22 Dekabr 2024, Bazar

Yanvarın 16-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə – 2015” sərgisi keçirilib. 1926-cı ildən başlayaraq hər il keçirilən və Avropanın ən iri sərgisi olan “Beynəlxalq Yaşıl Həftə” sərgisində dünyanın 60-a yaxın ölkəsindən 1600-dən çox şirkət iştirak edib.
Sərgi kənd təsərrüfatı və emal müəssisələrinin öz məhsullarını nümayiş etdirmək üçün ənənəvi bir forum olduğundan Azərbaycanın hər il bu sərgidə iştirak etməsi və geniş çeşiddə məhsullarını nümayiş etdirməsi də artıq ənənəyə çevrilib.

Sərgidə Azərbaycan pavilyonunda Naxçıvan Muxtar Respublikasına ayrıca guşə ayrılıb.
Kənd təsərrüfatı və yeyinti məhsullarının nümayişi, satışı, müəssisələrin imicinin formalaşdırılması, brendlərinin reklamı və eyni zamanda iştirak edən müəssisələrin kooperasiya əlaqələrinin genişləndirilməsi, yeni tərəfdaşların tapılması məqsədilə təşkil olunmuş sərgidə muxtar respublikamız 9 şirkətlə iştirak edib.
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının, “Babək Sirab” Açıq Səhmdar Cəmiyyətinin, “Ləzzət Qida Sənaye”, “Ordubad Qənnadı Məmulatları”, “Şərur-3”, “Babək Şərab-7 ASK”, “Farma-Şah”, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, “Nazlı” Kiçik Müəssisəsinin 12 növdə və 50 çeşiddə ərzaq məhsulları sərgidə böyük maraq doğurub.
Naxçıvan Muxtar Respublikası haqqında müxtəlif çap materialları, kataloq və şirkətlərə aid təbliğat materialları sərginin ziyarətçilərinə paylanılıb. Sərginin ilk günlərindən etibarən mineral sular, quru meyvələr, mürəbbə və spirtli içkilər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Məlumat üçün qeyd edək ki, “Beynəlxalq Yaşıl Həftə – 2015” sərgisi yanvarın 25-də başa çatacaq.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR