22 Dekabr 2024, Bazar

Şahbuz rayonunun Gömür kəndinə də muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən tikinti-quruculuq işlərindən pay düşüb. 2007-ci ildə bu yaşayış məntəqəsində bir neçə quruculuq tədbiri həyata keçirilib.
Həmin tədbirlərin davamı kimi cari ildə də kənddə inşaat işləri aparılır. Belə ki, 2007-ci ildə inşa edilən məktəb binası yenidən qurulur. Yeni bina 110 şagird yerlik nəzərdə tutulub. İnşaatçılara hərtərəfli şərait yaradılıb. Buraya kifayət qədər texnika və işçi qüvvəsi cəlb edilib. Bu isə inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verir.

Digər bir obyekt kənddə fəaliyyət göstərən dövlət qurumlarının birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzidir. İnşaatçılar qısa müddət ərzində 2 mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada bir çox işləri başa çatdırıblar. Mərkəzdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, kitabxana, polis sahə və baytarlıq məntəqələri fəaliyyət göstərəcək. Həmçinin kənddə rabitə evi və poçt bölməsi də yaradılacaqdır. Burada abunəçilərə yüksək səviyyədə telefon, video­telefon, İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətlər təklif olunacaqdır.
Kənd sakinləri kənddə inşa olunan xidmət mərkəzini onlara göstərilən növbəti dövlət qayğısı kimi dəyərləndirirlər. Hazırda obyektdə son tamamlama işləri aparılır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR