22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafında son illərdə əldə edilmiş müsbət nəticələrin bir hissəsini də sənayeləşmə tutur. Yerli xammaldan səmərəli istifadəyə əsaslanan yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması və bu müəssisələrin ildən-ilə sayının artırılması Ümumi Daxili Məhsul istehsalında da müsbət nəticələrin artan xətt üzrə dinamikasını təmin etmişdir. 2013-cü ildə sənaye 29 faizlik payla Ümumi Daxili Məhsulun tərkibində ilk yerə sahib olmuş, istehsalın həcmi 2012-ci illə müqayisədə artaraq 863 milyon manata çatmışdır. Bunun da 93 faizə qədəri, yaxud 799 milyon manatdan çoxu özəl bölmənin payına düşür. Yeni sənaye müəssisələrinin yaradılmasında müasir texnologiyaların tətbiqi daxili tələbatı yüksəkkeyfiyyətli məhsullarla təchiz etməklə yanaşı, onların ixrac potensialını da artırmışdır. Bunun nəticəsidir ki, 2013-cü ildə 241 milyon manatlıq sənaye məhsulu ixrac edilmişdir.
Naxçıvan Muxtar Respublikasında əlverişli investisiya mühitinin formalaşması, sənaye məhsulu istehsalına yönəlmiş kiçik və orta sahibkarlıq subyektlərinin dövlət qayğısı ilə hərtərəfli təmin olunması 2014-cü ilə – ölkəmizdə elan edilmiş “Sənaye ili”nə daha böyük töhfələr verəcək.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR