İqtisadiyyatda qeyri-nağd ödənişlərin həcminin artırılmasında və pul dövriyyəsinin sürətləndirilməsində POS-terminalların rolu böyükdür. Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin sürətləndirilməsi istiqamətində görülən tədbirlər bu sahənin də inkişaf etdirilməsinə şərait yaradır. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən 2014-cü ilin ilk 7 ayının yekunları üzrə aldığımız məlumata əsasən, muxtar respublikanın ticarət və digər xidmət sahələrində nağdsız ödənişlərin həyata keçirilməsi üçün quraşdırılan POS-terminalların sayı xeyli artmışdır. Təkcə cari ilin iyun ayının yekunlarına görə, muxtar respublikada 33 yeni POS-terminal quraşdırılmışdır. 2014-cü ilin əvvəli ilə müqayisədə isə bu rəqəm 2,7 dəfə artaraq 679-a çatmışdır. Qeyd edək ki, belə artımın böyük bir hissəsi muxtar respublikanın rayon mərkəzlərinin payına düşür.
Xəbərlər şöbəsi