22 Dekabr 2024, Bazar

Muxtar respublikanın bütün bölgələri kimi, Sədərək rayonunda da 2013-cü il bu qədim yurd yerinin tarixinə öz izlərini yazmışdır. Bütün sahələrdə böyük uğurlara nail olunmuşdur. Əvvəlki illərdə olduğu kimi, ötən il də tikinti-quruculuq tədbirləri uğurla davam etdirilmiş, Heydərabad qəsəbəsində 144 yerlik uşaq bağçası və seysmoloji stansiya, Sədərək kənd 1 nömrəli tam orta məktəb binalarının tikintisi, həmin kənddə rabitə evinin təmiri başa çatdırılmışdır. Adıçəkilən yaşayış məntəqəsində pendir istehsalı sahəsinin yaradılması işləri, ümumilikdə, 15 subartezian quyusunun tikintisi davam etdirilmişdir. Müxtəlif gücə malik olan 7 transformator stansiyası quraşdırılmış, 10 kilometr uzunluğunda elektrik verilişi xətləri yenilənmişdir.
Bu dövrdə müxtəlif istehsal sahələri öz fəaliyyətini genişləndirmiş, bol məhsul istehsalına nail olmaq üçün yaradılmış imkanlardan səmərəli istifadə edərək daxili bazara öz töhfələrini vermişdir. Rayon üzrə 4015,4 min manatlıq sənaye məhsulları istehsal olunmuşdur. 

Sərhəd bölgəsində inkişafına ciddi önəm verilən sahələrdən biri kənd təsərrüfatıdır. Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də bu sahə ilə məşğul olanlar müasir texnikalarla, keyfiyyətli toxumlarla təchiz edilmiş, kreditlər və digər yardımlarla təmin olunmuş, bütün bunlar isə bol məhsul istehsalına zəmin yaratmışdır. Bunu ilk olaraq taxılçılıqda görmək mümkündür. Ötən il bölgənin taxılçıları 2128 hektar taxıl əkini sahəsindən 6142 ton məhsul tədarük etmişlər. Orta məhsuldarlıq 28,9 sentner təşkil etmişdir ki, bu da muxtar respublika üzrə yüksək göstəricilərdən biridir. Qeyd edək ki, 2014-cü ilin məhsulu üçün şum aparılması və taxıl əkilməsi diqqət mərkəzində saxlanılmış, 1718,2 hektar sahədə taxıl əkini aparılmışdır. Əkin sahələrinin 1146,5 hektarını buğda, 571,7 hektarını arpa təşkil edir.
2012-ci il fevralın 14-də qəbul olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nın icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi özünün ekoloji cəhətdən saf və təmiz meyvə-tərəvəz məhsulları ilə tanınan Sədərəkdə diqqət mərkəzində saxlanılmış, ötən il barverən meyvə bağlarından 586,4 ton, üzüm bağlarından 1288 ton məhsul toplanılmışdır.
Ötən il qazanılan uğurlar belə deməyə əsas verir ki, sərhəd bölgəsi hərtərəfli dövlət qayğısı əhatəsindədir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR