22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadi inkişafın əsas göstəricisi kimi 1 milyard 203 milyon 308 min 900 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 0,8 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 0,3 faiz artaraq 2755,5 manata (3513,3 ABŞ dollarına) çatmışdır.

*   *   *

Muxtar respublikada yaradılan Ümumi Daxili Məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 545 milyon 226 min manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 1,3 faiz üstələmişdir.

*   *   *

İnfrastruktur quruculuğu çərçivəsində əsas kapitala 554 milyon 565 min manat həcmində investisiya yönəldilmişdir ki, bunun da 492 milyon 811 min manatı və ya 88,9 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

 *   *   *

İnformasiya cəmiyyətinin inkişafına paralel olaraq davamlı artan informasiya və rabitə xidmətlərinin həcmi 27 milyon 100 min manata yaxın olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 22 milyon 889 min manat olmuş və bir il öncəki göstəricini 0,8 faiz üstələmişdir.

* * *

İqtisadi inkişafın prioritet istiqaməti kimi ərzaq təhlükəsizliyinin təminatı üzrə səmərəli ərzaq balansı formalaşdırılmaqdadır. Bu dövr ərzində 185 milyon 207 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 7,1 faiz üstələmişdir. Cari ilin yanvar-iyul aylarında muxtar respublikada 11,3 min ton ət (diri çəkidə), 56,2 min ton süd istehsal edilmiş, 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 1,8 faiz, süd istehsalı 0,3 faiz artmışdır.

*   *   *

Əhalinin artan gəlirlərinin davamlılığının təmin olunması və onun inflyasiyadan qorunması üzrə səmərəli mexanizmlərin tətbiqi ardıcıl təşviq olunmaqdadır. Cari ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artaraq 927 milyon 951 min manata yaxın, onun hər bir nəfərə düşən həcmi isə 1,4 faiz yüksələrək 2125 manat təşkil etmişdir.

*   *   *

İqtisadi siyasətin əsas hədəflərindən biri kimi əməkhaqlarının davamlı artımı təşviq olunur və bu məqsədlə, ilk növbədə, sahibkarlığın inkişafına ciddi dəstək verilir. 2014-cü ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 384,2 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artmışdır.

*   *   *

Dərinləşən iqtisadi münasibətlərə paralel olaraq bank işi təkmilləşməkdədir. 1 avqust 2014-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 31476-ya çatmışdır ki, bunun da 28542-si və ya 90,7 faizi aktiv hesablardır. 2014-cü ilin yanvar-iyul ayları ərzində açılmış 11199 bank hesabının 11144-ü və ya 99,5 faizi aktiv hesablardır.

*   *   *

İqtisadi inkişafın yüksək templəri, öz növbəsində, xarici ticarət həcminin və onun coğrafiyasının genişlənməsini təmin etməkdədir. Ötən dövr ərzində muxtar respublikanın 270 milyon 821 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi olmuşdur ki, bu da bir il öncəki göstəricini 0,6 faiz üstələmişdir. İxracın həcmi son bir il ərzində 5,1 faiz artaraq 201 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 132 milyon ABŞ dollarına yaxın həcmdə müsbət saldo yaranmışdır.

*   *   *

Sahibkarlıq strukturlarının kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2014-cü ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 32 milyon 836 min manatdan çox həcmdə kreditlər verilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 22,6 faiz çoxdur.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR