22 Dekabr 2024, Bazar

“Son illərdə muxtar respublika vətəndaşlarının öz gəlirlərinin bir hissəsini banklarda əmanət şəklində saxlamaları artıq bank sektorunun əhalidə inam yaratdığının bariz nümunəsidir. Banklar tərəfindən əhalidən cəlb edilmiş əmanətlərin həcmi ümumi kredit qoyuluşunun 6 faizini təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 sentyabr 2014-cü il tarixə əmanətlərin 1 milyon 322 min manat artaraq 5 milyon 996 min manat olması əsas verir deyək ki, əhali artıq banklara etibar edir. Xarici valyuta ilə cəlb olunan əmanətlərin həcmi isə 1 milyon 470 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 439 min manat artım deməkdir”. Bu məlumat redaksiyamıza Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən daxil olub. İdarədən onu da bildiriblər ki, muxtar respublikada fəaliyyət göstərən banklar illik 4 faizdən 20 faizədək əmanətləri qəbul edir. Əmanətlərin sığortalanması fondunun fəaliyyət göstərməsi və muxtar respublikada fəaliyyət göstərən bütün bankların bu fondun üzvü olması əhalinin banklara olan inamının artırılmasında kifayət qədər həlledici məqamdır.
Artıq banklarda yerləşdirilən və ümumi məbləği 30 min manatdan yuxarı olmayan, illik faizi 9 faizdən artıq olmayan bütün əmanətlər sığortalanır. Bu o deməkdir ki, vətəndaşın bankda yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan, illik faizi 9 faizdən artıq deyilsə, bankın müflis olduğu halda belə, vətəndaşın əmanəti qaytarılacaq. Çünki həmin bankdakı əmanətlər sözügedən meyarlar daxilində əmanətlərin sığortalanması fondu tərəfindən sığortalanıb. Bu baxımdan fond vətəndaşların banklara olan inamının artırılması üçün kifayət qədər həlledici və böyük təsirə malikdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR