılır. IP televiziya kanallarının keyfiyyətini yaxşılaşdırmaq üçün ötən ay Şahbuz rayonunun Kükü, Babək rayonunun Gərməçataq, Şərur rayonunun Şahbulaq və Ordubad rayonunun Üstüpü kəndlərində 3 ədəd azgüclü verici qurularaq istismara verilmişdir.
Ay ərzində efirə nəzarət və radiotezliklərin qeydiyyatı şöbəsi tərəfindən müəssisə, radio-televiziyalarla və mobil operatorlarla bağlanmış müqavilələrə əsasən, muxtar respublika ərazisində radio-rabitə vasitələrinin istismarına görə nazirliyin büdcəsinə 87 min 141 manat pul vəsaiti daxil olmuşdur.
Genişzolaqlı və sürətli internet şəbəkəsinin yaradılması muxtar respublikada internet istifadəçilərinin sayının artmasına da səbəb olmuşdur. Belə ki, bəhs olunan dövrdə 327 abunəçi genişzolaqlı internetə qoşulmuş və tədris mərkəzində 178 nəfər təhsil almışdır.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə nazirliyin dəstəyi ilə elektron xidmətlər işə salınmış, xidmətin rayon idarələrinə 5 min 436 metr fiber-optik kabel çəkilmiş, transmissiya avadanlığı, kompüter, printerlər alınmış, elektron sənəd mübadiləsi və elektron xidmətlərin göstərilməsi üçün müvafiq şərait yaradılmışdır.
Rabitə və yeni texnologiyaların inkişafını təmin etmək məqsədilə görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR