22 Dekabr 2024, Bazar

Naxçıvan Şəhər Vergilər İdarəsindən qəzetimizə verilən məlumata görə, Naxçıvan şəhərində vergi ödəyicilərinin məlumatlandırılması və vergilərin vaxtında ödənilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ilin ilk 7 ayı ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan 17 hüquqi və 178 fiziki şəxs olmaqla, ümumilikdə, 195 vergi ödəyicisi qeydiyyata alınıb.
Məlumatda bildirilir ki, ayrı-ayrı sahibkarların müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb, bəyannamələrin düzgün tərtib edilməsinə köməklik edilib, elektron bəyannamə xidməti göstərilib. Həmçinin vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən internet vasitəsilə bəyannamələrinin təqdim olunması, özlərinin şəxsi vərəqələrinə nəzarət etmək, elektron əməliyyatlar aparmaq imkanının yaradılması məqsədilə bu il avqustun 1-dək sahibkarlıq fəaliyyəti ilə məşğul olan 227 vergi ödəyicisi ilə “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə bağlanaraq onlara şifrələr verilib. Şifrə verilmiş vergi ödəyicilərinin hamısının bəyannamələri elektron poçt vasitəsilə Naxçıvan Şəhər Vergilər İdarəsinə təqdim edilib. Cari ilin ilk 7 ayında 496 hüquqi və fiziki şəxsə bank hesabı açılıb ki, bu da ödəmələrin köçürmə yolu ilə aparılmasına əlverişli şərait yaradıb.

Vergi ödəyicilərinin məlumatlandırılması ilə yanaşı, nəzarət işinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılması, proqnoz tapşırıqların bütün növ tədiyyələr üzrə yerinə yetirilməsi, qalıqlara yol verilməməsi, hesablanmış vəsaitin büdcəyə ödənilməsi, vergi orqanlarında qeydiyyatda durmadan fəaliyyət göstərilməsi, işəgötürən və işçilər arasında əmək müqavilələrinin bağ­lanmaması və vergidənyayınma hallarının qarşısının alınması məsələləri də diqqət mərkəzində saxlanılıb. Belə ki, 1 avqust 2014-cü il tarixədək Naxçıvan şəhəri ərazisində fiziki və hüquqi şəxslərin fəaliyyət göstərdiyi 32 obyektdə nəzarət-kassa aparatı quraşdırılıb. Bəhs olunan dövrdə idarəyə təqdim olunmuş bəyannamələrin kameral yoxlanılmasına diqqət daha da artırılıb. Eyni zamanda xüsusi razılıq (lisenziya) olmadan 3, xarici valyutanı ödəniş vasitəsi kimi qəbul edən 5, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət etməyən 1 vergi ödəyicisinə maliyyə sanksiyası və inzibati cərimə tətbiq edilib, həmin vəsaitin tamamilə büdcəyə ödənilməsi təmin olunub. Həmçinin işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi qaydalarına riayət olunması ilə əlaqədar reydlər davam etdirilib, ümumilikdə, 1 avqust 2014-cü il tarixədək 226 nəfərlə əmək müqaviləsinin bağlanmasına köməklik göstərilib. Bağlanmış əmək müqavilələrində işçilərə ödənilən aylıq əməkhaqqının məbləği 180 manatdan az olmayıb.
Qeyd edək ki, görülən tədbirlər nəticəsində 2014-cü ilin 7 ayı ərzində bank orqanları tərəfindən Naxçıvan şəhərinin ticarət, iaşə, xidmət və dövlət rüsumu alan idarə, müəssisə və təşkilatlarında quraşdırılmış 284 ədəd POS-terminalın vergi orqanında qeydiyyatdan keçirilməsi və bu istiqamətdə işlərin davam etdirilməsi də verilən məlumatda öz əksini tapıb.
Məlumatda o da bildirilib ki, bu ilin ilk 7 ayı ərzində vergilər və digər icbari ödənişlər üzrə proqnoz tapşırıqda nəzərdə tutulmuş 6 milyon 611 min 100 manata qarşı 7 milyon 115 min 300 manat vəsait toplanılıb büdcəyə ödənilib ki, bu da 7 aylıq tapşırığın 107,6 faiz yerinə yetirilməsi deməkdir.

 Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR